Azəri
Tuesday 23rd of July 2024
0
نفر 0

Livanda İmam Hüseynin (ə) qızının hərəmində qəribə hadisə baş verdi

Xəbər Agentliyinin verdiyi xəbərə əsasən 12 may 2013 tarixdə, Livanın Bələ Bək şəhərində qəribə hadisə qeydə alınıb. Hadisə şəhərdə yerləşən İmam Hüseynin (əleyhis səlam) Xalə (خولة səlamullahi əleyha) adlı qızının hərəmində baş verib.

Dünən günortadan sonra yerli vaxtla saat 16:00 radələrində, hərəmdə əzadarlıq mərasimi qeyd edən Şiələr, hərəmin zərihi, və xanımın mübarək məzarına bitişik divar və qapılardan qana oxşar mayenin axmasının şahidi olublar.

Möminlər bunu görcək, mübarək məzarın ətrafına toplaşaraq möcüzəli səhnəni yaxından müşahidə ediblər. Hadisədən xəbərdar olan bir qrup yerli Alim və Ruahnilər də hərəmə gələrək hadisəni öz gözləri ilə görüblər.

Həzrəti Xalənin (səlamullahi əleyha) həyatı haqqda qısa anlayış

Dindən uzaq olan Yezid ibni Müaviyyənin (əleyhimə lənə) əmri ilə, ibni Ziyadın (lənətullahi əleyh) təşkil etdiyi 30 mindən artıq qoşun, Kərbəla çölündə İmam Hüseyni (əleyhis səlam) və onunla birgə olanları görünməmiş vəhşiliklə qətlə yetirdikdən sonra, İslam Peyğəmbərinin (səlləlahu əleyhi və alih) qızı Xanəm Fatiməi Zəhradan (səlamullahi əleyha) olan nəvə və nəticələrini əsir götürərək şəhərbəşəhər gəzdirib, Şama (indiki Dəməşq və onun ətraf bölgələri olan Livana) gətizdirdikdə, yolun əzab-əziyyətlərinə, nadan insanların söyüş və təhqirlərinə dözməyən, İmam Hüseynin (əleyhis səlam) Xalə ( خولة) adlı (səlamullahi əleyha) qızı Bələ Bəkk şəhərində dünyasın dəyişərək şəhid olur. Və elə bu şəhərdə də torpağa tapşırılır. Hazırda xanımın pak hərəmi Livan Şiələrinin xüsusilə də Bələ Bəkk şiələrinin toplum və ziyarət mərkəzinə çevrilib.

Bildirək ki, Allahın lənətinə gəlmiş Yezidin qoşunu tərəfindən, Küfədən piyada, əsirlər ilə bahəm İmam Hüseynin (əleyhis səlam) mübarək başını bu şəhərə gətirdikdə orada bir gün qalaraq, Peyğəmbərin əsir düşmüş balalarını xar etmək məqsədilə camata göstərirlər. Digər şəhərlədə olduğu kimi, burada da camaat əsirlərin gözləri önündə şadlıq edir, rəqs oynayır və şərab məclisi təşkil verirlər... Lakin çox keçmir ki, əhali əsir düşmüş insanların kimlər olduğunu bilir və və tövbə edikdən sonra İmam Hüseynin (əleyhis səlam) mübarək başının saxlandığı məkan üzərində Məscid tikirlər. Hazırda Bələ Bəkk şəhərində "Məscidu Rəsil Huseyn (əleyis səlam)" adlı Məscid, hələ də mövcuddur.

Qeyd edək ki, bu il, Aşura günü Kərbalada İmam Hüseynin (əleyhis səlam) hərəmindəki muzeydə, şüşə içərisində saxlanan İmam Hüseynin (əleyhis səlam) qəbrinin üzərindən götürülmüş bir miqdar torpaq da qana çevrilmişdir.

 


source : www.alimamali.com
0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

Yəməndə Səna Məscidində yenidənqurma işləri aparılarkən Quran Kərimin qədim ...
Övladlar arasında ədalət
Salavatın fəziləti haqqında -2
Giriş
Böyük (kəbirə) günahlar
Həzrət İmam Hüseyn (ə) nə kimi əxlaqi-mənəvi keyfiyyətlərə malik olmuşdur?
RƏHMƏT HAQQINDA HEKAYƏLƏR-3
AŞURA-KƏRBƏLA HƏQİQƏTLƏRİ
İmam Kazimdən (ə) ibrətli əhvalatlar
İNTİZARIN TƏSİRLƏRİ

 
user comment