Azəri
Sunday 5th of January 2025
0
نفر 0

Bəhreynin İmam Sadiq (ə) adına Məscidində Cümə Namazı, Padşahlıq rejimi məhv olmalıdır

Bəhreynin İmam Sadiq (ə) adına Məscidində Cümə Namazı, Padşahlıq rejimi məhv olmalıdır

Şeyx Əli Səlman Cümə Namazının xütbələrində Bəhreynə hakim kəsilmiş vəhhabiəqidəli Ali Xəlifə rejiminin solğun siyasətlərinə toxunaraq bildirib: "Bütün inqilabçlar və müxalifətçlər yaxşı anlayırlar ki, tayfabazlıq siyasətləri ictimaiyyətin zərərinədir. Buna görə də, müxalifət heç zaman xalqı tayfalara və qəbilələrə bölməyir. Əksinə bizim siyasətimiz bütün tayfaları vahid bir vətən ətrafında birləşdirərək vətəndaş hüquqlarının bərpasıdır".

Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, ötən gün Bəhreynin əl-Diraz şəhərində yerləşən İmam Sadiq (əleyhi səlam) adına Məsciddə möhtəşəm Cümə Namazı bərpa olunub.

Ayətullah Şeyx İsa Qasim cənablarının səhhətində yaranmış müvəqqəti problemlə əlaqədar ötən həftənin Cümə Namazını da Bəhreyn əl-Vifaq İcmasının Katibi Şeyx Əli Səlman qılmışıdır.

Şeyx Əli Səlman Cümə Namazının xütbələrində Bəhreynə hakim kəsilmiş vəhhabiəqidəli Ali Xəlifə rejiminin solğun siyasətlərinə toxunaraq bildirib: "Bütün inqilabçlar və müxalifətçlər yaxşı anlayırlar ki, tayfabazlıq siyasətləri ictimaiyyətin zərərinədir. Buna görə də, müxalifət heç zaman xalqı tayfalara və qəbilələrə bölməyir. Əksinə bizim siyasətimiz bütün tayfaları vahid bir vətən ətrafında birləşdirərək vətəndaş hüquqlarının bərpasıdır".

O, daha sonra bildirib: "Rejimin hədəfi yalnız xalqın sərvətlərinə göz tikməsi və onu mənimsəməsidir. Lakin müxalifətin nəzəri isə, demokratik bir ölkə yaradaraq milli sərvətləri xalqın mənafeinə xərcləməkdir".

İmam Cümə daha sonra bildirib: "Gələcəyin düzəlməsini, sabitliyin bərpasını istəyən, Azadlıq və Ədaləti sevən hər bir şəxs mütləq müxalifətə qoşulmalı və seçkiləri baykot etməlidir".

Bəhreyn əl-Vifaq İcmasının Katibi daha sonra Cümə Namazının xütbəsində Ərəbistan Alimi Ayətullah Şeyx Nimr Baqir əl-Nimrə çıxardılmış edam hökmünün ləğvini tələb edərək bildirib: "Mən özüm daim şahidi olmuşam ki, Şeyx Nimr silahlı mübarizənin əleyhinə olub. Buna görə də belə bir şəxsiyyətin həbsi və edama məhkum edilməsi qəbul edilməzdir".

 


source : www.abna.ir
0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

Azərbaycan İslam Partiyası Netanyahunun səfəri ilə bağlı XİN qarşısında piket ...
Nigeriya ordusu Ərbəin mərasiminə hücuma hazırlaşır.
MÜBAHİLƏ AYƏSİ
XƏLIFƏ ÖMƏRIN HƏCC MÜT`ƏSI VƏ QADINLAR MÜT`ƏSI BARƏSINDƏ ICTIHADI
Pakistanın müxtəlif əyalətlərində keçirilən Qüds Günü
İmam Əli əleyhis-salamın Bəsrə əhlinə olan məktublarındandır (ki, onda Bəsrə ...
Hidayət günəşi, imam Hadi (ə)
Şeyx Zəkzakinin Nicat Qrupu” hakimiyyətə Zəkzakinin sərbəst buraxılması ...
Tə`vilin lüğətdəKi və şəriətdəKI mə`nasI
Bağdadi əlil olub?

 
user comment