Tə`vilin lüğətdəKi və şəriətdəKI mə`nasI
Sə`ləb adı ilə məşhur olan Əbül-Abbas Əhməd ibni Yəhya (291-ci ildə vəfat edib) deyir:
التاويل، والمعنى، والتفسير، بمعنى
«Tə`vil, mə`na və təfsir etmək – hamısı eyni bir mə`na daşıyır.»[1]
Covhəri isə (396-cı ildə vəfat edib) deyir:
التاويل، تفسير ما يؤول اليه الشي ء وقد اولته، وتاولته تاولا، بمعنى
«Tə`vil – bir şeyin təfsir olunmasıdır ki, mə`na da ona qayıdır.»[2]
Rağib (502-ci ildə vəfat edib) deyir:
التاويل من الاول اي الرجوع الى الاصل، ومنه الموئل للموضع الذي يرجع اليه، ومعنى التاويل في اللغة، رد الشي ء الى الغاية المرادة منه، وقد ورد في القرآن الكريم بهذا المعنى
«Tə`vil – əv-və-lə maddəsindən olub əslə qayıtmaq mə`nasını verir, müəvvəl, yə`ni qayıdış yeri də bu maddədəndir. Tə`vil sözünün lüğətdəki mə`nası bir şeyi nəzərdə tutulan hədəfə qaytarmaqdır ki, Qur`ani Kərimdə və aşağıdakı ayələrdə də həmin mə`naya gəlmişdir.
وَمَا يَعْلَمُ تَأْوِيلَهُ إِلاَّ اللّهُ وَالرَّاسِخُونَ فِي الْعِلْمِ
"Allahdan və elmdə dərin biliyə sahib olanlardan başqa onların (mütəşabeh ayələrin) tə`vilini və əsil hədəfini hes kəs bilmir." «Ali Imran», 7
هَلْ يَنظُرُونَ إِلاَّ تَأْوِيلَهُ يَوْمَ يَأْتِي تَأْوِيلُهُ يَقُولُ الَّذِينَ نَسُوهُ مِن قَبْلُ قَدْ جَاءتْ رُسُلُ رَبِّنَا بِالْحَقِّ
"Yoxsa onun tə`vilindən başqasınımı gözləyirlər?! O gün ki, tə`vili – yə`ni nəzərdə tutulan hədəfi – gəlib çatar..." («Ə`raf», 53)[3]
Tə`vil kəlməsi Qur`anda və sünnədə (hədisdə) yuxu yozumu mə`nasına işlədilmişdir. Belə ki, Yusifin hadisəsində deyilir: "Nəbbi`na tə`viləh – yə`ni bizi onun tə`vilindən (nəzərdə tutulan hədəfindən) agah et." Həmçinin, Peyğəmbəri Əkrəm ¡ öz yuxusu barəsində belə deyir: «O zirehi Mədinəyə tə`vil etdim.»[4]
Bunlar tə`vil kəlməsinin lüğətdəki mə`nası və onun işlənmə yerlərindən bə`zi nümunələr idi ki, səhabələr və tabeinlər bu kəlməni istiarə olaraq hökmlərin dəyişdirilməsinə işlətmişlər və buna görə də tə`vil kəlməsi xüləfa məktəbinin nəzərində yeni bir mə`na kəsb etmişdir.
Ibni Kəsir deyir:
التاويل من آل الشي ء يؤول الى كذا، اي رجع وصار اليه، والمراد بالتاويل نقل ظاهر اللفظ عن وضعه الاصلي الى ما يحتاج الى دليل لولاه ما ترك ظاهر اللفظ
"Tə`vil "alə–yəulu" maddəsindən tutulmuş və "ona doğru qayıtdı" mə`nasını verir. Tə`vil dedikdə məqsəd kəlmənin zahiri mə`nasının, hansı şey üçün düzəldilibsə, o mə`nadan dəlilə ehtiyacı olan başqa bir mə`naya nəql edilməsidir. Əgər bu dəlil olmazsa, kəlmənin zahiri mə`nasından əl götürülmür."[5]
Beləliklə, bu kəlmənin mə`nasını dəyişdirdilər və bu dəyişiklik də hədis kitablarında yazıldı. Hətta Buxari öz «Səhih»inin «ədəb kitabı» bölməsində deyir: «Öz qardaşını tə`vil olmadan kafir hesab edən şəxs» babı, belə ki, Peyğəmbərin onun barəsində belə buyurduğu şəxsdir...» Və «bu sözə cahil olan, yaxud tə`vil edərək danışan şəxsi kafir bilən» babı.[6]
«Fəthül-Bari» kitabında «Tə`vil edənlər barəsində gəlmişdir» babının şərhində deyilir: «Nəticə bundan ibarət olur ki, hər kəs bir müsəlmanı kafir hesab etsə, diqqət olunmalıdır ki, görəsən o tə`vilsiz olubdurmu və məzəmmətə layiqdirmi; çox hallarda onun özü kafir ola bilər. Əgər tə`villə yanaşı olsa, diqqət olunmalıdır ki, əgər rəva görüləsi tə`vil deyildirsə, məzəmmətə layiqdir, lakin küfr həddinə çatmır; əksinə, onun səhv cəhətini onun üçün aydınlaşdırmaq lazımdır; və layiq olduğu miqdarda tənbeh edilməlidir. Bu şəxs bütün alimlərin nəzərinə əsasən, əvvəlki şəxs kimi olmayacaqdır. Amma onun təkfir edilməsi layiqli tə`villə olarsa, məzəmmətə layiq deyildir; onun üçün dəlil gətiriləcəkdir ki, düz yola qayıtsın. Çünki alimlər demişlər: «Hər tə`vil edən tə`vilinə görə üzürlü sayılır, əgər onun tə`vili ərəb dilində rəva olmuşsa və elmdən bir nişanəyə malik imişsə, günahkar sayılmayacaqdır.»[7]
Beləliklə, tə`vil kəlməsinin mə`nası tədrici olaraq dəyişdirildi və nəticə e`tibarı ilə öz ürflərində ictihad adlandırdılar. Sonrakı bölmədə Islamın ilk əsrlərində müctehidlər və onların ictihad etdikləri şeyləri araşdıracağıq.
3-BIRINCI ƏSRIN MÜCTEHIDLƏRI VƏ XÜLƏFA MƏKTƏBININ NƏZƏRINDƏN ONLARIN ICTIHAD ETDIYI HALLAR
a) Xatəmul-Ənbiya və peyğəmbərlərin ağasının dövründə;
Ibni Əbil Hədid Mö`təzili Əbu Bəkrlə Ömərin Üsamənin ordusunda iştirak etməmələrinə və bu işdən boyun qaçırmalarına belə bəhanə gətirib deyir: «Peyğəmbər ¡ öz ictihadı ilə orduları cihada göndərirdi – nəinki vəhy fərmanı ilə – beləliklə, onunla müxalifət haram deyildi!»1 Sonra Peyğəmbərin bu kimi hadisələrdə ictihadını ətraflı şəkildə araşdırır.2
b) Birinci xəlifə Əbu Bəkr;
Əllamə Quşçi, Xacə Nəsirəddin Tusinin yazdığı «Təcrid» kitabını şərh edərkən Xacə Nəsirəddinin Əbu Bəkrə e`tirazını, eləcə də «Fəcaə Səlmini yandırdı, «kəlalənin» mə`nasını və nənənin nə qədər miras sahibi olmasını bilmirdi» - sözünü izah edərkən deyir: «Fəcaənin odda yandırılması onun öz ictihadında buraxdığı səhvlərdən və xatalardan idi ki, bunun oxşarı sair müctehidlərdən daha çox görünmüşdür. Amma kəlalənin mə`nasını və nənənin mirasını bilməməsinə gəldikdə isə, bu, müctehidlər arasında təzə bir məsələ deyildir, çünki, onlar bu hökmün mənbələrini axtarırlar, hər kəs ona əhatəli olsa ondan soruşurlar...»3
O, Xacə Nəsirəddinin Əbu Bəkrə e`tirazı və onun Xalid ibni Vəlidi zina və qisas həddindən güzəştə getməsi ilə əlaqədar deyir: «O, Malikin həyat yoldaşını müharibədə ələ keçirmişdi və bu da müctehidlərlə əlaqədar məsələlərdəndir.»
Həmçinin deyir: «Ömərin irad tutub onun işini inkar etməsi də nə Əbu Bəkrin imamətinə zərər çatdırır, nə də zərər qəsdinə dəlalət edir. Əksinə, sadəcə olaraq onu inkar edib irad tutmuşdur. Necə ki, müctehidlərdən bə`ziləri digərlərini inkar edərək onlara irad tuturlar.»3
v) Müctehid səhabə Xalid ibni Vəlid
Ibni Kəsir yazır: «Əbu Bəkr Xalidi, Malik ibni Nüveyrəni öldürməkdə ictihad etməsinə və səhvə yol verməsinə baxmayaraq, sərkərdəlik vəzifəsində saxladı.»1
q) Ikinci xəlifə Ömər ibni Xəttab
Ibni Əbil Hədid yazır: «Ömərə edilən tənqidlərdən biri də budur ki, belə demişlər: «O, beytul-malı rəvasız olaraq bölüşdürürdü. Iş o yerə çatmışdı ki, Ayişə və Həfsəyə də ildə on min dirhəm pul verir, Əhli-beyti isə öz xüms haqqından mərhum edirdi...»
Bu iradın cavabında deyir: «Beytul-mal mal-dövlətin cəm olunması yeridir ki, maaşlar verilsin, onun artıq və ya az verilməsi də hakimin ictihadına bağlıdır. Amma xüms məsələsinə gəldikdə isə, o da ictihad hallarındandır...»
Yenə də deyir: «Ömər öz hökmündə ictihad üslubundan xaric olmadı. Hər kəs də onun tədbirlərinə irad tutursa, həqiqətdə səhabənin tutduğu ictihad üslubuna irad tutmuş olur.»1
Ibni Coovzidən nəql olunur ki, o, xüms barəsində deyir: «Xüms ictihadi bir məsələdir.»2
Başqa yerdə deyir: Ömərə tutulan iradlardan biri də budur ki, belə demişlər: «O, hökmlərin bəyan və icra olunmasında sabit rə`yə malik deyildi. Hətta rəvayətə əsasən, babanın irs payı barəsində 70 növ fətva vermiş, başqa bir rəvayətə görə 100 növ hökm çıxarmışdır. Hüquqda da bə`zilərini başqalarından qabağa keçirirdi. Halbuki, Mütəal-Allah hamını bərabər şəkildə qərar vermişdir. Həmçinin, hökmlərin barəsində özünün şəxsi nəzəri və gümanı əsasında söhbət edirdi.»
Cavabda deyir: «Alimlər demişlər ki, ictihadi məsələlərdə nəzər ixtilafı və bir rə`ydən başqa rə`yə keçmək qalib zənn və dəlilə görə adi və caiz hesab olunan işdir.»
Həmçinin deyir: «Söz yalnız qiyas ilə ictihadın əslindən gedir ki, əgər sübuta yetsə, heç bir iradı olmayacaqdır.»[8]
Quşçi, Şeyx Nəsirəddin Tusinin dediyi «Ömər Peyğəmbərin qadınları üçün xüsusi bir maaş ayırmış, Fatiməni və Əhli-beyti isə öz xüms haqlarından məhrum etmiş, babanın irs payı barəsində 100 hökm çıxarmış və beytul-maldan olan maaşların bölüşdürülməsində bə`zilərinə üstünlük vermişdir, halbuki, Peyğəmbərin dövründə belə deyildi» - sözünün cavabında (Quşçi) deyir: Bu dörd iradın cavabında deyirik: Bunlar ona irad tutulmağa səbəb olan işlərdən deyildir, çünki bunlar bir müctehidin başqa bir müctehid ilə ictihadi məsələlərdəki müxalifəti qəbilindəndir.»[9]
Quşçinin məqsədi odur ki, xəlifə Ömər ibni Xəttabın qeyd olunan hökmlərdə Peyğəmbəri Əkrəm ¡-lə müxalifət etməsi Ömər kimi bir müctehidin Peyğəmbəri Əkrəm kimi başqa bir müctehidlə müxalifəti qəbilindəndir. Bu iş Ömərə heç bir irad gətirə bilməz!!![10]
e) Üçüncü xəlifə Osman ibni Əffan
Əllamə Quşçi «Osman qisas hökmünü Übeydullah ibni Ömərdən götürdü» deyə tutulan iradın cavabında deyir: O, ictihad etdi və belə məsləhət gördü ki, bu qətl hökmünün icra olunması ona vacib deyil. Çünki bu iş onun imamətinin başlanmasından qabaq baş vermişdir.»[11]
Ibni Teymiyyə də həmin tənqidin cavabında belə demişdir: «Bu, ictihadi bir məsələdir.»[12] Ibni Əbil Hədid Mö`təzilidən nəql edir ki, xüləfa məktəbinin alimləri Osmanın, Mərvanın atası Həsən barəsində gördüyü tədbirlərlə (yə`ni onu sürgün yerindən Mədinəyə qaytarılması ilə) əlaqədar belə demişdir: «Baxmayaraq ki, Peyğəmbər onun Mədinəyə qaytarılmasına icazə verməmişdir, lakin Osmanın ictihadı bu həddə çatdığına görə onun qaytarılmasını caiz bilirdi. Çünki artıq vəziyyət və dövran dəyişmişdi.»[13] Ibni Teymiyyə deyir: «Bu, ictihadi bir məsələdir.»
Eləcə də onunla Ibni Məs`ud arasında olan məsələlərin tənqidi cavabında yazır: «Hər ikisi öz sözlərində müctehid olduqlarına görə Allah onların həsənələrinə savab verir, günahlarını bağışlayır.»
Başqa yerdə deyir: «Bə`zən imam cəzalandırmaqda ictihad edir və buna görə də mükafat alır. Bu qrup öz əməllərində ictihad etmiş, amma günaha da mürtəkib olmamışdılar, əksinə, onlar öz ictihadları müqabilində mükafat alacaqlar. Buna misal olaraq, Əbu Bəkrənin Müğeyrənin əleyhinə verdiyi şəhadəti qeyd etmək olar. Çünki Əbu Bəkrə saleh bir kişi və müsəlmanların yaxşı adamlarından idi. Allahın razılığını qazanmaq üçün şəhadət vermişdi və inanırdı ki, onun şəhadətinə Allah tərəfindən mükafat veriləcəkdir.[14] Əgər Osmanın ibni Məs`ud ilə Əmmarı ədəbləndirməsini bu qəbildən hesab etsək, onda heç bir maneəsi olmaz. Əgər bir-birilə vuruşan kəslərin hamısı müctehid olsa və xətaları və səhvləri bağışlansa[15], onda bir-birilə çəkişmədə və düşmənçilikdə olan kəslər bu kimi bəxşişlərə daha layiqdirlər!»[16]
O, irad tutularaq deyilən «o, cümə günündə üçüncü azanı artırmışdır» sözünün cavabında deyir: «Bu, ictihadi məsələlərdəndir.»
Ibni Həcər Heysəmi «Səvaiq» kitabında yazır: «Ibni Məs`ud daim Osmana irad tuturdu, məsləhət bu idi ki, o, işdən götürülsün.[17] Bunu da qeyd edək ki, müctehid ictihadi işlərdə e`tiraza mə`ruz qalmır, lakin irad tutan bu kobud xasiyyətlilərin fəhm qüvvəsi yoxdur, hətta əql qüvvələri belə işləmir.»[18]
O deyir: «Ibni Məs`udun maaşının kəsilməsi və onun qovulması bu irad tutmaların təbii nəticəsi idi. Xüsusilə, onların hər ikisi müctehid idi və onların arasında baş verən işlərə irad tutmaq olmaz.»[19]
O, «Həcc səfərində namazını qəsr əvəzinə bütöv qılırdı» iradının cavabında deyir: «Bu, ictihadi bir məsələdir və ona e`tiraz edilməsi də aşkar cəhalət, qəbahət və nadanlıqdan irəli gəlir. Çünki alimlərin əksəriyyəti inanırlar ki, namazı qəsr qılmaq vacib deyil, caizdir.»[20]
ğ) Müctehid qadın Ümmül-mö`minin Ayişə
Ibni Teymiyyə Əllamə Hillinin Ümmül-mö`minin Ayişəyə tutduğu irada belə cavab verir: «Onun dediyi «Ayişə mütəal Allahın hökmü ilə müxalifət etmiş və Qur`anın buyurduğu "vəqərnə fi buyutikunnə və la təbərrəcnə təbərrücəl-cahiliyyətil-ula" ayəsinin hökmünü görməməzliyə vurmuşdur»[21] iradı da yersizdir. Çünki o, rəziyəllahu ənha, əvvəlki cahiliyyət dövranında olduğu kimi özünü göstərməmişdir, evində qalması və aramlaşma fərmanı da məsləhət üzündən olan qiyamla ziddiyyətli deyildir.[22] Əgər Peyğəmbər qadınlarının məsləhət üzündən olan səfəri Ayişə üçün caiz olsa, o, tə`vil və ictihad etmiş və bu səfəri müsəlmanların məsləhətinə bilmişdir. Xətakar müctehidin xətası bağışlandığına görə müctehid Ayişə üçün də bəxşiş və bağışlanmaq ona, öz evində qərarlaşmadığına görə daha layiqdir. Bu izahla Ayişə rəziyallahu ənhanın qiyamına cavab verilir. Əgər müctehid xətakar olsa, bu xəta Allahın Kitabında və Peyğəmbərin sünnəsində bağışlanır.»[23]
Qurtubi deyir: «O, haqqa çatan və düz iş görən bir müctehid idi, onun etdiyi tə`bir və ictihadda ona savab verilir. Çünki əhkamlarda müctehid olan hər şəxs haqqa çatır və əməli salehdir.»[24]
d) Müaviyə ibni Əbu Süfyan
«O əvəz çıxmayan bir müctehid və həddini aşmayan bir alimdir!»[25]
e) Müaviyənin vəziri Əmr ibni As
Ibni Həzm «Əl-fəsl» kitabında yazır: «Müaviyə və onun yoldaşları əcr alan xətakar müctehidlər idilər ki, bir əcr və savab qazanırlar.»[26]
O bir daha Müaviyə ilə Əmr Ası xatırlayıb deyir: «Bu iki şəxs qan və qan axıdılması kimi məsələlərdə ictihad etmişlər. Necə ki, bu barədə fətva verənlər ictihad edirdilər. Fətva verənlərin bə`ziləri sehrkarı qətlə yetirməyi vacib bildiyi, bə`ziləri isə belə bir nəzərə malik olmadıqlarına görə bu ictihadlarla Müaviyə, Əmr As və başqalarının ictihadları arasında – əgər cəhalət və qəlbin korluğu, eləcə də bilməməzlik üzündən qarışıqlıq baş verərsə – onda nə fərqi var?![27]»
Ibni Teymiyyə də Müaviyə və onun gördüyü tədbirlərə üzr və bəhanə gətirərək belə deyir: «O, müctehid idi.» Sonra deyir: «O, bu barədə eynilə Əli ibni Əbitalib kimidir.»
Ibni Kəsir deyir: «Müaviyə müctehiddir və ona savab verilib, inşaallah.»[28]
Əmr ibni As ilə Əbu Musa Əş`əri arasında baş verən həkəmiyyət hadisəsini qeyd etdikdən sonra deyir: «Əmr Müaviyəni hökumətdə saxladı. Çünki onu məsləhət bilirdi. Ictihad da həm xataya gedə bilər, həm də düz çıxa bilər.»[29]
Ibni Həcər Heysəmi «Səvaiq» kitabında yazır: «Əhli-sünnət və cəmaətin əqidəsi budur ki, Müaviyə Əlinin dövranında xəlifə deyildi. Əksinə, sultanlardan biri idi və ictihadına görə bir savab qazanır. Lakin Əliyə iki savab verilir: Biri ictihadına görə, biri isə haqqı düzgün ayırd etdiyinə görə verilən savab.»
O, digər bir kitabı olan «Təthirul-cinan vəl-lisan ənil-xuturi vət-təfəvvuhii bi səlbi səyyidina Müaviyət ibni Əbi Süfyan»[30] adlı kitabında deyir: «Müaviyə ictihad etdiyinə görə ona savab veriləcək. Çünki hədisdə deyilir ki, müctehid hər vaxt ictihad edib haqqa çatsa, iki savab qazanır. Əgər ictihad edib xətaya yol versə, bir savab qazanır.» Müaviyə şübhəsiz, müctehid idi, əgər bu ictihadında xətaya yol vermiş olarsa, ona bir savab verilir və ona heç bir irad yoxdur.»[31]
O, öz kitabında Müaviyənin ictihadını isbat etmək üçün uzun bir fəsil gətirmişdir.
«Baği» (iğtişaşçı, qiyamçı) kəlməsinin tə`vil və mə`nasında deyir:
«Əl-ənvar» kitabında son zamanın alimlərinin kitablarından nəqlən belə deyilir: «Bağilər və qiyamçılar fasiq və kafir deyildirlər, lakin tutduqları yol və rəftarda xətakardırlar, Müaviyəni tənqid edib eyblərini demək caiz deyildir, çünki o böyük səhabələrdən idi.»[32]
Şeyx Əbdül-Vəhhab Əbdül-Lətif «Təthirül-lisan» kitabına yazdığı haşiyədə – «Dirasatül-ləbib» kitabından nəql etdikdən sonra – demişdir: «Səhabələrdən çoxu Müaviyənin bid`ətlərini rədd edərək yersiz hesab etmişlər» sonra deyir: «O, nümunə üçün, elə hadisələri və fətvaları xatırlatmışdır ki, onların hamısının qayıdış yeri müctehidlərin fətva və nəssə elmli olmamaları ilə əlaqədar ixtilaflara qayıdır. Bunun da oxşarı həm səhabə, həm də qeyrilərəri üçün baş verir ki, bu da Müaviyəni müctehidlik cərgəsindən xaric etmir.»[33]
i) Əmmarın qatili müctəhid Əbül Ğadiyə
Ibni Həzm «Əl-fəsl» kitabında yazır: «Əbül Ğadiyənin əli ilə qətlə yetirilən Əmmar Bey`əti-Rizvanın iştirakçılarından, Allahın batini niyyətlərini təsdiqləyib Öz aramlığını onlara nazil etdiyi və onlardan razı olduğu şəxslərdən idi. Əbül Ğadiyə də (rəziyəllahu ənh) da mütəəvvil müctehid idi ki, səhv üzündən ona zülm etmişdi və eyni zamanda Allah dərgahında mükafata layiqdir. O, Osmanın qatilləri kimi deyildir. Çünki onlar Osmanı qətlə yetirməkdə ictihad macalı tapmamışdılar.[34]
Ibni Həcər də «Əl-isabə» kitabında Əbül Ğadiyənin tərcümeyi-halında eynilə belə demiş və onu müctehid səhabələri sırasında qeyd etmişdir.
k) Ümumi şəkildə olan müctehidlər
Ibni Teymiyyə Əllamə Hillinin dediyi «Bu camaata vurulan tə`nələr elədir ki, bütün alimlər onun bir çox hissələrini nəql etmişdir. Kəlbi[35] səhabələrin eybləri barəsində xüsusi bir kitab yazmışdır. Həmin halda, Əhli-beytdən bir işkal (eyb) belə, onlarda gəlməmişdir» sözünün cavabında deyir: «Onlardan baş verən bu işlərin çoxunda üzr və bəhanə vardır ki, onu günah dairəsindən çıxararaq ictihadi hallar cərgəsində qərar verir. Elə bir ictihad ki, əgər müctehid onda haqqa çatarsa, iki mükafat, əgər səhvə yol verərsə, bir mükafat alacaq. Raşidin xəlifələri barəsində nəql olunanların hamısı da bu qəbildəndir.»
O, «Minhacus-sünnə» kitabının 3-cü hissəsinin 19-30-cu səhifələrində bu barədə uzun-uzadı bəhs aparmışdır. Daha sonra isə Əllamənin böyük səhabələrə tutduğu iradlara cavab verərək deyir: «Bunların hamısı ictihad hallarındandır.»[36]
Ibni Həcər Əbül Ğadiyənin tərcümeyi-halında yazır: «Bütün bu müharibələrdə səhabələr barəsində bizim gümanımız budur ki, onlar tə`vil (və ictihad) əhli olmuşlar, səhvə yol verən müctehid bir savab alır. Əgər bu qayda camaatın hər birinin haqqında sübuta yetərsə, onun səhabələr barəsində sübuta yetməsi daha layiqdir.»[37]
Şeyx Əbdül-Vəhhab Əbdül-Lətif «Səvaiq»in haşiyəsində yazır: «Əlinin dövründə olan bütün səhabələr ya onunla birlikdə döyüşdülər, ya da onun əleyhinə çıxdılar, yaxud da hər iki ordudan kənara çəkilib bitərəf oldular və onunla müharibə etmədilər. Belə ki, Ibni Məs`udun səhabələri, Sə`d ibni Əbi Vəqqas və sairləri onunla müharibə aparmaqdan imtina etdilər. Hüzeyfə, Ibni Məsləmə, Əbuzər, Imran ibni Həsin, Əbu Musa Əş`əri kimilər də hər iki dəstədən kənara çəkildilər. Onların hamısı da tə`vil (ictihad) əhli idilər, onlardan baş verən işlər onları ədalətdən çıxarmır.»[38]
Bəli, xüləfa məktəbinin ardıcılları beləcə ikinci hicri əsrindən bu günkü günə (on beşinci əsrin əvvəllərinə) qədər bu məsələ barəsində fikir birliyində olub deyirlər: «Bütün səhabələr adildir və sübhan olan Allah, onların etdiyi hər bir işə: düşmənçilik, kin-küdurət, bir-birini qırmaq və qan axıtmaqla əlaqədar onların hamısına mükafat verəcəkdir!» Yə`ni Allah nəinki onların günahlarını əməl dəftərinə yazmır, əksinə, onların pis işlərinə də mükafat verir!!
Onların təsəvvürlərinə görə bu Allah necə də ədalətli qazidir! Bizi günahlarımıza görə cəzalandırır, onları isə günahlarına görə mükafatlandırır!!!
Onlar səhabələrin haqqında olan bu sözlər barəsində – Müaviyənin əsrinə qədər – fikir birliyində olmuş, onlardan bə`ziləri demişdir: «Bu qayda Yezidin əsrinə qədər də cərəyandadır.» Belə ki, Ibni Xəldun Yezidin dövründəki səhabələr barəsində yazır: «Onlardan bə`ziləri Yezidin işini nalayiq bir əməl kimi qiymətləndirir, bə`ziləri onunla müharibə aparmağı vacib bilirdilər...» Sonra yazır: «Və bu bütün müsəlmanlara layiq bir iş idi, hamısı müctehid idilər, iki qrupdan heç birinə irad gəlmir, onların yaxşılıq etməkdə və haqqı axtarmaqda olan hədəfləri mə`lumdur. Allah-taala onlara iqtida etməkdə bizə tovfiq versin.»[39]
Mən bilmirəm: Əgər onların hamısı Peyğəmbərlə yoldaş olduğuna görə müctehiddirlərsə, onda Osmanın qatillərinin vəziyyəti necə olar?! Nə üçün onlar müctehid hesab olunmurlar?! Ibni Həzm Əmmarın qatili Əbül Ğadiyənin ictihadı barəsində yuxarıda da qeyd olunduğu kimi, belə deyir: «Və bu (Əbül Ğadiyə) Osmanın qatilləri kimi deyildir. Çünki Osmanın öldürülməsində ictihad üçün heç bir macal olmamışdı. Ona görə ki, o nə bir kəsi öldürmüş, nə bir kəslə müharibə aparmış, nə möhsinə zina etmiş, nə də mürtəd olmuşdur ki, onu öldürməkdə tə`vil və ictihada caiz olsun. Əksinə, onlar fasiq cəngavərlər idilər ki, qəsdən və heç bir tə`vil olmadan zülm və sitəmlə, haram olan bir qanı axıtdılar. Belə isə onlar fasiq və məl`unlardır!»[40]
Ibni Həcər Heysəmi yazır: «Alimlərdən çoxunun əqidəsi budur ki, Osmanın qatilləri qiyamçılar deyil, inadkar zalımlar idilər. Onların şübhələri heç bir yola yozulası deyildi və onlar şübhənin kəşf edilməsindən, haqqın aşkar olunmasından sonra batil yola israr etdilər. Belə deyildir ki, hər kəs bir şübhəni görüb dərk etdisə, onun vasitəsilə müctehid ola;, çünki, şübhə o kəsə ariz olur ki, ictihad dərəcəsinə çatmaqdan bacarıqsızdır.»[41]
Mən bilmirəm: Əgər belədirsə, onda necə olur ki, Imam Əli ™-ın qatili müctehid mütəəvvil olur və o həzrəti Kufə məscidinin mehrabında namaz halında şəhadətə çatdırır?!
k) Müctehid mütəəvvil – Imamın qatili Əbdür-Rəhman ibni Mülcəm
Ibni Həzm «Əl-mühəlla» kitabında, Ibni Türkmani «Əl-cövhərün-nəqiyy» kitabında, yuxarıda da qeyd olunduğu kimi, belə yazır: «Ümmət övladlarından heç kəsin şəkki yoxdur ki, Əbdür-Rəhman ibni Mülcəm Əli ™-ı öldürərkən mütəəvvil və müctehid olmuşdur. O belə təsəvvür edirdi ki, düz yola gedir; buna görə də Imran ibni Həttan onun barəsində deyir:
ياَ ضَرْبَةً مِنْ تَقِيٍّ مَا اَرَادَ بِهَا اِلَّا لِيَبْلُغَ مِنْ ذِي الْعَرْشِ رِضْوَانًا
اِنِّي لَاَذْكُرُهُ يَوْمًا فَاَحْسبُهُ اَوْفَى الْبَرِيَّةِ عِنْدَ اللّهِ مِيزَانًا[42]
Mən bilmirəm: Əbdür-Rəman ibni Mülcəm səhabə olmadığı halda necə müctehid oldu?!
Bunu da başa düşə bilmirəm ki, səhabələrdən sayılmayan Yəzid necə müctehid oldu?!
q) Yezid ibni Maviyə – xəlifə və imam!
Əbül Xeyr Şafei Yezidin barəsində yazır: «O, imam və müctehid idi.» Ibni Kəsir Əbül Fərəc ibni Covzinin[43] Yezidi lə`nətləməyin caiz olmasını nəql etdikdən sonra deyir: «Başqa bir qrup da bu işi nəhy etmiş və onlar da bu barədə kitab yazmışlar ki, Yezidi lə`nətləmək onun atasının və ya səhabələrdən birinin lə`nətlənməsinə gətirib çıxarmasın. Onun yaramaz işlərinə və gördüyü cinayətlərə bəraət qazandırmaq barəsində belə demişlər: «O ictihad edərək səhvə yol vermişdir.»
Demişlər: Bununla belə, o, fasiq bir imamdır. Imam fasiq olarsa, sadəcə onun fisqinə görə – alimlər arasında iki nəzəriyyədən daha düzgününə əsasən – o xilafətdən götürülmür, hətta onun əleyhinə qiyam etmək də caiz deyildir. Çünki bu iş ümmətdə fitnə-fəsadın, hərc-mərçliyin yaranmasına və haram qan axıdılmasına səbəb olur.»
Amma camaatın bə`zilərinin dediyi «Yezid Mədinə əhlinin başına gələn əhvalatları, Müslüm ibni Əqəbənin vasitəsilə törədilən «hirrə» cinayətini eşitdikdə çox şiddətlə sevinc hissi keçirdi» - sözünə gəldikdə isə, bunun səbəbi o idi ki, o özünü imam hesab edirdi, onlar da Yezidin itaətindən çıxmışdılar və başqa birisini özlərinə əmir seçmişdilər. Yezidin onlarla müharibə aparmağa və nəticədə öz itaətinə vadar edib camaatla bir səviyyədə saxlamağa haqqı var idi.»[44]
Ibni Həcər «Səvaiq» kitabında Ğəzzalidən və Mütəvəllidən[45] nəql edərək demişdir: «Yezidi lə`nətləmək və onu kafir hesab etmək caiz deyildir, çünki o mö`minlərin cərgəsindədir və onun axır-aqibəti Allahın məşiyyət və iradəsinə bağlıdır: əgər istəsə, ona əzab verər, istəməsə, onu bağışlayar.»[46]
[1] «Lisanül-ərəb», əv-və-lə maddəsi.
[2] «Əs-sihah», əv-və-lə maddəsi.
[3] «Müfrədati Rağib», əv-və-lə kəlməsi. Biz onu qısa şəkildə qeyd etdik, əlavə mə`lumat üçün bax: «Səhihi-Buxari», 139-cu bab, 110-cu surənin təfsiri; «Səhihi-Müslüm», səlat kitabı, səh.217; «Sünəni ibni Macə», əl-iqamə kitabı, 20-ci bab.
[4] «Sünəni Darəmi», 2-ci cild, səh.29; «Müvətəi Malik», lübs kitabı, ma caə fil-intial babı, hədis:16; Yusuf» surəsi, 36-cı ayə.
[5] «Nihayətül-lüğət», Ibni Əsir, ə-və-lə maddəsi.
[6] «Fəthul-bari», «Səhihi-Buxari»nin şərhi, 12-ci cild, səh.129-130.
[7] Yenə orada, 15-ci cild, səh.333. Biz bilmirik ki, bu qədər müsəlmanları kafir hesab edən xəvariclər barəsində nə deyirlər?! Zahirən, onları üzürlü hesab etmir və onlara «mariqin» və «islamdan xaric olanlar» adı veriblər, yalnız Əmirəl-Mö`minin Əli ™-ın qatili ibni Mülcəmi mütəəvvil və üzürlü hesab edirlər!
1 «Nəhcül-bəlağə»nin şərhi, Ibni Əbil Hədid, 4-cü cild, səh.178, Misir çapı, 1329
2 Tezliklə «xəlifə Ömərin ictihadı» bölməsində digər bir halı da qeyd edəcəyik. Orada Peyğəmbəri Əkrəm ¡-in hökmü ictihad adlandırılmışdır. Həmçinin, onların Peyğəmbər ¡-in ictihadı və bu barədə izahları və cavabları bəyan edilmişdir. Buna görə də Peyğəmbərin adını yalnız «xüləfa məktəbinin müctehidləri» bəhsinin əvvəlində qeyd etmişik. Çünki Əhli-beyt ¢ məktəbinin nəzərinə görə, o həzrətdən heç bir ictihad baş verməmişdir.
3 Bax: «Əz-Zəriə», 3-cü cild, səh.351; Əlauddin Əli ibni Məhəmməd Quşçinin yazdığı «Təcridin şərhi». Onun atası padşahın quşlarını və şahinlərini Mavəraunnəhrdə saxladığına görə Quşçu adlandırılmışdır. Əlauddin Səmərqəndin rəsədxanasının tikilişində iştirak etmiş, Osmanlı sultanı ilə Təbriz sultanı Uzun Həsən arasında barışıq yaratmaq üçün Təbrizə və Istanbula getmişdir və Osmanlı sultanı onun gəlişini əzizləmiş, onu «Aya Sofiya» mədrəsəsinin başçısı tə`yin etmişdi. O, 897-ci hicri ilində həmin yerdə vəfat etmişdir. («Hədiyyətul-arifin», 1-ci cild, səh.736; «Əl-kuna vəl-əlqab», 3-cü cild, səh.77).
3 «Şərhi-Təcrid», Təbriz çapı, 1301-ci hicri-qəməri, səh.407; «Nəhcül-bəlağə»nin şərhi, Ibni Əbil Hədid, 4-cü cild, səh.183, altıncı çap.
1 «Tarixi Ibni Kəsir», 6-cı cild, səh.323
1 «Nəhcül-bəlağə»nin şərhi, Ibni Əbil Hədid, 2-ci cild, səh.153, həmçinin 3-cü cild, səh.180-da bu iradın cavabında deyir: «Onun ictihadı belə idi.»
2 Yenə orada, səh.154.
[8] Yenə orada, səh.165
[9] «Şərhi-Təcrid», səh.408
«Şərhi Təcrid», səh.409; «Nəhcül-bəlağə»nin şərhi, Ibni Əbil Hədid, 1-ci cild, səh.243.
«Minhacus-sünnə», 3-cü cild, səh.203. Əhməd ibni Əbdülhəlim ibni Əbdüs-səlam ibni Əbdüllah ibni Əbul-qasim ibni Teymiyyə Hərrani Dəməşqi Hənbəli (661-728). O, sələfi məktəbinin banisidir ki, onunla müasir olan alimlər onun azğın əqidəyə malik olmasına dair fətva vermiş, hökumət tərəfindən həbsə alınmış və zindana ölmüşdür. Onun tərcümeyi-halı «Tarixi Ibni Kəsir», 14-cü cild, səh.135-də gəlmişdir.
[10] Ey Islamın növhəçisi! Ayağa qalxıb müsibət oxu!
[11] «Minhacus-sünnə», 3-cü cild, səh.203. Əhməd ibni Əbdülhəlim ibni Əbdüs-səlam ibni Əbdüllah ibni Əbul-qasim ibni Teymiyyə Hərrani Dəməşqi Hənbəli (661-728). O, sələfi məktəbinin banisidir ki, onunla müasir olan alimlər onun azğın əqidəyə malik olmasına dair fətva vermiş, hökumət tərəfindən həbsə alınmış və zindanda ölmüşdür. Onun tərcümeyi-halı «Tarixi Ibni Kəsir», 14-cü cild, səh.135-də gəlmişdir.
[12] «Nəhcül-bəlağə»nin şərhi 1-ci cild, səh.233
[13] Mən bilmirəm: Görəsən, Müğeyrənin barəsində və dörd nəfər şahidin onun Ümmü-Cəmilə ilə zina etməsi barəsində nə deyirlər?! Onu da Peyğəmbərin səhabəsi olduğuna görə müctehid və savab qazanan hesab edirlərmi?!
[14] Hətta onların ictihadları Allahın kitabı və Peyğəmbərin sünnəsi ilə müxalif olsa da belə?!
[15] «Mihacus-sünnə», 3-cü cild, səh.193. Göründüyü kimi, Ibni Teymiyyənin Osmanı müdafiə etmək məqsədilə səhabələrin ictihadını misal gətirməsi «müsadirə be mətlubdur» (müddəanı eynilə dəlil kimi qəbul etməkdir)
[16] Yenə orada, 3-cü cild, səh.204.
[17] Kimin məsləhəti? Ibni Məs`udun məsləhəti, yoxsa Bəni-Üməyyənin və ya müsəlmanların məsləhəti?!
[18] «Əs-səvaiqul-muhriqə», Ibni Həcər, Şəhabuddin Əhməd ibni Məhəmməd ibni Əli ibni Həcər Misri Heysəmi Ənsari (909-974) Qahirə çapı, 1375-ci h.q ili, səh.111
[19] Yenə orada, səh.112
[20] Yenə orada, səh.113.
[21] Yə`ni: "Ey Peyğəmbərin qadınları! Öz evlərinizdə qalın və əvvəlki cahiliyyət dövranında olduğu kimi, özünüzü göstərməyin.»
[22] Əllamə Hilli – Əbu Mənsur Cəmaluddin Həsən ibni Yusif Mütəhhəri Hilli. Onun kitablarından biri də «Minhacul-kəramət»dir ki, Ibni Teymiyyə ona rədd cavabı yazmış və onu «Minhacus-sünnə» adlandırmışdır. Biz bu bəhsdə onun 1322-ci il «Əmiriyyə» çapına müraciət etmişik
[23] «Minhacus-sünnə», Ibni Teymiyyə, 3-cü cild, səh.190
[24] «Təfsiri Qurtubi», 14-cü cild, səh.182, «Və la təbərrəcnə» ayəsinin təfsirində.
[25] Bu sifətləri Ibni Həcər Heysəmi «Təthirul-lisan» kitabında (səh.22) ona aid etmişdir.
[26] Yenə orada 4-cü cild, səh.89
[27] «Minhacus-sünnə», 3-cü cild, səh.261, 257-276, 284, 288-289.
[28] «Tarixi Ibni Kəsir», 7-ci cild, səh.279
[29] Yenə orada, 7-ci cild, səh.283
[30] Yə`ni: canın və qəlbin bizim ağamız Müaviyə ibni Əbu Süfyan barəsində eyb axtarmaqdan təmizlənməsi.
[31] «Təthirul-cinan», səh.15.
[32] «Əs-səvaiqül-muhriqə», səh.221.
[33] Şeyx Əbdül-Vəhhab Qahirədə şəriət institutunun müəllimi idi və onun yazdığı haşiyə Ibni Həcərin «Təthirul-lisan» kitabının 18-ci səhifəsində və Muin ibni Əminin yazdığı «Dirasatul-ləbib» kitabında qeyd olunmuşdur ki, yuxarıda bəyan etdiyimiz dirasatus-saniyə hissəsidir.
[34] «Əl-fəsl», 4-cü cild, səh.161.
[35] Əllamənin Kəlbi dedikdə məqsədi Hişam ibni Məhəmməd ibni Saib Kəlbidir. Zəhəbi «Əl-ibər» kitabının 1-ci cildinin 346-cı səhifəsində yazır: «O, yüz əllidən artıq kitab yazmışdır.» Əhməd Zəki «Əl-əsnam» kitabına yazdığı haşiyədə onların sayını 141 qeyd etmişdir. Əhməd Zəkinin qələmindən düşənlərin çoxunun adı «Ricalu Nəcaşi» kitabında Hişamın tərcümeyi-halında qeyd edilmişdir. Xüləfa məktəbinin alimlər Hişamı şiəlikdə həddi aşmağa və rafizliyə nisbət vermişlər. O 204, yaxud 206-cı hicri ilində vəfat etmişdir. Onun tərcümeyi-halı «Təbəqatül-hüffaz», «Ənsabu səm`ani» kitablarında qeyd olunmuşdur.
[36] «Minhacus-sünnə», 3-cü cild, səh.19-dan sonra.
[37] «Əl-isabə», 4-cü cild, səh.151
[38] «Səvaiq»in haşiyəsi, səh.209. Bu sözü «Əl-müxtəsər» kitabında tə`kid etmişdir, halbuki ibni Məs`udun bu fitnədən kənara çəkilən səhabələrini tanımırıq. Belə ki, Hüzeyfə də o zamanda Mədinədə deyil, Mədaində idi və orada vəfat etdi. Vəfatından qabaq vəsiyyət etmişdi ki, Imam Əliyə tabe olsunlar. Əbuzər də hakimlərin qoyduğu bid`ətlərlə aşkar mübarizə aparırdı, nəhayət şəhərdən-şəhərə sürgün olundu və Osmanın xilafətinin axırlarında, 32-ci hicri ilində sürgün olunduğu Rəbəzədə vəfat etdi. Sə`d ibni Vəqqas da Imam Əliyə kömək etmədiyi üçün peşmançılıq hissi keçirirdi. Imran ibni Həsin də bu hadisədən qabaq vəfat etmişdir.
[39] Ibni Xəldunun müqəddiməsi, darul-kitabil-Lobnan, 1956-cı il, səh.380. Əbdür-Rəman ibni Xəldun (732-808) Misri Sufiyə qəbiristanlığında dəfn olunmuşdur. «Yezidə qarşı müharibə aparmağı vacib bilən kəslər» dedikdə onun məqsədi Hirrə vaqiəsində Mədinə camaatı və Məkkə şəhərində olan Əbdülah ibni Zübeyr idilər.
[40] «Əl-fəsl», 4-cü cild, səh.161.
[41] «Əs-səvaiqil-muriqə», səh.215
[42] «Əl-mühəlla», 10-cu cild səh.484; «Əl-cövhərun-nəqiyy», «Sünəni Beyhəqi»nin haşiyəsində, 8-ci cild, səh.58-59. Onun müəllifi Əlauddin Əli ibni Osmandır ki, Ibni Türkmani Hənəfi adı ilə məşhurdur (750-ci ildə vəfat edib). O, kitabın müqəddiməsində deyir: «Bunlar elə faydalı məsələlərdir ki, bu böyük «Sünən» kitabının haşiyəsində bəyan edirəm. Hacı Xəlifə «Kəşfuz-zunun» kitabının 2-ci cildinin 1007-ci səhifəsində «Sünəni Beyhəqi»nin barəsində yazır: «Onun misli-bərabəri islamda yazılmamışdır.»
[43] Əbül Fərəc ibni Covzi Əbdür-Rəhman ibni Əli ibni Məhəmməd Bikri Hənbəli, məşhur vaiz, mühəddis və müfəssirdir (597-ci ildə vəfat edib). Kitablarından «Ər-rəddu əla Əbdil-Muğis ibni Züheyr Hənbəli»dir ki, o da «Fəzailu Yezid» kitabını yazmışdır.
[44] «Tarixi ibni Kəsir», 8-ci cild, səh.223-224.
[45] Əbu Səid Əbdür-Rəman ibni Əbi Məhəmməd Mə`mun ibni Əli Mütəvəlli, Bağdadın «Nizamiyyə» mədrəsəsinin müəllimi, Şafei fiqhinin fəqihi və üsulçusu olmuşdur (478-ci ildə vəfat edib). Onun tərcümeyi-halı «Əl-kuna vəl-əlqab», 3-cü cild, səh.119-da qeyd olunmuşdur.
[46] «Əs-səvaiqul-muhriqə», səh.221; həmçinin «Ehyau ülumid-din» Ğəzzali (505-ci ildə vəfat edib), 3-cü cild, səh.125.