Azəri
Friday 29th of March 2024
0
نفر 0

“Məad”

“Məad”

Öləndən sonra bir daha dirilib, dünyada etdiyimiz əməllər üçün Allah qarşısında cavab vermək (Qiyamət, Behişt, Cəhənnəm, haqq-hesab və sairəyə inanmaq).

 

Məadın lüğətdə mənası qayıdış deməkdir. Yəni insanlar öldükdən sonra bir daha dirilib Axirət aləminə qayıdacaqlar. Bu əqidə dinin zəruri məsələlərindən biridir və hər bir şəxsin buna etiqadı və inamlı olması gərəkdir. Yəni hər bir şəxs inanmalıdır ki, insan öləndən sonra bir daha dirilib, dünyada etdiyi əməlləri müqabilində hesab verəcək və nəhayət Cənnət və ya Cəhənnəmə gedəcəkdir. Həmçinin qəbirdə olan sorğu-sual və Bərzəx aləminin məsələləri də bu mövzuya aiddir. Amma çox təəssüflər olsun ki, bu mühüm məsələyə bəziləri soyuq münasibət göstərirlər. Buna baxmayaraq bu məsələ çox mühüm olduğundan Allah-taala Qurani-Kərimdə «iman» sözündən sonra məadı bəyan etmişdir. Buna misal olaraq bir neçə ayəni nəzərinizə çatdırırıq:

 

«مَنْ ءَامَنَ بِاللَّهِ وَالْيَوْمِ الأَخِرِ وَعَمِلَ صَالِحاً فَلَهُمْ أَجْرُهُمْ عِندَ رَبِّهِمْ وَلاَ خَوْفٌ عَلَيْهِمْ وَلاَ هُمْ يَحْزَنُون»َ

 

«Hər kəs Allaha, Axirət gününə (sədaqətlə) inansa və yaxşı iş görsə onun mükafatı Rəbbinin yanındadır. (Qiyamətdə) onların heç bir qorxusu yoxdur və onlar qəmgin olmazlar.»

 

Başqa bir ayədə belə oxuyuruq:

»اللَّهُ لَآ إِلَـهَ إِلاَّ هُوَ لَيَجْمَعَنَّكُمْ إِلَى يَوْمِ الْقِيَامَةِ لاَ رَيْبَ فِيهِ وَمَنْ أَصْدَقُ مِنَ اللّهِ حَدِيثًا«

 

«Allahdan başqa heç bir məbud yoxdur. Olacağına şübhə etdilməyən Qiyamət günü, əlbəttə hamınızı (bir yerə) toplayacaqdır. Allahdan daha doğru danışan kim ola bilər?!»

 

»فَاللَّهُ يَحْكُمُ بَيْنَكُمْ يَوْمَ الْقِيَامَةِ «

 

«Qiyamət günü Allah sizin aranızda hökm edəcəkdir».

 

Bəziləri belə fikirləşirlər ki, insan öldüyü zaman torpaq olub aradan gedəcək və heç bir zaman dirilməyəcək. Qur`an bu cür insanlara belə cavab verir:

 

«وَيَقُولُ الْإِنسَانُ أَءِذَا مَا مِتُّ لَسَوْفَ أُخْرَجُ حَيًّا * أَوَلا يَذْكُرُ الْإِنسَانُ أَنَّا خَلَقْنَاهُ مِن قَبْلُ وَلَمْ يَكُ شَيْئًا »

 

«(Qiyaməti inkar edən) insan: «Mən öldükdən sonra (qəbirdən) dirimi çıxardılacağam?»- deyə soruşur. Məgər insan öncə onu heç bir şey deyilkən (yoxdan) yaratdığımızı xatırlamırmı?»

 

Әziz oxucular! Bu barədə olan əqidənizi bir az da möhkəm etməkdən ötrü, qeyd etdiyimiz ayələrdən əlavə bir neçə ayəni suallara cavab şəklində diqqətinizə çatdırırıq.

 

1. Sual: Qiyamət günü mütləq olacaqmı?

Cavab: O saat (Qiyamət günü) mütləq gələcəkdir, ona heç bir şəkk-şübhə yoxdur. Lakin insanların bir çoxu (buna) inanmaz. (əl-Muminun surəsi, ayə 59)

 

2. Sual: Qiyamət günü necə olacaqdır?

Cavab: O gün (qiyamət günü) dağları (yerindən qoparıb) hərəkətə gətirəcəyik. (O vaxt) yeri dümdüz görəcəksən və onları bir yerə toplayacağıq və onların heç birini [qələmdən salıb] kənarda qoymayacayıq. Onlar Rəbbinin hüzuruna cərgə-cərgə (səf-səf) gətiriləcəklər. (Onlara belə deyiləcək:) «Siz Bizim yanımıza sizə ilk dəfə yaratdığımız kimi gəldiniz. Lakin siz elə güman edirdiniz ki, Biz sizə verdiyimiz vədi (öləndən sonra diriləcəyinizi) yerinə yetirməyəcəyik!» (əl-Kəhf surəsi, ayə 47-48)

 

3. Sual: Qiyamət günündə müttəqilərin (təqva əhlinin, Allahdan qorxanların) və günahkarların halı necə olacaqdır?

Cavab: O gün (Qiyamət günü) Biz müttəqiləri (pərhizkarları) Rəhmanın hüzuruna möhtərəm elçilər kimi cəm edərik. Günahkarları isə Cəhənnəmə susuz vəziyyətdə sürükləyib gətirərik (Məryəm surəsi, ayə 85-86)

 

4. Sual: Qiyamət günündə Qiyaməti qəbul etməyənlərin halı necə olacaqdır?

Cavab: Allahın hüzurunda duracaqlarını inkar edən kimsələr, həqiqətən, ziyana uğramışlar. Belə ki, saat (qiyamət günü) qəflətən başlarının üstünü aldığı zaman onlar günahlarını dallarında daşıyaraq deyəcəklər: «Dünyadakı təqsirlərimizə görə vay halımıza!» Bir baxın daşıdıqları şey (günah yükü) necə də pisdir! (əl-Әn᾿am surəsi, ayə 31)

 

5. Sual: Qiyamət günündə insanların bədən üzvlərinin nə kimi rolu olacaqdır?

Cavab: Qiyamət günü (onlar dünyada qazandıqları günahlarını dandıqda) dilləri, əlləri və ayaqları etdikləri əməllər barəsində onların əleyhinə şəhadət verəcəkdir. (ən-Nur surəsi, ayə 24)

 

6. Sual: Qiyamət günündə kafirlər nə arzu edəcəklər?

Cavab: Həqiqətən, Biz sizi yaxın bir əzabla (Qiyamət gününün əzabı ilə) qorxutduq. O gün insan öz əlləri ilə etdiyi (yaxşı və pis) əməlləri görəcək, kafir isə: «Kaş (bu əzabı görməmək üçün) torpaq olaydım!»- deyəcəkdir. (ən-Nəbə surəsi, ayə 40)

 

7. Sual: Allah-taala Qiyamət günündə insanları necə dirildəcəkdir?

Cavab: (Ey insanlar!) Sizi (yoxdan) yaratmaq və (Qiyamət günü Allah üçün) diriltmək ancaq bir nəfəri yaratmaq və diriltmək kimidir. Həqiqətən, Allah (hər şeyi) eşidən və görəndir! (Loğman surəsi, ayə 28)

 

8. Sual: Qiyamət günündə insanlar bir-birinin günahını daşıya biləcəklərmi?

Cavab: Heç bir günahkar başqasının günahını daşımaz. (Fatir surəsi, ayə 18)

 

9. Sual: Qiyamət günündə Allahın buyurduğu vaciblərə əməl edib, haram buyurduqlarından çəkinərək Peyğəmbər və onun Әhli-beytini qəbul edən xalis bəndələrin aqibəti necə olacaqdır?

Cavab: Allahın xalis bəndələri isə müstəsnadırlar (onlara cəza verilməyəcəkdir). Məhz onlar üçün mə`lum bir ruzi vardır. (Onlar üçün) növbənöv meyvələr vardır. Onlar hörmətə (şərəfə) nail olacaqlar. Nəim cənnətlərində. Onlar taxtlar üstündə bir-biri ilə üzbəüz əyləşəcəklər. Onlar üçün (cənnət saqiləri tərəfindən adamı kefləndirməyən və behiştdə çay kimi axan) şərab (məin) dolu piyalələr dolandırılacaqdır. Ağappaq, özü də içənlərə ləzzət verən (bir şərab). Onun içində (dünyadakı şərabdan fərqli olaraq) əqli başdan çıxaran (başağrısı, süstlükverən) heç bir şey yoxdur. Onlar məst də olmazlar. Onların yanında gözəl (irigözlü), baxışları (yalnız ərlərinə) dikilmiş zövcələr olacaqdır. Onlar, sanki örtülü (bağlı, heç bir əl dəyməmiş, qabığı içində təzə qalmış, ağappaq) yumurtadırlar (yaxud sədəf içində gizlənmiş incidirlər). Onlar bir-biri ilə (dünyada gördükləri barədə) sorğu-suala (söz-söhbətinə) başlayacaqlar. (əs-Saffat surəsi, 40-50-ci ayələr.)

 

Qeyd: Hər bir müsəlmana vacibdir ki, saydığımız bu beş əqidəyə, dəlil-sübut əsasında inansın. Bu məsələlərdə müctəhidə təqlid etmək olmaz.

 

 


source : www.islaminsesi.org
0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

Allaha yaxınlaşmaq üçün günahı tərk etmək lazımdır
ƏSKİK SATMAQDAN UZAQLIQ VƏ NAMAZIN İLK VAXTDA QILINMASI
Təvəssül və şəfaətin inkarı tarixi
10 HƏDIS (22)
Riyakar və saxtakar insanın üç əlaməti
ŞӘFАӘTİN MӘNАSI
BƏRZƏX
MƏSİHİLİK
ZƏRDÜŞTİLİYİN DİNİ AYİNLƏRİ
Nübüvvətin zəruri olması dəlilinə əsasən ilahi ,

 
user comment