Azəri
Tuesday 23rd of July 2024
0
نفر 0

İslam İnqilabının Böyük Rəhbərinin namaz iclasına müraciətləri

İslam İnqilabının Böyük Rəhbərinin namaz iclasına müraciətləri

Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, İslam İnqilabının Böyük Rəhbərinin namaz iclasına müraciətləri
İslam İnqilabının Böyük Rəhbəri namazın yayılmasında göstərilmiş səylərin təsirlərinin realcasına ölçülməsi vacibliyini vurğulayıblar.
İslam İnqilabının Böyük Rəhbəri Həzrət Ayətullahuluzma Xamenei 23-cü ümumölkə namaz iclasına müraciətdə bu misilsiz islami fərizənin yayılması sahəsindəki dəyərli səylərə işarə edib, namazın yayılması və namazqılan üçün fürsətin yaradılmasında məsul şəxslərin hərəkətlərinin dəyərləndirilməsi, həmçinin gənclər xüsusiyyət təşkil etməklə namazqılanların rəftarında bu səylərin təsirlərinin realcasına ölçülməsini vurğulayaraq, bildiriblər: Dəyərli namaz iclasının özünün tam kəsərlilik nöqtəsinə yaxınlaşması üçün bu hesablamaya realcasına və aqilanə şəkildə ciddi-cəhd göstərmək lazımdır.
Bu gün İranın Əhvaz şəhərində ümumölkə namaz iclasında Namaz Qılma Qərargahının sədri höccətulislam vəlmuslimin Qiraəti tərəfindən qiraət olunmuş İslam İnqilabı Böyük Rəhbərinin müraciətlərinin bir hissəsində deyilir: Namaz iclasının keçirilməsi mübarək və səmərəli bir addımdır, buna görə, bu dəyərli işin tez bir zamanda özünün tam kəsərlilik nöqtəsinə yaxınlaşması üçün bu hesablama və ölçülməyə realcasına və aqilanə şəkildə ciddi-cəhd göstərmək və nəticələrin izlənilməsini bu təşəbbüsün mühüm hissəsi bilmək lazımdır.
23-cü ümumölkə namaz və mədəniyyət yüksəlişi iclası bu gün İslam İnqilabının Böyük Rəhbərinin müraciətləri ilə İranın cənub şərqində yerləşən Əhvazda işə başlayıb və iki gün davam edəcək.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır


source : www.abna.ir
0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

Təqvası ilə seçilən mərhum Axund Kaşi...
Hz. Əbülfəzlil Əbbasın (ə) hərəmində “İmam Hüseyn (ə) Sərdabı” layihəsi
BƏDƏNIN MÜDAFIƏ SISTEMI
Əhli-sünnə alimin Fatimeyi-Zəhra (s.ə) haqda nəql etdiyi kəramət
Əhli-Beyt (ə.s) Aşiqlərinin Xüsusiyyətləri
Yəməndə Səna Məscidində yenidənqurma işləri aparılarkən Quran Kərimin qədim ...
Övladlar arasında ədalət
Salavatın fəziləti haqqında -2
Giriş
Böyük (kəbirə) günahlar

 
user comment