Vifaq Partiyasının sədr müavini bildirib: "Partiya katibi təkid edərək bildirir ki, ölkə daxilində baş verən qanunsuz hadisələr və qərəzli mövqelər qarşısında sakit durmaq düzgün deyil. Etiraz aksiyaları və mübarizə yolumuz əvvəl olduğu kimi yenə də sülhamiz sürətdə həyata keçirilməlidir. Mühüm budur ki, mən öz vəzifəmə əməl edir və İlahi razılığı cəlb edərək, vicdanımın səsinə səs verərək, insanlıq vəzifəmə əməl edirəm. Mənim bu addımım ölkəm Bəhreynin xeyrinədir".
Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Bəhreyn Vifaq -Birlik Partiyasının Katibi Höccətül İslam vəl Müslimin Şeyx Əli Səlman azğın Xəlifə rejiminin zinadanından mesaj göndərərək vəhhabiəqidəli Xəlifə rejiminə qarşı mübarizəyə davam edəcəyini bildirib.
Vifaq Partiyasının Katib Müavini Höccətül İslam vəl Müslimin Şeyx Hüseyn Dihi Şeyx Səlmanın ailəsi ilə telefon danışığında Vifaq Partiyası sədrinin yeni mesaj göndərdiyindən agah olub.
Şeyx Dihi bu haqda açıqlama verərək vurğulayıb: "Şeyx Əli Səlman düzgün addım atıb və tutduğu yolun aqibətinə də tam agahdır. O, başa düşür ki, belə bir mövqe sərgiləməkdən başqa çarəsi qalmayıb".
Vifaq Partiyasının sədr müavini bildirib: "Partiya katibi təkid edərək bildirir ki, ölkə daxilində baş verən qanunsuz hadisələr və qərəzli mövqelər qarşısında sakit durmaq düzgün deyil. Etiraz aksiyaları və mübarizə yolumuz əvvəl olduğu kimi yenə də sülhamiz sürətdə həyata keçirilməlidir. Mühüm budur ki, mən öz vəzifəmə əməl edir və İlahi razılığı cəlb edərək, vicdanımın səsinə səs verərək, insanlıq vəzifəmə əməl edirəm. Mənim bu addımım ölkəm Bəhreynin xeyrinədir".
Höccətül İslam vəl Müslimin Dihi daha sonra bildirib: "Vifaq Partiyasının Sədri daha sonra belə deyib: "Mən zindandayam, sizlər mənim azadlığımı tələb edirsiz. Ümüd edirəm ki, siz hər zaman olduğu kimi heç bir siyasi məhbusları yaddan çıxartmayasınız. Onların azadlığı üçün də səy göstərib hammının azad olunmasını davamlı sürətdə tələb edin!".
Qeyd edək ki, Bəhreyn İnqilabçı xalqı ötən gün də, etiraz aksiyalarına davam edərək, Şeyx Əli Səlman olmaqla ölkə daxilindəki bütün siyasi məhbuslara azadlıq tələb ediblər".
source : www.abna.ir