Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Yəmənin 2011-ci ildə dövlət postundan kənarlaşdırılmış sabiq prezidenti Əli Əbdullah Salehin mənzili 11 Aprel 2015 tarixdə Səudi Ərəbistan təcavüzkar rejiminin qırıcıları tərəfindən bir neçə dəfə bambaran edilib.
Hadisə zamanı sabiq prezidentin mənzili tamamilə dağlsa da, lakin Əli Əbdullah Saleh və onun ailə üzvləri heç bir xəsarət almayıb.
Məlumata görə, sionist koalisiya qüvvələri Əli Əbdullah Salehin mənzilini 12 saat ərzində 5 dəfə ayrı ayrı vaxtlarda bombaran edib.
Sabiq prezidentin mənzili səhər radələrində 3 dəfə bombaran edildikdən sonra Əbdullah Saleh mənzili qarşısında “Əl Yəmən Əl Yovm” TV kanalına müsahibə verərək Yəmən xalqını xarici təcavüzkarlar qarşısında Ənsarullah Hərakatı ilə daha sıx əməkdaşlıq etməyə səsləyib.
O, daha sonra bildirib: “Mən tam varlığım ilə vətənimizin müdafiəsinə qalxmış Ənsarullah Hərakatı ilə, həmkarlıq edirəm. Biz Ərəbistan təcavüzkarları tərəfindən viran edilmiş zavod və fabrikalarımızı tez bir zamanda yenidən inşa edib, Hava Donamamız başda olmaqla hərbi bazalarımızı yeniləşdirəcəyik.”