Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, İran İslam Respublikasında “Həft-e Tir” adı ilə məşhur olan Hicri Şəmsi tarixi ilə 1360, Tir ayının 7-də (28 İyun 1981) İslam Cumhuriyyəti Partiyasının mərkəzi ofisində baş verən terror hadisəsində Şəhid olanların ailə üzüvləri həmçinin bir qrup Müqəddəs Müdafiə illərində Şəhid olanların ailə üzüvləri Ümümdünya Müsəlmanlarının Ali Lideri Ayətullah Xamenei cənabları ilə görüş keçiriblər.
Qeyd edək ki, Haft-e Tir hadisəsini İİR-da o zamanlar gizli fəaliyyət göstərən “Mücahidin Xəlq” (Münafiqlər) cərəyanın ünsürləri həyata keçirərək 75 nəfər Müctehid olmaqla İslam Respublikasının Ayətullah Beheşti kimi əsas sütunlarını Şəhid etmişlər.