Azəri
Sunday 21st of July 2024
0
نفر 0

Nəzirin deyiliş qaydası və düzgün şəraiti nədir? Həddi buluğa çatmayanın nəzir etməsi düzgündür ya yox?

Nəzirin tərifi: Nəzir budur ki, insan Allaha görə hər hansı bir yaxşı işi yerinə yetirəcək və ya hər tərki gözəl olan hər hansı bir əməli tərk edəcək.[1] Nəzirin növləri: Nəzir iki növdür: 1.Şərtli nəzir; Şərtli nəzir və ya şükür nəzri o nəzirdir ki, insan məsələn deyir:əgər xəstəm şifa tapsa mənim boynumdadır ki, Allaha görə filan işi görərəm." Yaxud, cəza nəziridi ki, məsələn insan deyir: "əgər bundan sonra filan əmələ
Nəzirin deyiliş qaydası və düzgün şəraiti nədir? Həddi buluğa çatmayanın nəzir etməsi düzgündür ya yox?

Nəzirin tərifi:
 Nəzir budur ki, insan Allaha görə hər hansı bir yaxşı işi yerinə yetirəcək və ya hər tərki gözəl olan hər hansı bir əməli tərk edəcək.[1]
Nəzirin növləri:
Nəzir iki növdür:
 1.Şərtli nəzir; Şərtli nəzir və ya şükür nəzri o nəzirdir ki, insan məsələn deyir:əgər xəstəm şifa tapsa mənim boynumdadır ki, Allaha görə filan işi görərəm." Yaxud, cəza nəziridi ki, məsələn insan deyir: "əgər bundan sonra filan əmələ düçar olsam, mənim öhdəmdədir ki, Allaha xatir filan işi yerinə yetirim."
 2.Mütləq nəzir: O nəzirdir ki, insan heç bir qeyd və şərt olmadan desin ki, "Allah xatirinə mənim öhdəmdə olsun filan işi görməyi nəzir edirəm və ya Allah xatirinə mənim öhdəmdə filan işi tərk etməyi nəzir edirəm. Yaxud filan pis işi tərk etmək mənim öhdəmdə olsun"[2]
 Nəzirin əsasları:
Nəzirin üç kökü var: 1.nəzir edən; 2.nəziri deməyin forması; 3.nəzir deyilən şey ya əməl;[3] yəni, nəzərin baş tutmasından ötrü əvvəl nəzir edən olmalı bununla nəzirin şəraiti düzəlir və daha sonra nəzirin deiyliş qaydasına əməl olunmalı və nəzir hansısa bir əməlin yerinə yetirilməsi və ya tərk olunması kimi işə bağlı olmalıdır. Nəzirin şəraitini də qeyd edəcəyik.
Nəzir edənin şəraiti:
 1.Həddi buluğa çatsın; 2.ağlı olsun; 3. Öz ixtiyarı ilə olsun; 4.niyyəti olsun; 5.nəzir elədiyi şeydə qadağa olmasın;[4] bəzi İslam alimləri müsəlman olması və azad (qul)[5] olmamasını da şərt kimi qeyd edirlər.[6]
 Beləliklə, yaxşını-pisi ayıran on yaşına çatmış uşağın, dəlinin hətta hərdənbir dəli olanın dəli vaxtında etdiyi nəzir, niyyətinin nə olduğunu bilməyən sərxoşun, səfeh və malının istifadəsinə qadağa qoyulan şəxsin nəziri düzgün və şəri deyil. Əlbəttə, malının istifadəsinin qadağa olunan şəxsin, tələbkarın haqqı olmadığı malından nəzir edə bilər amma, tələbkarların haqqı olan maldan nəziri düzgün deyil.[7]
 Həmçinin, qulun və kafirin nəziri səhih deyil. Yalınz o halda ki, qul nəzir etməmişdən əvvəl sahibindən icazə alsın və ya qul sahibi ilə bağladığı qərardad qurtarmazdan əvvəl sahibi onu azad etmiş olsun. O cümlədən, kafir əgər nəzir edəndən sonra müsəlman olsa, yaxşı olar ki nəzrinə əməl etsin.[8]
Nəzirin deyiliş qaydası:
Nəzirin deyiliş qaydası belədir (lillahi ələyyə hakəza) Mənim öhdəmdədir Allaha xatir filan iş, əgər xəstəm sağalsa"[9] məsələn; belə deyilsin ki, "əgər Allah xəstəmə şəfa versə, Allaha xatir bir gün oruc tutmaq mənim öhdəmdə."[10]
 Onu da qeyd edək ki, nəzirin deyilişinin ərəbcə olması vacib deyil. Hər dildə olsa demək olar. Deməli əgər azəri dilində belə deyilsə ki "Əgər xəstəm sağalsa, Allaha xatir fəqirə on manat vermək və ya bir gün oruc tutumaq mənim boynumda." – kifayətdir.[11] Həmçinin, nəziri dildə demək lazımdır, niyyətdə tutmaq kifayət eləməz.[12] -[13]
 
Nəzir olunanın və ya öhdəyə alınmışın şəraiti;
 Nəzir olunan o şeydir ki, nəzir edən şəxs həmin əməlin Allaha xatir yerinə yetirilməsini və ya tərk olunmasını öhdəsinə almışdır.
Nəzir olunmuşun şəraiti;
 1.Nəzir olunan şey elə şeylərdən olmalıdır ki onun haqqında qəsd qürbət etmək mümkün olsun; yəni, ya vacib ya də müəstəhəb əməl olsun. Yaxud elə mübah olsun ki din və dünyada yerinə yetirlməsi və ya tərki mühüm olsun.[14] Beləliklə, haram və ya məkruh işi nəzir etmək olmaz. [15]
 2.Nəzir edən onu qəsd etsin və iradə etsin;
 3.Nəzir edən üçün o işin yerinə yetirməsinə qüdrəti olmuş olsun. Yəni, nəzir olunmuş əməl elə olmalıdır ki, adət və ürf üzrə o günü həmin şəxsin bu əməli yerinə yetirməyə qüdrəti olmuş olsun. Baxmayaraq ki, nəzir edən anda ola bilsin həmin əmələ gücü çatmasın.[16]
 Bəs, əvvəldə olunan sualın cavabı belədir "həddi buluğa çatmazdan əvvəl olunan nəzir düzgün deyil. Çükni, nəzirin şəraitlərindən və düzgün olmasından biri nəzir edənin həddi buluğa yetişməsidir."


 

--------------------------------------------------------------------------------

[1]  Məkarim Şirazi, Nasir, Risalətul Tozihul-məsail, səh.445; intişarat mədrəsə İmam Əli ibn Əbi Talib (əleyhissalam), Qum, ikinci çap, 1424 h.qəməri

[2]  Məkarim Şirazi, Nasir, Risalətul Tozihul-məsail, səh.445; intişarat mədrəsə İmam Əli ibn Əbi Talib (əleyhissalam) nəşriyyatı, Qum, ikinci çap, 1424 h.qəməri

[3] Hilli, Əllamə, Həsən ibn Yusif ibn Məthər Əsədi, İrşadul-əzhan ilə əhkamul iman, təhqiq və düzəliş edən: Faris Həsun, c.2; səh.90, Dəftər intişarat islami nəşriyyatı, Qum, birinci çap, 1410 h.qəməri

[4] İmam Xumeyni, Təhrirul-vəsilə, c.2; səh.117; Müəsiseyi mətbuat darul-elm nəşriyyatı, Qum, birinci çap, Bi Ta; Gülpayqani, Safi, Lütfullah, Hidayətul ibad, c.2; səh.247; Darul-Quranul-Kərim nəşriyyatı, Qum, birinci çap, 1416 h.qəməri; Xorasani, Vəhid, Hüseyn, Minhacus-salehin, c.3; səh.361; Mədrəseyi İmam Baqir (əleyhissalam) nəşriyyatı, Qum, beşinci çap, 1428 h.qəməri ili

[5]  Qul və kəniz olmasın

[6] Amili Şəhid Sani, Zeynəd-din ibn Əli, Ər-Rvözətul-bəhimə fi şərhil-lümətil-dəməşqiyyə, şərh edən: Kələntər, Seyyid Məhəmmməd, c.3; səh.35; Kitabfuruşi Davəri nəşriyyatı, Qum, birinci çap, 1410 h.qəməri ili

[7] İmam Xumeyni, Təhrirul-vəsilə, c.2; səh.117; Müəsiseyi mətbuat darul-elm nəşriyyatı, Qum, birinci çap, Bi Ta; Gülpayqani, Safi, Lütfullah, Hidayətul ibad, c.2; səh.247; Darul-Quranul-Kərim nəşriyyatı, Qum, birinci çap, 1416 h.qəməri; Xorasani, Vəhid, Hüseyn, Minhacus-salehin, c.3; səh.361; Mədrəseyi İmam Baqir (əleyhissalam) nəşriyyatı, Qum, beşinci çap, 1428 h.qəməri ili

[8] Amili Şəhid Sani, Zeynəd-din ibn Əli, Ər-Rvözətul-bəhimə fi şərhil-lümətil-dəməşqiyyə, şərh edən: Kələntər, Seyyid Məhəmmməd, c.3; səh.35-36; Kitabfuruşi Davəri nəşriyyatı, Qum, birinci çap, 1410 h.qəməri ili

[9] Bəhbəhani Kermanşahi, Ağa MəhəmmədƏli, Məqameul-fazl, c.1; səh.346; Muəssiseyi Əllameyi mücəddəd Vəhid Behbəhani nəşriyyatı, Qum, birinci çap, 1421 h.qəməri

[10] İsfahani (Məclisi əvvəl) Məhəmməd Təqi, Bir dövrə farca tam fiqh, səh.172; Müəssisə və intiraşar fərahani, Tehran, birinci çap, 1421 h.qəməri

[11] Hətta Allah kəlməsini də hər hansı dildə Onun mənasını versə demək olar.

[12] Fazil Lənkərani, Məhəmməd, Risaleyi tozihil-məsail, səh.483; Qum, yüz on dördüncü çap, 1426 h.qəməri

[13]37758 –ci sualdan tam köçürmə;

[14] Əlbəttə,  mübah işlərdən bəziləri hansısa cəhətdən müsətəhəb sayılır amma, qəsd qürbət etməyə ehtiyac yoxdur. Məsələn, namaz qılmaqdan ötrü susuzluğun aradan getməsindən ötrü su içmək.

[15] Amili Şəhid Sani, Zeynəd-din ibn Əli, Ər-Rvözətul-bəhimə fi şərhil-lümətil-dəməşqiyyə, şərh edən: Kələntər, Seyyid Məhəmmməd, c.3; səh.41-43; Kitabfuruşi Davəri nəşriyyatı, Qum, birinci çap, 1410 h.qəməri ili

[16] Hilli, Əllamə, Həsən ibn Yusif ibn Məthər Əsədi, İrşadul-əzhan ilə əhkamul iman, təhqiq və düzəliş edən: Faris Həsun, c.3; səh.90, Dəftər intişarat islami nəşriyyatı, Qum, birinci çap, 1410 h.qəməri


source : islamquest
0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

Böyük (kəbirə) günahlar
Həzrət İmam Hüseyn (ə) nə kimi əxlaqi-mənəvi keyfiyyətlərə malik olmuşdur?
RƏHMƏT HAQQINDA HEKAYƏLƏR-3
AŞURA-KƏRBƏLA HƏQİQƏTLƏRİ
İmam Kazimdən (ə) ibrətli əhvalatlar
İNTİZARIN TƏSİRLƏRİ
Şəhid Edoardo ( məhdi ) Anielli kim olub?
Zilhiccənin doqquzuncu günü – Ərəfə günü
İMAM MƏHDİ (Ə) QURAN VƏ RƏVAYƏTLƏRDƏ
HƏSƏD

 
user comment