Azəri
Monday 13th of May 2024
0
نفر 0

İmam Səccadın şərəfli övladı Zeyd ibn Əlinin (əleyhimə səlam) məqbərəsi

Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən,5-ci İmam həzrəti Muhəmməd Baqirdən (əleyhi səlam) sonra İmam Səccadın (əleyhi səlam) böyük oğlu Zeyd ibni Əli ibn Hüseyndir (əleyhim səlam). Zeyd (Allahın rizvanı ona olsun) böyük fəzilət, şücaət, səxavət və s. əxlaqi keyfiyyətlərə mənsub olan bir şəxsidir. O, xalqa Əmr be Məruf və Nəhy əz Münkər edib, söndürülmüş haqqı diriltmək və İslam Xilafətini qasib Əməvi tayfasından geri alaraq əsil sahibinə Əhli Beyt (əleyhimus
İmam Səccadın şərəfli övladı Zeyd ibn Əlinin (əleyhimə səlam) məqbərəsi

Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən,5-ci İmam həzrəti Muhəmməd Baqirdən (əleyhi səlam) sonra İmam Səccadın (əleyhi səlam) böyük oğlu Zeyd ibni Əli ibn Hüseyndir (əleyhim səlam). Zeyd (Allahın rizvanı ona olsun) böyük fəzilət, şücaət, səxavət və s. əxlaqi keyfiyyətlərə mənsub olan bir şəxsidir. O, xalqa Əmr be Məruf və Nəhy əz Münkər edib, söndürülmüş haqqı diriltmək və İslam Xilafətini qasib Əməvi tayfasından geri alaraq əsil sahibinə Əhli Beyt (əleyhimus səlam) həzrətlərinə qaytarmaqdan ötrü qılınc ilə qiyam etdi. Uzun döyüşlərdən sonra uca Şəhadət məqamına nail oldu.

Şərafətli məzarı hazırda İraqın Babul əyalətinin Hillə şəhərində yerləşir.

Şəhid Zeydin (əleyhi səlam) haqqında deyilir ki, zalım Əməvi qasibləri Onu Şəhid etdikdən sonra digərlərinə dərs olmaq məqsədi ilə, cəsədini şəhərin girəcəyində asdılar. Lakin Əhli Beyt (əleyhim səlam) aşiqləri onun pak cəsədini oğurlayaraq zalımlardan gizlətmək üçün çayın ortasında suyun altında torpağa basdırdılar. Əməvi sülaləsinin casusları Şəhid Zeydin məzarın kəşf etdikdən sonra pak cəsədini sudan çıxararq bədənini yandırıb külə döndərdilər. Bu sarsıdıcı hadisənin xəbəri İmam Zeynul Abidini (əleyhi səlam) olduqca kədərlərndirdi.

Qeyd edək ki, Zeydi məzhəbinin daşıyıcıları özlərini bu şəxsə mənsub bilirlər. Hal hazırda Zeydilər əsasən Yəməndə kompakt halda yaşayırlar. Onlar olduqca cəsur, elm və fəzilət sahibləridirlər.

Hazırda Zeydilərin İmamı Böyük İslam İnqilabının Rəhbəri həzrəti Ayətullah Seyyid Əli Xamenei həzrətləridir.


source : abna24
0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

Haram aylarda müharibə aparmaq barəsində İslamın nəzəri nədir?
Bu gün həzrəti Zeynəbi Kübranın (s) mövludu günüdür
Salam cənab prezident İlham Əliyev!
NƏSX EDƏN VƏ NƏSX OLUNMUŞ AYƏLƏRİN ARAŞDIRILMASI
Hamı İman Silahına!
ӘMR SAHİBLӘRİ KİMLӘRӘ DEYİLİR?
Bu gün İslam Peyğəmbəri Muhəmməd ibn Abdullahın və İmam Həsən Muctəbanın ...
Şübhəsiz, təqvalı olanlara Şeytandan bir vəsvəsə yetişsə, (ya qəlblərdə ...
İMAM MƏHDİ (Ə) QUR`AN VƏ RƏVAYƏTLƏRDƏ
Yusuf (Yusif əleyhissəlam) surəsi (Məkkədə nazil olmuşdur, 111 ayədir)

 
user comment