Azəri
Thursday 18th of July 2024
0
نفر 0

Bu gün həzrəti Zeynəbi Kübranın (s) mövludu günüdür

Bu gün həzrəti Zeynəbi Kübranın (s) mövludu günüdür

Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, İslamın əzəmətli qadınlarından və Kərbəla qəhrəmanı kimi məşhur olan Təthir Ayəsinin xanədanının üçüncü övladı həzrəti Zeynəb (səlamulahi əleyha) hicrətin 5-ci ilində Cəmadiul-əvvəl ayının 5-də Mədinə şəhərində Mədinə şəhərində, İlahi Vəhy ailəsində dünyaya göz açan günüdür. Xanım Zeynəb (səlamulahi əleyha) yüksək əxlaqa, səbrə, əzəmətə, elmə və natiqliyə sahib bir xanım idi. Xanım Zeynəb (səlamulahi əleyha), təkcə qadınlar arasında deyil, kişilər arasında da nümunəsi az-az tapılan qadın idi.

Bu münasibətlə biz ABNA olaraq başda İmam Zaman (Allah Təala onun şərəfli zühurunu tezləşdirsin) həzrətləri olmaqla onun haqq Naibi həzrəti Ayətullah İmam Xameneini, Ali Təqlid Mərcələrini, bütün dünya xalqlarını səmimi qəlbdən təbrik edirik.

 

Xanımın həyatı ilə qısa tanışlıq

 

İlahi göstərişlə qoyulan ad - Zeynəb (s)

Zeynəb atanın zinəti deməkdir. Allah tərəfindən belə adlanan bu qız öz vəzifəsini yerinə yetirməklə tarixin zinəti və ailəsinin fəxri oldu. Odur ki, Zeynəb adı məhz onun fədakarlığı hesabına həmişə gözəl, müqəddəs və əbədidir.

Xanım Fatimə (səlamulahi əleyha) Zeynəbi (səlamulahi əleyha) dünyaya gətirəndə Peyğəmbər (səlləllahu əleyhi və alih) Mədinədə yox idi. Ona görə də Xanım Fatimə Əlidən (əleyhi səlam) uşağa ad qoymasını istədi. Əli (əleyhi səlam) isə bildirdi ki, Allahın Peyğəmbərinin (səlləllahu əleyhi və alih) səfərdən dönməsini gözləsinlər və O, hansı adı məsləhət bilsə, o adı da qoyacaqlar. 3 gündən sonra Peyğəmbər (səlləllahu əleyhi və alih) səfərdən döndü. Əli (əleyhi səlam) mətləbi ona anlatdı. Və ondan uşağa ad qoymasını istədi. Peyğəmbər (səlləllahu əleyhi və alih) bildirdi ki, Fatimənin övladları mənim övladlarım olsa da, onlar barəsində qərar vermək yalnız Allaha məxsusdur. Ona görə də mən ilahi vəhyi gözləməliyəm. Bundan sonra Cəbrail (əleyhi səlam) nazil olaraq bildirdi: "Ya Peyğəmbər, Allah buyurur ki, bu qızın adını Zeynəb qoyasan. Çünki bu adı Lövhi-Məhfuzda bu cür yazmışam".Bunu eşidən Peyğəmbər (səlləllahu əleyhi və alih) təzə doğulan körpəni onun yanına gətirilməsini istədi. Uşağı qucağına alan Peyğəmbər (səlləllahu əleyhi və alih) onu öpərək buyurdu: "Ümmətin hal-hazırda mövcud olanlarına və gələcək nəsillərə vəsiyyət edirəm ki, bu qızın qədrini bilsinlər, ona hörmət etsinlər. Çünki o, Xədicəyi-Kubra kimidir".

 

Xanım Zeynəbin (s) Ləqəbləri

Xanımın adı Zeynəb (səlamulahi əleyha) və künyəsi Ummul Həsən, Ummul Gülsüm, ləqəbləri isə: Siddiqeyi-Suğra, İsmətul-Suğra, Namus-Kubra, Şərikul-Hüseyn (əleyhi səlam), Fazilə, Kamilə olmuşdur. Atası Əhli-beyt (əleyhim səlam) davamçılarının ilk İmamı - İmam Əlidir (əleyhi səlam), anası isə Həzrət Fatimədir (səlamulahi əleyha).

 

Peyğəmbər (səlləllahu əleyhi va alih) ilə birlikdə

Həzrət Zeynəb (səlamulahi əleyha) beş ilə qədər Peyğəmbərlə bir zamanda yaşamışdır. Bu müddət onun Peyğəmbər (səlləllahu əleyhi va alih) səhabələrindən hesab olunmasına kifayətdir və bu da bu barədə yazılmış kitablarda qeyd olunmuşdur.

Bu beş il fürsət idi ki, Həzrət Zeynəb (səlamulahi əleyha) Peyğəmbərin (səlləllahu əleyhi va alih) mübarək vücudundan səbr və dözüm hədisini yazsın. çünki, o, Zeynəbin (səlamulahi əleyha) həyat yolunun bütün müsibətlərindən xəbərdar idi və bilirdi ki, bu çətinliklərə yalnız böyük ruh, dağ kimi möhkəm qəlb və Allah eşqi ilə dolu ürək dözə bilər. Elə bil müsibət, çətinlik Zeynəbin (səlamulahi əleyha) taleyi ilə qarışmış və Allah-təala səbr və dözümü ondan cilvələndirmişdir ki, bütün Allah adamları üçün nümunə olsun.

 

Xanım Zeynəb (s) Raviyədir

Həzrəti Zeynəbi Kubradan (səlamulahi əleyha) bir çox hədislər nəql olunub. Belə ki, "Əsavir mən zəhəb" kitabında yazılıb: "O xanımın ağıl və zəkası haqqında bunu demək kifayətdir ki, Həzrət Siddiqənin (səlamullahi əleyha) Fədəyin qəsbində Peyğəmbər (səlləllahu əleyhi va alih) səhabələri qarşısındakı iradını rəvayət etmişdir".

Əbul Fərəc İsfahani "Məqatildə" yazır: "İbni Abbas Həzrət Fatimənin (səlamulahi əleyha) xütbəsini Həzrət Zeynəbdən (səlamulahi əleyha) nəql etmiş və demişdir: hədisi nəql edən Zeynəb binti Əlidir".

Əgər biz, Zeynəb (səlamulahi əleyha) xanım o zaman kiçik yaşlı olmasını nəzərə alaraq, İslam maarifi, fəlsəfə və əhkamla dolu olan bu xütbəni bir dəfə eşitməklə əzbərləyib və bu xütbəni rəvayət edənlərdən biri olduğuna diqət yetirsək o Xanımın əzəmətini öz həddimizdə daha düzgün dərk edə bilərik.

İmam Səccad (əleyhi səlam) bibisi haqqında buyurur: "Ey bibi! Siz əlhəmdulillah, təlim görməmiş aliməsiniz, başa düşən xanımsınız ki, bəşər sizi dərk etmir".

 

Son Söz...

Biz çalışmalıyıq ki, özümüzə ölçü-meyar axtaranda ən kamil nümunəni seçək və onların layiqli davamçıları olaq. Allahdan kamillik nümunəsi Xanım Zeynəbin (səlamulahi əleyha) mövludunu hər zaman şəninə layiq olan halda qeyd etməyimizə nail etməsini diləyirik.

Allah cəmi müsəlman ümmətini Xanım Zeynəbin (səlamulahi əleyha) həqiqi davamçılığına layiq etsin, inşallah! Amin!

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır

 


source : www.abna.ir
0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

YAŞIL İNTİZAR
Allahı necə çağırmalı?
ŞİӘ MӘZHӘBİNDӘ SӘHABӘLӘRӘ MÜNASİBӘT
İİR kanal 1-in verdiyi bəyanatda Ramazan Ayının hilalı görünüb
MƏRVANIN ƏSIRLIYI
Yerinə yetirməyə əmin olmadığın vəd vermə
QURAN — QURAN VƏ HƏDİS BAXIMINDAN
İslam dini və elm
İnsan niyə ölümdən qorxur
MƏHDİ (Ə)-IN HƏYATININ VİLADƏTDƏN ATASININ ŞƏHADƏTİNƏ QƏDƏRKİ DÖVRÜ

 
user comment