Azəri
Thursday 9th of January 2025
0
نفر 0

Ərəbistanın Yəmənə olan təcavüzləri 7400 can alıb

Yəmənin insan haqları komitəsi Ərəbistan qırıcılarının bu ölkəyə olan təcavüzləri nəticəsində indiyə kimi 7400 nəfərin həlak olduğunu bildirib.
Ərəbistanın Yəmənə olan təcavüzləri 7400 can alıb

Yəmənin insan haqları komitəsi Ərəbistan qırıcılarının bu ölkəyə olan təcavüzləri nəticəsində indiyə kimi 7400 nəfərin həlak olduğunu bildirib.
Yəmənin Səba informasiya agentliyinin verdiyi məlumata görə, Yəmənin İnsan H aqları Komitəsi bir bəyanat yayaraq, Ərəbistanın ötən 8 ayda Yəmənə olan hücumlarında 7400 nəfərin həlak olduğunu, 16 min nəfərin isə yaralandığını bildirib.
Yəmənin insan haqları komitəsi Ərəbistanın hücumları nəticəsində ölən və yaralananların əsasən qadınlar və uşaqlar olduğunu bildirərək, BMT-nin Yəməndə baş verməkdə olan insan faciəsi ilə bağlı dərhal ciddi tədbirlər görməli olduğunu bildirib.
Yəmən Press informasiya portalı da 2 silahlı şəxsin Cənub Müqavimətinin rəhbər üzvlərindən olan Əkrəm Şənəb-ə doğru atəş açaraq, onu qətlə yetirdiklərini bildirib.
Ədəndə qətlə yetirilən Əkrəm Şənəb Cənub Müqavimətinin liderlərindən və Mənsurə məntəqəsinin tabeliyində olan Nəcva Məkava məntəqəsi sakini idi.
Ali-Səud ailəsinin qaranlıq simasını ifşa etməklə məşğul olan Ərəbistanlı Twitter fəalı "Müctəhid" də bir müddət öncə bildirmişdi ki, Ərəbistan Ədəndə vəziyyətin gərgin olmasına rəğmən, Yəmənin sabiq və fərari prezidenti Əbdürrəbbə Mənsur Hadiyə, Ədənə qayıtması və simvolik şəkildə bu şəhəri paytaxt elan edərək, sürgündə dövlət qurması üçün təzyiqlər göstərir.


source : irib
0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

İmam Xamenei cənabları məhbusların azad olinması üçün 3 milyard riyal kömək ...
Məşhur Boks Kralı Muhəmməd Əli 74 yaşında vəfat etdi / Hollivudu təəccübə ...
DOQQUZUNCU HEKAYƏT
Mal əti və kolbasa yoğun bağırsaq xərçəngi yaradır
Benqazi şəhərində silahlı qruplaşmalarla döyüşlərdə 400 nəfər ölüb
Ümümdünya Əhli Beyt (ə) Assambleyasının Ərbəin üzrə İdarəsi “1439-cu ilin ...
Fiqh-2
D. Trupun anti-İslam çıxışlarından sonra irqçilər Nyu-Yorkda Məscid İmam ...
İslami Koalisiyası Partiyasının Azərbaycanın hakim partiyasından istəyi
HƏMAS Qəzza və Qərb sahilində seçkilərin keçirilməsinə səslədi

 
user comment