Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Paytaxtda "Azərinşaatservis" MMC-nin işçiləri etiraz aksiyası keçirir.
Məlumata görə, işlədikləri təqdirdə 5 aydır əmək haqqı almayan şirkət əməkdaşları artıq buna qarşı öz etirazlarını bildirmək qərarına gəliblər. Əmək haqqı ala bilməyən 200 nəfərə yaxın işçi Dərnəgül istiqamətindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə doğru etiraz yürüşü edirlər.
Yürüş edən işçilər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin qarşısına toplaşıblar. Nazirlikdə etirazçıları qəbul edən dövlət qurumunun əməkdaşı işçilərə bildirib ki, məsələ araşdırılacaq və yaxın müddətdə müvafiq cavab veriləcək. Bununla razılaşmayan etirazçılar Prezident Adminstrasiyasına doğru yürüş etməyi planlaşdırırlar.