Azəri
Thursday 18th of July 2024
0
نفر 0

Hacı İlqar İbrahimoğlu: Daxilimizdə bir savaş var. Möminlər o kəslərdir ki, bu savaşdan qalib çıxır

Xəbər Agentliyi- Həzrət Süleymandan (ə) həvayi-nəfsə qalib gəlməklə bağlı çox incə buyuruş var. Həzrət Süleyman (ə) buyurur: “Öz nəfsi istəyinə qalib gəlmiş şəxs, təkbaşına bir şəhəri fəth etmişdən də güclüdür”. Yəni, bir insanın bütöv bir şəhəri fəth etməsi, olduqca bö
Hacı İlqar İbrahimoğlu: Daxilimizdə bir savaş var. Möminlər o kəslərdir ki, bu savaşdan qalib çıxır

Xəbər Agentliyi- Həzrət Süleymandan (ə) həvayi-nəfsə qalib gəlməklə bağlı çox incə buyuruş var.

Həzrət Süleyman (ə) buyurur: “Öz nəfsi istəyinə qalib gəlmiş şəxs, təkbaşına bir şəhəri fəth etmişdən də güclüdür”. Yəni, bir insanın bütöv bir şəhəri fəth etməsi, olduqca böyük hünər tələb edir. Bunu elə bir insan deyir ki, bu qədər gücə və qüdrətə sahib insan olub.

Həzrət (ə) bizi ciddi mövzuda xəbərdar edir. Bildirir ki, insanın öz daxilində fəth olunmalı, qalib gəlinməli, mübarizə aparılmalı böyük məsələlər var. Əgər onu bacarsa, nəfsani istəklərini üstələyə bilsə, özünün daxilini fəth etsə - bu insan bir şəhəri fəth etmişdən daha güclüdür.

Əziz İslam Peyğəmbəri (s) buyurur: “İnsanların ən şücaətlisi – öz nəfsi istəyinə qalib gələn şəxsdir”. Ən şücaətli şəxs o kəsdir ki, həvayi-nəfsinə qalib gəlməyə gücü çatır. Peyğəmbərimiz (s) yenə buyurur: “Pəhləvan – camaata qalib gələn deyil, öz nəfsinə qalib gələn kimsədir”. Daxilimizdə bir savaş var. Möminlər o kəslərdir ki, bu savaşdan qalib çıxır. Bu savaşın mənəvi pəhləvanlarıdır əslində möminlər.

Allahım, bizi Məhərrəm-Səfər əyyamında qazananlardan qərar ver!

Allahım, bizlərə bu əyyamda qazandıqlarımızı ilboyu qoruyub saxlamağı nəsib et!

Allahım, bizləri həvayi-nəfsimizlə mübarizədə qalib et!

Allahım, bizi nəfsimizin qulu olmağa qoyma! Amin!

Hacı İlqar İbrahimoğlu

 

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır


source : abna24
0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

Ayətullah Safi: “Keçmişin tərəqqisidən geri qalmamalıyıq”
Nazİr Elmarın qətlİlə bağlı ABŞ səfİrİnə nə deyİb?
İsrailin etirafı: Fələstinlilərin anti-İsrail hərəkətləri misilsizdir
Ayətullah Sistaninin nümayəndəsi İraqın siyasi böhranı barədə xəbərdarlıq ...
Gert Vilders ABŞ-da antiislam nümayişə qatılacaq
"Diqqət! "MÖVLUD OLİMPİADASI"na qeydiyyatın bitməsinə 1 gün qaldı!
Moskvada elektirik qalmaqalı
Pakistanda terror qurbanlarının sayı 23-ə çatdı
BMT Bəhreyndə qətlə yetirilən etirazçılar barədə araşdırma aparılmasını ...
Tunis əlaqələrinin İsrail rejimi ilə adiləşdirilməsini qadağan edən qanun ...

 
user comment