Azəri
Sunday 12th of January 2025
0
نفر 0

Həzrət İmam Əliyyən-Nəqi əl-Hadinin (ə) Şəhadətinin ildönümülə bağlı təsliyyət ərz edirik!

Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Hadi ləqəbi ilə məşhur olan İmam Əliyyən-Nəqi (əleyhi səlam) hicri-qəməri 212-ci il, zilhəccə ayının 15-də (miladi tarixi ilə, 829-cu ildə) Mədinə yaxınlığındakı Surəyya adlı məntəqədə dünyaya göz açıb. Atası İmam Cavad (əleyhi səlam), anası isə təqvalı və fəzilətli kəniz Səmanə (əleyha səlam) xan
Həzrət İmam Əliyyən-Nəqi əl-Hadinin (ə) Şəhadətinin ildönümülə bağlı təsliyyət ərz edirik!

Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Hadi ləqəbi ilə məşhur olan İmam Əliyyən-Nəqi (əleyhi səlam) hicri-qəməri 212-ci il, zilhəccə ayının 15-də (miladi tarixi ilə, 829-cu ildə) Mədinə yaxınlığındakı Surəyya adlı məntəqədə dünyaya göz açıb. Atası İmam Cavad (əleyhi səlam), anası isə təqvalı və fəzilətli kəniz Səmanə (əleyha səlam) xanım idi.

 

Səkkiz Yaşlı İmam

Həzrət (əleyhi səlam) hicri 220-ci ildə atasının şəhadətindən sonra səkkiz yaşında ikən İmamlıq məqamına çatdı. Uşaq olmasına baxmayaraq Zəkası, Təqvası, Əxlaqı və Elmi ilə bütün Şiələrin diqqətini özünə cəlb etdi. Belə ki, Abbasi xəlifələri ondan çox çəkinir və onu müxtəlif yerlərə sürgünə göndərirdilər.

 

Şiə Cəmiyyətindəki Nümayəndələr Şəbəkəsinin Genişləndirilməsi

Mütəvəkkil İmam Hadini (əleyhi səlam) Mədinədən Samirraya gətirdi və İmam ömrünün axırına qədər orada qaldı. İmam Əliyyən-Nəqi (ə) Samirra şəhərində ciddi nəzarət altında olmasına baxmayaraq, zalımlarla əsla saziş etmirdi. Elə bu və digər səbəblərdən də, Onuncu İmam həzrət Hadi (əleyhi səlam) Şiə cəmiyyətində nümayəndələr şəbəkəsini icad edərək genişlkəndirməyə başlayır və bu təriqlə İslamın həqiqətlərini cəmiyyət arasında genişləndirir və Şiə cəmiyyətini tədricən müstəqil formada Kitab (Qurani Kərim) və Sünnəyə uyğun olaraq addımlar atmağına imkan yaradır.

 

İmam Haqq Uğrunda Şəhid Edildi

İmamın İlahi bir şəxsiyyət olması, onun ictimai mövqeyi və eləcə də, xəlifələrlə həmkarlıq etməyib onlara qarşı apardığı mübarizə o dövrün qəsibkar hökuməti üçün dözüləsi deyildi. Onlar daima bu məsələdən narahat idilər. Axırda yeganə çıxış yolunu Allah nurunu söndürməkdə görüb İmam Əliyyən-Nəqini (əleyhis səlam) öldürmək fikrinə düşdülər. Beləliklə, o Həzrət də özündən qabaqkı İmamlar kimi təbii ölümlə deyil, qəsibkar “xəlifə” Mötəzzin hakimiyyəti dövründə zəhərlənərək hicri tarixi ilə 254-cü ildə Müqəddəs Rəcəb ayında Şəhid olur və Samirra şəhərində öz evində dəfn edilir.

 

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır


source : abna24
0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

Həzrət İmam Əliyyən-Nəqi əl-Hadinin (ə) Şəhadətinin ildönümülə bağlı ...
QUR᾽AN VƏ YEDDİ QİRAƏT ÜSULU
QURANIN YIĞILIB KİTAB HALINA SALINMASI
Qədr gecəsinin əməlləri
Dostluq haqqında qısa yazı
Qəflət yuxusu nəyə deyilir
İmаm Cаvаddan (ә) qırх hәdis
Varlıq aləminin əzəməti və sonu
MÜŞKÜLLƏRİ HƏLL ETMƏK MƏHARƏTİ
ӘLİ (Ә) QUR᾿ANİ-KӘRİMDӘ

 
user comment