Azəri
Saturday 27th of April 2024
0
نفر 0

İslamçı məhbus Muraz Rəhimov azadlıqda!

- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, bədnam “evrovijin 2012” fəsad müsabiqəsi zamanı həbs olunan inanclılar barədə əvvəllərdə məlumat vermişdik. Gəncə şəhərindən olan inanclı fəal Rəhimov Muraz həbsdən azadlığa buraxılıb.
İslamçı məhbus Muraz Rəhimov azadlıqda!

- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, bədnam “evrovijin 2012” fəsad müsabiqəsi zamanı həbs olunan inanclılar barədə əvvəllərdə məlumat vermişdik.

Gəncə şəhərindən olan inanclı fəal Rəhimov Muraz həbsdən azadlığa buraxılıb.

Xatırladaq ki, 1989-cu il may ayında doğulan Rəhimov Muraz 2012-ci ilin aprel ayının 13-ü şərlənərək həbs olunub. Həbs olunan zaman işkəncələrə məruz qalan inanclı fəalın atası Çapay Rəhimov oğlundan 1 gün sonra, yəni 14 aprel 2012-ci il tarixində saxlanılıb.

Hər iki şəxsin həbsindən sonra evlərinə hüquq mühafizə orqanlarının əməkdaşının gəldiyi və ailə üzvlərinə qarşı kobud rəftar etdikləri qeyd olunub.

Nəhayət Rəhimov Muraz 228.2.1 maddəsi ilə 4 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. İnanclı fəalın atası Rəhimov Çapay isə 228.1 maddəsi ilə 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Rəhimov Çapay 1 il 9 ay həbsdə qaldıqdan sonra azadlığa buraxılıb. Lakin inanclı fəalın atası həbsdən çıxdıqdan sonra ağır xəstəliyə düçar olub və 2014-cü ilin fevral ayının 16-dan Bakı şəhəri Nəsimi rayonu Qanköçürmə İnistitutunda müalicə olunmağa başlayıb. Müalicə olunmasına baxmayaraq bu ilin yanvar ayının 21-də Rəhimov Çapay vəfat edib.

Yaxınları onun Avroviziya vaxtı keçirilməsi planlaşdırılan “gey parad” əleyhinə təbliğat apardığı üçün şərləndiyini və həbs olunduğunu bildirirlər.


source : abna24
0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

Ayətullah Məkarimin ruhanilərə müraciəti
Hələb həqiqətlərini suriyalı qaçaın qadının naləli dilindən eşidin
Ümümdünya Qüds Günü ilə əlaqədar Əhli Beyt (ə) Assambleyasının bəyanatı
Berluskoni İslama hörmtəsizlik etdiyi üçün məhkəməyə çağrıla bilər
Suriyalı Hərəm müdafiəçisi olan 5 şəhid Hz. Zeynəb-lə Qonşu Oldu
Tale Bağırzadə "kars"a salınıb
Ekvadorda Ərdoğana qarşı üsyan, Terrorçu Rədd Ol! Deyə ekvadorlular şüar ...
Tehranda keçiriləcək “İslami oyanış” konfransında 500-dən çox İslam ...
59 ölkə beynəlxalq Quran müsabiqəsi keçirmək üçün razılaşdı
Suriyada "müsəlman-məsihi qardaşlığı" adlı konfrans keçiriləcək

 
user comment