Azəri
Thursday 18th of July 2024
0
نفر 0

PEYĞƏMBƏRƏ VƏ ONUN AİLƏSİNƏ SALAVAT GÖNDƏRMƏK

Quran: «Allah və onun mələkləri peyğəmbərə salavat göndərirlər. Ey iman gətirənlər, ona salavat göndərin və onun əmrinə yaxşı tərzdə təslim olun.» Allahın Peyğəmbəri (s): «Harada olsanız mənə salavat göndərin, Çünki sizin salavatınız mənə gəlib çatır.» Allahın Peyğəmbəri (s): «Mənə salam və salavat göndərmək, sirat üstündə bir nurdur.» Allahın Peyğəmb
PEYĞƏMBƏRƏ VƏ ONUN AİLƏSİNƏ SALAVAT GÖNDƏRMƏK

Quran:
«Allah və onun mələkləri peyğəmbərə salavat göndərirlər. Ey iman gətirənlər, ona salavat göndərin və onun əmrinə yaxşı tərzdə təslim olun.»

Allahın Peyğəmbəri (s): «Harada olsanız mənə salavat göndərin, Çünki sizin salavatınız mənə gəlib çatır.» Allahın Peyğəmbəri (s): «Mənə salam və salavat göndərmək, sirat üstündə bir nurdur.»
Allahın Peyğəmbəri (s): «Kim bir yazıda mənə salavat göndərsə, mənim adım həmin yazıda olanadək, mələklər daim onun günahlarının bağışlanmasını dilərlər.»
Allahın Peyğəmbəri (s): «Ən xəsis insan, onun yanında mənim adım çəkiləndə mənə salavat göndərməyəndir.»
İmam Əli (ə): «Peyğəmbərə (s) salavat göndərməyənədək hər bir dua hicab altındadır.»
İmam Baqir (ə) və ya İmam Sadiq (ə): «Qiyamət günü tərəziyə qoyulacaq ən ağır əməl Məhəmməd və Ali Məhəmmədə salavat göndərməkdir.»
Peyğəmbərə və onun ailəsinə salavat göndərməyin usulu
Allahın Peyğəmbəri (s) (O Həzrətə (s) salavat göndərməyin tərzinə dair sualın cavabında): «İlahi! Məhəmməd və Ali Məhəmmədə salavat göndər, necə ki, İbrahimə (ə) və Ali İbrahimə salavat göndərmisən. Sən çox tərif olunan və böyüksən. Məhəmməd və Ali Məhəmmədə (ə) bərəkət ver, necə ki, İbrahimə və Ali İbrahimə bərəkət vermisən. Sən çox tərif olunan və böyüksən – deyin.»


source : abna24
0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

YAŞIL İNTİZAR
Allahı necə çağırmalı?
ŞİӘ MӘZHӘBİNDӘ SӘHABӘLӘRӘ MÜNASİBӘT
İİR kanal 1-in verdiyi bəyanatda Ramazan Ayının hilalı görünüb
MƏRVANIN ƏSIRLIYI
Yerinə yetirməyə əmin olmadığın vəd vermə
QURAN — QURAN VƏ HƏDİS BAXIMINDAN
İslam dini və elm
İnsan niyə ölümdən qorxur
MƏHDİ (Ə)-IN HƏYATININ VİLADƏTDƏN ATASININ ŞƏHADƏTİNƏ QƏDƏRKİ DÖVRÜ

 
user comment