Azəri
Thursday 18th of July 2024
0
نفر 0

Ayətullah Məkarim Şirazinin M. Səmədova məktubu nəyə hesablanıb?

Xəbər Agentliyi- AİP sədri, çox dəyərli və mübariz ruhanimiz Hacı Mövsüm Səmədovun bir müddət əvvəl ölkədə baş verən haqsızlıqlara qarşı aclıq aksiyasına başlaması xəbərini eşitdikdə çox üzüldüm. Amma daha sonra İranın Qum şəhərində yaşayan Həzrət Ayətullah Məkarim Şirazinin (Allah hifz eləsin) Mövsüm Səmədova nəsihət xarakterli məktubu
Ayətullah Məkarim Şirazinin M. Səmədova məktubu nəyə hesablanıb?

 Xəbər Agentliyi- AİP sədri, çox dəyərli və mübariz ruhanimiz Hacı Mövsüm Səmədovun bir müddət əvvəl ölkədə baş verən haqsızlıqlara qarşı aclıq aksiyasına başlaması xəbərini eşitdikdə çox üzüldüm. Amma daha sonra İranın Qum şəhərində yaşayan Həzrət Ayətullah Məkarim Şirazinin (Allah hifz eləsin) Mövsüm Səmədova nəsihət xarakterli məktubu dərc ediləndən, daha dəqiq desək Hacının bu nurani nəsihəti eşidib əməl etməsindən sonra bir qədər rahatladım.

Əlbəttə, Şeyx Məkarim Şirazinin məlum məktubunun arxasında hansı sirrin dayanması haqda çox söz-söhbətlər ola bilər; Mövsüm Səmədov kimi bir inanc əhlini və onun üstündən Azərbaycan dindar camiəsini nüfuzdan salmaq, xüsusən də iki ölkənin arasını vurmaq üçün məlum məktubu və Hacının məhz iranlı Ayətullaha itaət etməsini qabartmaq bəzi dairələrin işinə yarayır. Onsuz da, Hacı Mövsüm və onun kimi İranda təhsil almış digər etirazçı ruhanilərin adı uzun müddətdir ki, İranla hallanır, İrana "işləmək", "İranın fətvasıyla danışmaq" kimi məsələləri tez-tez gündəmə gətirilir. Belə bir həssas dönəmdə məhz iranlı ayətullahın Hacı Mövsümə məktub yazıb ondan nəisə təkidlə istəməsinin və qarşı tərəfin də bu istəyə qeydsiz-şərtsiz riayət etməsinin dalında nə dura bilər? Bura qədər yazdıqlarımız qeyd etdiyimiz kimi bəzi dairələrin dilindəndir.

 

Bəs həqiqət necədir?

İşin əsli isə tamam başqadır. Allaha şükür, nəinki dindar camiə, qeyri-dindar camiə də artıq gözünü açıb və yaxşını pisdən ayıra biləcək qədər inkişaf edib. Xalqımızın böyük əksəriyyəti şiədir. Bu məktubdan ötrü gileylənən və indiyədək şiədən xəbər tutmayan şəxslərlə işim yoxdur. Madam bu məktub ortaya çıxıb və qafil insan da indiyədək şiədən xəbərsiz olub, elə yazımızı sonadək oxusa bir nəticəyə gələ bilər.

Şiədən xəbərdar olan isə gözəl bilir ki, Hacı Mövsümə İrandan Ayətullah Məkarim Şirazi yox, İraqdan Həzrət Ayətullah Sistani (Allah ömrünü hifz eləsin) yaxud başqa ölkədən digər bir şiə ruhanisi – xüsusən də təqlid mərcəsi belə, bu məzmunda nəsihət xarakterli məktub yazsaydı, Hacı Mövsüm şübhəsiz itaət edərdi. Çünki həqiqi din alimi kimi tanıdığın şəxsə itaət etmək Allaha itaət etməkdir. Çox sadə məsələdir, burada siyasi mötiv axtarmağa ehtiyac yoxdur. Bu, işin Hacı Mövsümə aid olan tərəfi.

Məsələnin digər tərəfi məktub sahibi olan dəyərli alimimiz barədədir; Əvvəla qeyd edək ki, məktubun mətnini şübhə altına almaq istəyənlər bilsinlər ki, Ayətullah Məkarim Şirazinin, digər təqlid mərcəsi Həzrət Ayətullah Cəfər Sübhaninin (Allah hifz eləsin) təkcə Hacı Mövsümə deyil, elə Şeyxülislam hacı Allahşükür Paşazadəyə, hətta, prezident İlham Əliyevə də nəsihət xarakterli müraciəti, səmimi salamları zaman-zaman olub. (Bunu da mı şübhə altına alaq?) Amma, Mövsüm Səmədovun haqqında düşünülənləri adı çəkilən şəxslər haqqında da düşünməyə hələ ki, bir kişinin cürəti çatmayıb. Bir şiə mərcəsinin ictimaiyyətə məlum olan açıq-aşkar dərc edilən məktubunun məlum mətnində nəsihətdən savayı heç nə tapmadıq. Hətta, nəinki başqa ölkədə (xüsusən də bu "başqa ölkə" İrandırsa) əyləşmiş din xadimi, hətta siravi bir ağsaqqalın da sözünə baxmaq insana başucalığı gətirər. Hacı Mövsüm kimi əxlaq sahibi birisinin bu addımı atması tamamilə başadüşüləndir. Ağsaqqala "baş üstə" demək bizdə həm milli, həm də mənəvi dəyərlərdən hesab edilir, hörmətdən savayı insana heç nə gətirmir.

Əslində məni bu yazını qələmə almağa vadar edən başqa məsələdir. Xahiş edirəm diqqət edilsin;

Ayətullah Məkarim Şirazi öz dilimizdə desək heç də "balaca adam" deyil! Dünyada, xüsusən də müsəlman Şərqində söz sahiblərindən olan və demək olar ki, İslam dünyasında "ağsaqqal" funksiyasını yerinə yetirən İran İslam Respublikası kimi bir dövlətin ikinci rəsmi dövlət postunda əyləşən hər bir prezident Ayətullah Məkarim Şirazinin qarşısında öz kiçikliyini dərk edir. Bu dəyərli alimin müqəllidlərinin (verdiyi şəri fətvalara müvafiq şəkildə dini əhkamları riayət edən şəxslərin) sayı prezidentə səs verən insanlar sayından qat-qat çoxdur. (Nəinki təkcə İranda, bütün dünyada) Üstəgəl bir balaca rütbəsi qalxan adi köşə yazarının yazısına şərh bildirən oxucunun sualına cavab yazmağı cənabına sığışdırmamaq kimi bir təfəkkürün oturuşduğu bir mühitdə dünyaca nüfuzlu bir alimin ölkədə bir çox partiyadan birinin sədrinə yazdığı məktubu dərc edilir. Və nəhayət sual meydana çıxır? Hacı Mövsümü aclıq aksiyasından əl çəkməyə nə vadar etdi?

Cavab gün kimi aydındır və məqalənin əsas mövzusu bu cavab ətrafındadır: Özünün varlığını bu həyatda hiss etmək!

Hələ gənc yaşlarından gəncliyini azərbaycançılığa həsr etmiş, Azərbaycanın azadlığı uğrunda hərəkatlara qatılmış, hərbi xidmətdə əsgər və zabit kimi xidmət etmiş, daha sonra xalqın cismani sağlamlığı ilə məşğul olmuş, bir müddət sonra ruhani doktorluğa keçid etmiş bir şəxsi vadar edəsən ki, canın Allahın əmanəti olduğunu bildiyi halda aclıq aksiyası başlatsın. Və bu səni zərrəcə narahat etmir. Yəni, onun varlığı ilə yoxluğu sənin üçün fərq etmir. Belə bir şəraitdə sənin vətəndaşına, bu vətənin oğluna, bu xalqın balasına – sizin dilinizlə desək – kənardan bir ağsaqqal sahib çıxır, varlığına qiymət verir. Bəs sizcə sizi insan yerinə qoyub, dəyər verib "Mən sizin vücudunuzun qorunmasını lazım bilirəm." – deyən bir şəxsə qulaq asmaq məntiqlidir, yoxsa asmamaq?!

İndiyədək "bu cür İslam olar? Müsəlman da, din xadimi də canına qəsd edər? Axı, can Allah əmanətidir!" – deyən insanlar çox oldu. Bunların içində fürsət axtaranları xüsusi qeyd eləmək olar. Belə insanlar məhz buna görə dindən uzaqlaşmışdılarsa, gərək Həzrət Ayətullah Məkarimin bu məktubundan sonra "yanlış anladıqları din"i zəhmət olmazsa doğru anlamağa başlasınlar.

Qeyd etdiyimiz kimi ağıllı insan gözəl bilir ki, din sərhəd tanımır. Həqiqi bildiyin din aliminə itaət Allaha itaət etməkdir. Allaha itaət edən isə Allahdan başqasına itaət etməz. Hətta soyuq zindandan azadlığa çıxmaq qarşılığında peşmançılıq məktubu yazmaq kimi "su içməkdən də asan" bir şey sənə təklif edildikdə belə.

 

 

Müntəzir Məhdi

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır


source : abna24
0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

Misir Ordusu 241 terroristi öldürüb
Fəllucə şəhərin mərkəzi İŞİD-dən azad edildi
Oman Sultanlığı azanda “Əliyyən Vəliyyullah” (ə) kəlməsinin deyilməsini ...
İmаm Rİzа әlеyhİssәlаmın hәyаtı bаrәdә qısа mә’lumаt
İİR kanal 1-in verdiyi bəyanatda Ramazan Ayının hilalı görünüb
Rusiyadan İŞİD-lə bağlı sərt qərar
Hacı İlqar İbrahimoğlu aşurafoblardan yazdı.
Həzrət Əbülfəzlil Əbbasın hərəmində azyaşlı uşaqlara Quran Dərsləri ...
Səudiyyə döyüş təyyarələri Səna Beynəlxalq Aeroportunu növbəti dəfə ...
“İŞİD” Liviyanın neft yataqlarına hücum edib

 
user comment