Əhlibeyt (ə) Xəbər Agentliyinin verdiyi məlumata görə - Sionist-təkfiri terror təşkilatı işid ilə beyət etmiş Deyrozzor qəbilə rəislərindən dördü, Suriyalı dörd gənci faciəvi şəkildə qətlə yetirdi.
İŞİD-in paylaşdığı bu videoda casusluqda günahlandırılan dörd Suriyalı gənc edam edilir.
Bu videoda Əbul-Hayr əyalətinin qəbilə rəisi olduqlarını iddia edən dörd yaşlı adam, casusluqda günahlandırdıqları dörd Suriyalı gənci ağızlarına tüfəng söykəyərək atəş açırlar.
Bu faciəvi cinayətin qurbanları, Süleyman ahned Saleh, Münzir əl-Bux, Eymen Əli əl-Abdullah və Mahmud Abdulkadir Feyyaz adlı gənclərdir ki xain qəbilə rəisləri tərəfindən edam edildilər.
Bu qəbilə rəisləri edam mərasimində, gənclərə mürtəd deyə xitab edirlər və Suriyalı qəbilə rəislərindən övladlarını Suriya dövləti ilə döyüşməyə hazırlamalarını istəyirlər.
Bu qəbilə rəislərindən biri belə deyir: Ey atalar! Sizin övladlarınız öləcəklər; elə isə onları Allah yolunda döyüşmək üçün göndərin.
Bir digəri belə deyir: Ey müsəlmanlar! Baxın xristianlar uşaqlarını döyüş üçün göndərirlər. Onlar bizdən daha cəsarətli deyillər.
Qeyd edək ki, bu bölgədə olan sələfi-təkfiri qəbilələr Suriya rəhbərliyinə qarşı döyüşürlər və rəhbərliyi devirmək istəyirlər.
İşid-ə beyət etmiş Deyrozzor qəbilə rəisləri, casusluqda günahlandırılan dörd Suriyalını ağızlarına tüfəng söykəyərək öldürdülər.
İşid-ə beyət etmiş Deyrozzor qəbilə rəisləri, casusluqda günahlandırılan dörd Suriyalını ağızlarına tüfəng söykəyərək öldürdülər.