Azəri
Monday 11th of November 2024
0
نفر 0

Ayətullah Amili: Netanyahunun Azərbaycana səfəri dünya azəriləri üçün böyük rüsvaylıqdır

Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Ərdəbil əyalətinin əhalisinin Rəhbərlik Ekspertlər Məclisində nümayəndəsi cümə namazının xütbələrinin digər bir hissəsində Azərbaycan Respublikasının izzət və zillətinin istər-istəməz bütün dünya azərilərinə aid olmasına toxunaraq deyib: “Ona görə də azərilərin Azərbaycan Respublikasında baş verən hadisələrə həssaslığı təbiidir”. Xətib, cəllad və uşaq qatili olan sionist rejimin
Ayətullah Amili: Netanyahunun Azərbaycana səfəri dünya azəriləri üçün böyük rüsvaylıqdır

Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Ərdəbil əyalətinin əhalisinin Rəhbərlik Ekspertlər Məclisində nümayəndəsi cümə namazının xütbələrinin digər bir hissəsində Azərbaycan Respublikasının izzət və zillətinin istər-istəməz bütün dünya azərilərinə aid olmasına toxunaraq deyib: “Ona görə də azərilərin Azərbaycan Respublikasında baş verən hadisələrə həssaslığı təbiidir”.

Xətib, cəllad və uşaq qatili olan sionist rejimin baş naziri Netanyahunun Azərbaycana bu yaxınlarda gözlənilən səfərini pisləyib və onu azərilər üçün böyük rüsvaylıq və zillət adlandıraraq deyib: “İsraillilərin Netanyahonun heykəlinin İsraildə qoyulmasına bir gün də dözmədiyi və onun qızıl heykəlini aşırdığı bir halda Azərbaycan xalqı bu cinayətkarı necə qəbul edə bilər? Halbuki israillilərin özləri belə onu qəbul etmirlər.”

Ayətullah Amili cəllad və uşaq qatili olan sionist rejimin baş nazirinin Azərbaycan Respublikasına bu yaxınlarda gözlənilən səfərinin əsas məqsədini açıqlayaraq deyib: “İsrailin Azərbaycan Respublikasına marağı iqtisadi və hərbi məqsədlər üzündən deyil. İsrailə Azərbaycan yalnız İranla qonşu olduğu üçün lazımdır və özünün Suriya və Livandakı məğlubiyyətlərinin əvəzini Azərbaycan vasitəsilə İrandan çıxmağa cəhd edir”.

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır

0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

NƏFSİN SAFLAŞDİRİLMASİNİN MƏRHƏLƏLƏRİ
KİŞİNİN QADIN ÜZƏRİNDƏ OLAN HÜQUQLARI-3
FƏZİLƏTLİ SİMALAR
Səni ağladan nədir?
UŞAQ TƏRBİYƏSİNİN ƏASLARI
QADINLA KIŞI ARASINDAKI FƏRQLƏR
ÖZÜNÜZÜ HALALDAN MƏHRUM ETMƏYİN
İNSANLIĞIN İNSANDAN AYRILMASININ MÜMKÜNLÜYÜ
Yaxşı və pis əməllər necə hesablanır?
İSLAM VƏ AİLƏNİN MADDİ MƏSƏLƏLƏRİ-1

 
user comment