Azəri
Tuesday 20th of August 2024
0
نفر 0

Dünya və region KİV-də İnqilab Rəhbərinin çıxışı

Dünya və region KİV-də İnqilab Rəhbərinin çıxışı

İran İslam Respublikasının banisi Həzrət İmam Xomeyninin (rə) vəfatının ildönümü mərasimində İslam İnqilabının Böyük Rəhbərinin çıxışı region və dünyanın Kütləvi İnformasiya Vasitələrində geniş əks olunub.

Sin-Xoa İnformasiya Agentliyi İslam İnqilabının Böyük Rəhbərinin İmam Xomeyninin (rə) vəfatının 28-ci ildönümü ilə əlaqədar mərasimdəki çıxışını əks etdirərək yazıb: Ayətullah Əli Xamenei bazar günü regional məsələlərin danışıqlar vasitəsi ilə həll olunmasını istədi. O, əcnəbilər, o cümlədən Ərəbistanın Suriya, Yəmən və Bəhreynin daxili məsələlərinə müdaxilədən əl çəkməli olduğunu bəyan edərək bildirdi: Bu ölkələrin vətəndaşları öz ölkələrinin müqəddəratını siyasi danışıqlar vasitəsi ilə təyin etməlidirlər.

Sin-Xoa İnformasiya Agentliyi İslam İnqilabının Böyük Rəhbərinə istinadla yazıb: Əcnəbi ölkələr regionun böhrandan əziyyət çəkən ölkələrində terrorçulara silah göndərməyi durdurmalıdırlar.

Bu agentlik əlavə edib: Ayətullah Xamenei həmçinin Səudiyyə Ərəbistanının Bəhreyndəki məntiqsiz iştirakını qınayaraq əlavə edib: Bəhreyn hökuməti bu ölkə vətəndaşları ilə müzakirəyə daxil olmalıdır.

Məlumata görə, İnqilab Rəhbəri Yəmən, Suriya, Bəhreyn və Liviya kimi bəzi müsəlman ölkələrin xalqlarının problemlərlə üzləşməsindən təəssüfləniblər.

Ayətullah Xamenei həmçinin Ərəbistanı günahsız insanlara qarşı cinayəti durdurmağa çağırıb və Səudiyyə Ərəbistanının Yəməni bombardman etməklə yanlışlığa yol verdiyini deyərək bildiriblər: Bu ölkə hökuməti bilməlidir ki, hazırkı metoduna israr etdiyi zamana qədər Yəmənə qalib gələ bilməyəcək.

Sin-Xoa İnformasiya Agentliyi həmçinin yazıb: Ayətullah Xamenei ABŞ prezidenti Donald Trampı da Səudiyyə Ərəbistanı başçılarını dəstəklədiyinə görə tənqid edib.

Azərbaycanın Trend İnformasiya Agentliyi İslam İnqilabının Böyük Rəhbərinin İmam Xomeyninin (rə) vəfatının 28-ci ildönümü mərasimindəki çıxşını işıqlandırıb.

İslam İnqilabının Böyük Rəhbəri Həzrət Ayətullahülüzma Xameneinin İmam Xomeyninin (rə) vəfatının ildöünmü mərasimindəki bəyanatı APTN televiziyasında da əks olunub.

Küveyt qəzetləri də bazargünkü saylarında Həzrət İmam Xomeyninin (rə) vəfatının 28-ci  ildönümü mərasimini geniş şəkildə işıqlandırıblar.

İslam İnqilabının Böyük Rəhbəri Həzrət Ayətullahülüzma Xamenei İmam Xomeyninin (rə) vəfatının 28-ci ildönümü ilə əlaqədar o imamın pak məqbərəsində keçirilən mərasimdə bildiriblər: Düşmən əllər region ölkələrində dolayısı müharibələr yaradıb.

0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

İmam Əli əleyhis-salamın xalqa Peyğəmbərə (səlləllahu əleyhi və alih) salavat ...
Nigeriya Ordusu üç məntəqəni Boko Haram ünsürlərindən təmizlədi
217 bankı soyub Fələstinin hesabına 28 milyon $ yatırdi
Ərəbistan hüquq müdafiəsi qüvvələrinin sözçüsü Cazana edilən hücum zamanı ...
Honkonqda etiraz aksiyası keçirilib
Suriyalılar Kubanidəki vəhhabilərin leşlərini zibil maşınlarına yükləyib ...
Somalinin mərkəzində xiyabanda müəllimləri daşıyan maşın partladıldı
Ümumdünya Əhli-Beyt ¢ cəmiyyətindən
İmam Xamenei cənablarının Həcc məsələləri üzrə nümayəndəsi İtaliyaya ...
Bəhreynli körpələrin əzadarlıq mərasimi

 
user comment