Əhli Beyt (əleyhimus-səlam) - ABNA – Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, İİR parlamentində terrorçuların zərərsizləşdirilməsi üçün keçirilən əməliyyat başa çatıb.
İran İslam Şurası Məclisə hücum edən 4 silahlının hamısı məhv edilib. Məlumata görə, terrorçular 4 nəfər olub, onlardan 3-i öldürülüb, 1 nəfər isə özünü partladıb.
Əməliyyat başa çatdıqdan sonra İran İslam Respublikasının parlamentinin spikeri ƏLi Laricini hadisə yerinə baxış keçirib.
İran daxili işlər nazirinin müavini Hüseyn Zülfüqari deyib. O bildirib ki, terrorçular qadın geyimi ilə parlamentin binasının giriş qapısından içəri daxil olublar: “İçəri girən kimi atəş açmağa başlayıblar. SEPAH qüvvələri onlara cavab atəşi açıb. Terrorçular parlamentin əsas binasına deyil, ətrafdakı binasına soxulublar”.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır