Bir kişi İmam Baqir ələyhis-salamdan soruşdu:
- Nə üçün cümə günü “cümə” adlanıb?
Həzrət buyurdu:
- Həqiqətən də Allah Taala cümə günü, Peyğəmbər səlləllahi ələyhi və alihin və onun vəsisi Əmirəlmöminin Əli ələyhis-salamın vilayətinə əhd almaq üçün yaratdıqlarını toplayıb. Demək bu gün, bütün xəlq toplandığı (cəm olduğu) üçün onu “cümə” adlandırdılar.