1.
əl-Fatihə (Kitabı açan) surəsi1
(Məkkədə nazil olmuşdur, 7 ayədir)
Bismillahir–rəhmanir-rəhim!
1. Mərhəmətli, rəhmli Allahın adı ilə!
2. Həmd (şükür və tərif) olsun Allaha (və ya: Həmd məxsusdur Allaha) - aləmlərin Rəbbinə,
3. (Bu dünyada hamıya) mərhəmətli, (axirətdə isə ancaq möminlərə) rəhmli olana,
4. Haqq-hesab (qiyamət) gününün sahibinə!
5. Biz yalnız Sənə ibadət edirik və yalnız Səndən kömək diləyirik!
6. Bizi doğru (düz) yola yönəlt!
7. Nemət verdiyin kəslərin yoluna! Qəzəbə düçar olmuşların və (haqdan) azmışların6 (yoluna) yox!