Azəri
Wednesday 16th of October 2024
0
نفر 0

"Züha" surəsi

"Züha" surəsi

.93.
əz-Zuha (Səhər və ya Səhər işığı) surəsi
(Məkkədə nazil olmuşdur, 11 ayədir)

Bismillahir–rəhmanir-rəhim!

1.    And olsun səhərə;
2.    And olsun sakitləşməkdə olan (və ya: getdikcə zülməti artan) gecəyə ki,
3.    (Sənə bir neçə gün vəhy nazil etməməklə) Rəbbin səni (ya Peyğəmbər!) nə tərk etdi, nə də sənə acığı tutdu.
4.    Şübhəsiz ki, axirət sənin üçün dünyadan daha xeyirlidir!
5.    Həqiqətən, Rəbbin sənə (qiyamət günü ən uca şəfaət məqamı, Cənnətdə tükənməz nemətlər) bəxş edəcək və sən (Ondan) razı olacaqsan!
6.    Məgər O səni yetim ikən tapıb sığınacaq vermədimi?!
7.    Səni şaşqın (uşaq vaxtı Məkkə vadisində azmış) vəziyyətdə tapıb yol göstərmədimi?!
8.    Səni yoxsul ikən tapıb dövlətli etmədimi?!
9.    Elə isə yetimə zülm etmə!
10.    Dilənçini də (qapıdan) qovma!
11.    Və (həmişə) Rəbbinin sənə olan nemətindən söhbət aç!

0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

Qurani-Kərim barəsində sual və cavablar
"Nəbə" surəsi
Venezuellada iranlı xəttatlarının Quran hesabatlarının sərgilənməsi
"Cin" surəsi
"Şuəra" surəsi
"Məaric" surəsi
Duxan" surəsi
"Fatihə" surəsi
"Ali-İmran" surəsi
Təthir ayəsi Quranın hansı surəsindədir?

 
user comment