Azəri
Sunday 26th of May 2024
0
نفر 0

Ələq" surəsi

Ələq" surəsi

96.
əl-Ələq (Laxtalanmış qan) surəsi
(Məkkədə nazil olmuşdur, 19 ayədir)

Bismillahir–rəhmanir-rəhim!

1.    (Ya Peyğəmbər! Qurani-Kərimi bütün məxluqatı) yoxdan yaradan Rəbbinin adı ilə (bismillah deyərək) oxu!
2.    O, insanı laxtalanmış qandan yaratdı.
3.    (Ya Peyğəmbər!) Oxu! Sənin Rəbbin ən böyük kərəm sahibidir!
4.    O Rəbbin ki, qələmlə (yazmağı) öyrətdi.
5.    (O Rəbbin ki) insana bilmədiklərini öyrətdi.
6.    Xeyr, insan azğınlıq edər,
7.    Özünün dövlətli olduğunu gördüyü üçün!
8.    Axı sənin axır dönüşün Rəbbinədir!
9.    Gördünmü o kimsəni (Əbu Cəhli) ki, mane olur
10.    Bir bəndəyə (sənə) namaz qıldığı vaxt?
11.    Bir de görək, əgər o (bəndə) doğru yoldadırsa,
12.    Yaxud (xalqa Allahdan) qorxmağı əmr edirsə, (həmin kimsə belə bir əməl sahibinin namaz qılmasına nə üçün mane olur, ona ibadət etməyi niyə qadağan edir? Bundan da rəzil iş olarmı)?!
13.    (Ya Peyğəmbər!) Bir de görək, (əgər sənin namaz qılmağına mane olan kimsə Quranı) yalan sayır və (imandan) üz döndərirsə,
14.    Məgər bilmir ki, Allah (onun bütün əməllərini) görür?!
15.    Yox, yox! (Əbu Cəhl bu yaramaz əməllərinə son qoysun). Əgər son qoymasa, and olsun ki, Biz onu kəkilindən yapışıb (Cəhənnəmə) sürükləyəcəyik-
16.    Özü də yalançı, günahkar kəkilindən!
17.    Qoy o özünün bütün dəstəsini (köməyə) çağırsın!
18.    Biz də zəbaniləri (Cəhənnəmdəki əzab mələklərini) çağıracağıq!
19.    Yox, yox! Sən (ey Peyğəmbər!) ona uyma! Sən ancaq (Rəbbinə) səcdə et və (Ona) yaxınlaş!

0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

"Bəyyinə" surəsi
"Zumər" surəsi
Qurani-Kərim barəsində sual və cavablar
Peyğəmbərin (s) kəlamında mömin, kafir, qəlb və Quran
Nisa surəsinin 34- cü ayəsindəki “və izribuhunnə” «وَ ...
"Ləyl" surəsi
Məhəmməd" surəsi
Ənkəbut" surəsi
ƏS-SƏCDƏ SURƏSI
Qur`an tilavətindən öncə Allaha sığın!

 
user comment