Azəri
Monday 6th of January 2025
0
نفر 0

Əli oğlu Əbülfəzlin viladəti

Əli oğlu Əbülfəzlin viladəti

Həzrəti Əbbas (ə) mövlüdü mübarək olsun!

Həzrət Fatimənin (s.ə) vəfatından çox sonra Həzrət Əli Bəni-kəlab tayfasından Fatimə adlı bir qadınla həyat qurdu və bu əziz xanım sonralar Ümmülbənin adlandırılırdı.

Əli (ə) və Ümmülbənindən şücaətdə misli görünməmiş Həzrət Abbas dünyaya gəldi. Abbasın tərbiyyə aldığı ev ilahi eşq ocağı idi. Bu ev möhtacların və kimsəsizlərin ümid yeri idi. O, atasından öyrəndi ki, insanın həyatı Allah yolunda keçəndə dəyərli olur. Həzrət Abbas çoxlu fəzilətlərinə xatır "Əbülfəzl", yəni fəzilət atası və sahibi ləqəbini qazanmışdı. Həzrət Əbəlfəzl mehriban və səmimi olmaqla yanaşı, cazibəli və gözəl bir insan idi. Bu səbəbdən onu Bəni Haşim ailəsinin ayı (Qəməri-bəni-haşim) adlandırdılar. O həzrət 14 il atası İmam Əlinin (ə) kənarında yaşadı və bu fürsətdə atanın sonsuz elmindən, hikmət və mənəviyyatından bəhrələndi. Həzrət Abbasın öz qardaşları İmam Həsən və İmam Hüseynlə (ə) ünsiyyətdə olması onun uca şəxsiyyətə malik olmasında rol oynamışdır.

Həzrət Əbülfəzilin qardaşı İmam Hüseynə bağlılığı və məhəbbəti misilz idi. Həzrət Əbülfəzlin Kərbəla vaqəiəsindəki şücaətləri haqqında çox eşitmişik. Həzrət Abbas Kərbəlada İmam Hüseyn dəstəsinin bayraqdarı idi. Abbas böyük şücaətlə islam bayrağını çiyninə alaraq haqqın müdafiəsinə qalxdı. O, İmam Hüseynlə bərabər qəflət yuxusuna qapılmış cəmiyyəti düz yola gətirmək üçün müqavimət göstərdi və düşmənlər qarşısında buyurdu: "Allah eşqi ilə döyünən ürəyimdə qorxuya yer yox. Bilin ki, Allaha təvəkkül edən ölümdən qorxmaz."

O həzrət Kərbəla vaqiəsində İmam Hüseynin ailəsinə və qoşunlarına su gətirmək üçün düşmənin mühasirəsini yarıb özünü Fərat çayına çatdırmaqla böyük fədakarlıq nümayiş etdirdi və elə bu hadisədə də ali şəhadət məqamına çatdı.

Bu şərafətli günü bütün müsəlman bacı-qardaşlarıma təbrik deyirik.

0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

QURANA GÖRƏ DÜNYANIN SONU NƏ ZAMAN VƏ NECƏ BAŞ VERƏCƏK?
. TARİX GӘLӘCӘYӘ İŞIQ SAÇIR
İMAMLA GÖRÜŞ
İSLAM FƏLSƏFƏSİ İLƏ TANIŞLİQ-3
VƏZİFƏLİLİK (BÜLUĞ HƏDDİ) VƏ ONUN ŞƏRTLƏRİ
QEYBƏTİN KƏFFARƏSİ
Vahabi etiqadının yeni təhlili(2)
İmаm Cаvаddan (ә) qırх hәdis
Şiə və şiəlik sözü lüğət və terminologiyada hansı mə᾿naları daşıyır?
IMAM RZA ӘLEYHISSALAMIN ŞӘXSIYYӘTI

 
user comment