Azəri
Tuesday 12th of November 2024
0
نفر 0

QURANIN BUYURDUQLARI

QURANIN BUYURDUQLARI

 QURANIN BUYURDUQLARI

"O kəslər ki, əllərindəki Tövratda və İncildə (adını, vəsfini və əlamətlərini) yazılmış gördükləri rəsula-ümmi (heç kəsin yanında oxuyub elm öyrənməmiş və ya məkkəli) peyğəmbərə tabe olurlar. (O Peyğəmbər) onlara yaxşı işlər görməyi buyurar, pis işləri qadağan edər, təmiz (pak) nemətləri halal, murdar (napak) şeyləri haram edər, onların ağır yükünü yüngülləşdirər və üstlərindəki buxovları açar (şəriətin çətin hökmlərini götürər). Ona (o Peyğəmbərə) iman gətirən, yardım göstərən və onunla (Quranın) ardınca gedənlər məhz onlar nicat tapanlardır!"[1]

Hədis

İmam Rza (ə): İncildə yazılıbdır: "O pak və iffətli qadının oğlu gedər, və ondan sonra "Farqəlita" gələr. O, ağır yükləri yüngülləşdirər və hər bir şeyi sizin üçün aydınlaşdırar. Mənim haqlı olmağıma şəhadət verər, necə ki, mən onun gəlməyinə şəhadət verirəm. Mən sizin üçün misallar (nümunələr) gətirdim, o isə sizin üçün təvil (həqiqət) gətirəcəkdir."[2]
Təfsir

Əllamə Təbatəbi "O kəslər ki, bu oxumamış elçidən təbəiyyət edirlər" ayəsinin təfsirində buyurur: "Raqib müfrədatda deyir: "إصر" "isr" bir şeyi güclə (zorla) bağlamaq və saxlamağa deyilir. Deyilir: "اصرقه فهو مأصور" və "məsər" və "məsir" gəminin saxlandığı yerdir.

Mütəal Allah buyurubdur: "و یضع عنهم إصرهم " onlarda olan zəncirlər və ipləri onlardan götürər, yəni camaatı yaxşı işlərdən saxlayan, onları savaba yetişməyəin qarşısını alan və əl- ayaqlarını bağlayan işləri götürər, həmçinin "و لا تحمل علینا إصرا" ayəsi bu mənayadır. Bəziləri belə deyiblər: "إصر"(isr) ağır yük mənasınadır, amma həqiqət budur ki, biz dediyimiz düzgündür.[3]

"أغلال" "əğlal" kəlməsi "غل" "ğull" kəlməsinin cəm formasıdır və bağlamaq aləti mənasındadır.

Peyğəmbəri (s) bu üç "Rəsul", "Nəbi" və "Ümmi" vəsfləri ilə xatırlayan ayə təkcə bu və bundan sonrakı ayədir. Sonrakı cümlənin kənarında gətirilən bu cümlə "O Peyğəmbər ki, onu- onun adını- öz Tövrat və İncillərində yazılmış görürlər" onu göstərir ki, Allahın Peyğəmbərindən Tövrat və İncildə də bu üç vəsf ilə söz açılmışdır.

Əgər Prğeyğəmbəri bu üç vəsf ilə vəsf etmək onu bu üç vəsf ilə tövrat və incildə Yəhudilər və Məsihilər üçün tanıtmaq olmasaydı, şübhəsiz bu üç vəsfi (Rəsul, Nəbi və Ümmi), məxsusən üçüncü vəsfi qeyd etmək aydın bir mətləb olmayacaqdır. Həmçinin bu şərif ayə buna dəlalət və ya işarə edir ki, "onları yaxşı və bəyənilmiş işə əmr edir və bəyənilməyən işlərdən çəkindirir" cümləsi, bu ayədə Peyğəmbəri vəsf edən beş sifətə qədər, Allahın Peyğəmbərinin nişanələrindəndir ki, o iki kitabda (Tövrat və İncildə) zikr olubdur. Bunula bu sifətlər, Peyğəmbərin sifətlərindən və onun əzəmətli dininin xüsusiyyətlərindən hesab olunur; çünki, baxmayaraq ki, doğru və düz əməl edən ümmətlər əmr be məruf və nəhy əz münkər vəzifəsinə əməl edirmişlər və onun dəlili də Allahın kitab əhli barəsində buyurduğu bu ayədir:

"Onların hamısı eyni deyil. Kitab əhli içərisində düzgün (sabitqədəm) bir camaat vardır ki, onlar gecə vaxtları səcdə edərək Allahın ayələrini oxuyurlar."[4]

"Onlar Allaha, axirət gününə inanır, (insanlara) yaxşı işlər görməyi əmr edir, (onları) pis əməllərdən çəkindirir və xeyirli işlər görməyə tələsirlər. Onlar əməlisaleh şəxslərdəndirlər."[5]

Həmçinin pakları rəva bilmək və napakları haram etmək ümumi götürəndə o fitriyyatlardandır ki, bütün ilahi dinlər onun barəsində yekdildirlər.

Allah da buyurub: "(Ya Peyğəmbərim!) De: "Allahın Öz bəndələri üçün yaratdığı zinəti və təmiz (halal) ruziləri kim haram buyurmuşdur?" De: "Bunlar dünyaya iman gətirənlər üçündür (lakin kafirlər də onlardan istifadə edə bilərlər), qiyamət günündə (axirətdə) isə yalnız möminlərə məxsusdur". Biz ayələrimizi anlayıb-bilən bir tayfaya belə ətraflı izah edirik."[6]

Həmçinin zəncir və ipləri götürmək baxmayaraq ki, o şeylərdəndir ki, xülasə şəkildə İsanın (ə) şəriətində mövcud olubdur və onun da şahidi Allahın Quranı kərimdə o həzrətin dilindən buyurduğudur:

"Məndən əvvəl göndərilmiş Tövratı təsdiq edərək (eyni zamanda orada) sizə haram edilmiş bəzi şeyləri (dəvə əti, qarın və bağırsaq piyi yemək, şənbə günü işləmək və s.) halal etmək üçün gəldim və sizə Rəbbiniz tərəfindən (peyğəmbərliyimin doğru olduğunu sübut edən) bir möcüzə gətirdim. İndi Allahdan qorxun və mənə itaət edin!"[7]

Bu, İsanın (ə) Bəni İsrailə xitab etdiyi cümlə də bu nöqtəyə işarə edir:

"İsa açıq-aşkar möcüzələrlə gəldiyi zaman dedi: "Həqiqətən, mən sizə hikmət gətirmişəm, həm də ixtilafda olduğunuz bəzi şeyləri (Tövratdakı bir sıra dini hökmləri) izah etmək üçün gəlmişəm. Allahdan qorxun və mənə itaət edin!"[8]

Lakin bununla belə heç bir şəkkak (çox şəkk edən) şəkk etmir ki, Məhəmmədin (s) Allah tərəfindən kitabla gətirdiyi din, yəni, özündən qabaqkı səmavi kitabların təsdiq etdiyi islam dini yeganə bir dindir ki, həyatın ruhunu kamil formada əmrbeməruf və nəhyəz münkər bədəninə üfürdü və onu sadə bir dəvət həddindən (dərəcəsindən) Allah yolunda malla və canla cihad etmək həddinə yetirdi. O, yeganə dildir ki, insanın həyatına aid olan bütün əməlləri və vəzifələri nəzərə aldı və sonra onların pak və napaka böldü, pakları halal və napakları haram etdi. Heç bir səmavi din və heç bir başqa ictimai qanun şəri qanun təfsilatını nəzərə almaq müqayəsəsində bu dinə çata bilməz. islam, yeganə dindir ki, kitab əhli məxsusən yəhudilər üçün gəlmiş bütün çətin hökümləri, və onların alim, əhbar və rahiblərinin özlərindən yaratdıqları qanun- qaydaların hamısını ləğv etdi."[9]


[1] - Əraf surəsi, ayə 157

[2] - Ət- tövhid, səh 428, hədis 1, Üyuni əxbari- Riza, cild 1, səh 164, hədis 1 Əlehticac, cild 2, səh 414, hədis 307, Biharul ənvar, cild 10, səh 307 hədis 1

[3] - Müfrədati Əlfazil, səh 75

[4] - Ali İmran surəsi, ayə 113

[5] - Ali İmran surəsi, ayə 114

[6] - Əraf surəsi, ayə 32

[7] - Ali İmran surəsi, ayə 50

[8] - Zuxruf surəsi, ayə 63

[9] - Əlmizan fi təfsiril Quran, cild 8, səh 280

0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

Qədr" surəsi
“Fələq” və “Nas” surəsini fəziləti
" Fatir" surəsi
"Fil" surəsi
Fələq" surəsi
Qəsəs" surəsi
Əbəsə" surəsi
Sindhlilər Quranı yandıran kişini qətlə yetirdilər
"Muddəssir" surəsi
Cümə" surəsi

 
user comment