Nigeriyanın Yobe ştatında vəhhabiəqidəli “Boko Haram” terrorçu qruplaşma üzvlərinin yerli kəndə hücumundan sonra 90-can çox qız şagird yoxa çıxıb.
Əhli Beyt (əleyhimus-səlam) - ABNA – Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Nigeriyanın Yobe ştatında vəhhabiəqidəli “Boko Haram” terrorçu qruplaşma üzvlərinin yerli kəndə hücumundan sonra 90-can çox qız şagird yoxa çıxıb.
Bu barədə “Reuters” agentliyi məlumat yayıb.
“Yəqin ki, qızım oğurlanan yeganə şagird deyil. Siyahı üzrə yoxlamadan sonra 90-dan çox məktəblinin yerində olmadığı məlum olub” – deyə valideynlərdən biri agentliyə bildirib.
Dapçi kəndinə hücum bazar ertəsi səhər saatlarında baş verib.
İriçaplı pulemyotlarla silahlanmış terrorçular yük maşınlarında gəlib. Onlar məktəbə basqın edərək, içəridə olanları atəşə tutub.
Hücumun şahidi üç yük maşınında daşıyanın qızların göz yaşı tökdüyünü, qışqıraraq, imdad dilədiyini bildirib.
Yerli hökumət qızların oğurlanması barədə deyilənləri inkar etsə də, hal şahidlərinin sözlərinə görə, artıq axtarış tədbirləri həyata keçirilir.