Azəri
Monday 30th of December 2024
0
نفر 0

Günahın iqtisadi amilləri

İslamda sərvət, müəyyən mənada günaha zəmin yaradan amil kimi hesab olunur

 

Bəzi hallarda iqtisadi məsələlər günahın yaranmasına səbəb olur. Günahın iqtisadi amilləri iki qismdir:
1. Mal-dövlət.
2. Yoxsulluq.

Bəzi vaxtlar insan pulsuzluq üzündən tüğyan edir. Bəzən isə mal-dövlət insanı yoldan azdırır. Lakin burada bir mətləbə diqqət yetirmək lazımdır. O budur ki, kommunistlər mal-dövlət və sərvəti tüğyan etmənin səbəbindən hesab edir və inanırdılar ki, sərvət çox olan zaman mütləq insan yolunu azmalıdır. Amma islam baxımından belə deyil. İslamda sərvət müəyyən mənada günaha zəmin yaradan amil kimi hesab olunur. Yəni sərvət çox olsa, günah ehtimalı var. Amma sərvətli olmaqla günah etməmək də olar. Allahın qoyduğu qanunlarla sərvət qazanıb, onu dinin yaşaması və yayılması yolunda xərcləyənlər də az deyil.
“Ələq” surəsinin 6-7-ci ayələrində buyurulur: «Xeyr, insan azğınlıq edər; Özünün dövlətli olduğunu gördüyü üçün!».
Bu ayədə ki, sərvətli olmaq bir şərtlə azğınlığa səbəb olur: o da insanın özünü varlı sanan zaman. İnsan əgər mal-dövlətə bu nəzərlə baxmasa heç vaxt azğınlaşmaz.
Mətləbin izahı: Bəzi vaxtlar sual olunur ki, mal-dövlət insanı azğınlığa və günaha tərəf çəkən amildirmi?
Cavabında deyirik: İki şərtlə mal-dövlət insanı yolundan azdırar:
1. İnsan yığdığı mal-dövləti təkcə özününkü bilsin.
2. Əqidəsi bu olsun ki, onu hansı yolla istəsə, qazanar və hansı yolda istəsə, xərcləyər.

Amma bunun müqabilində Quran ayələri və hədislərdə oxuyuruq ki, qazandığımız mal-dövlət bizim yox, Allahındır və onu Allah bizə ruzi veribdir. Quranda 7 dəfə «Biz sizə ruzi verdik» cümləsi, 13 dəfə «Biz onlara ruzi verdik» cümləsi və 5 dəfə «Allah sizə ruzi verir» cümləsi gəlmişdir.
İslam dinində mal-dövləti hansı yolla qazanmaq da müəyyən olunub. Sələm, rüşvət, yalan, zülm və s. yollarla sərvət yığmaq olmaz.
Mal-dövlət bıçaq kimidir. Bıçaq pis adamın əlində olsa, onunla cinayət törədər. Mömin şəxs isə ondan yaxşı işlərdə istifadə edər.
Başqa bir misal. Havanın soyuq olması nəticəsində insan xəstələnir. Lakin əgər isti paltar geysəydi, xəstələnməzdi. Deməli, təkcə havanın soyuq olması insanı xəstələndirmir. İnsanın öz səhlənkarlığı və diqqətsizliyi də buna şərait yaradır.
Mal-dövlət də belədir. Firon və Qarun kimi zalım şəxslərin əlində olsa, cinayət törədəcəklər. Amma Davud və Süleyman kimi Peyğəmbərlərin əlində olsaydı bu var-dövlət cəmiyyətin iqtisadi və ictimai çətinliklərini həll edəcəkdir.
0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

QADINLARLA RƏFTARDA ISLAMI NÜMUNƏLƏR
İRАDLАR HİCАB VӘ MӘNTİQ
QADININ ƏRİ ÜZƏRİNDƏ OLAN HÜQUQLARI
Həzrəti Əli (ə) kimdir?
Həzrəti Fatimənin (s.ə) şəhadəti
İŞ VƏ FƏALİYYƏTİ
İzdivac, evlənmə astanasında
QADINLA KIŞI ARASINDAKI FƏRQLƏR
FƏDAKARLIQ VƏ İSAR
İpə-sapa düzülməmiş incilər

 
user comment