Azəri
Friday 29th of March 2024
0
نفر 0

Adəm Peyğəmbər (ə) və onun yaranması

Adəm Peyğəmbər (ə) və onun yaranması

Adəm Peyğəmbər (ə) və onun yaranması

Allah taala yer üzünün torpaq və sularından hazırlanmış palçıqdan,öz qüdrət əliylə Adəmin bədənini yaratdı.Rəvayətlərdə deyilir ki, Adəm "qabıq və ya dəri "mənasını verən "Ədim" sözündən əmələ gəlib. Çünki Adəmin bədəni yerin qabığından yığılmış palçıqdan yaranmışdır: ona acı, şor və şirin sular qarışmışdır: Odur ki, onun gözünün suyu şordur: belə olmasaydı, göz bəbəyinin piyi əriyərdi.Onun qulaqlarına yığılan şirə acıdır: belə olmasaydı, ora xırda həşərat girərdi. Burunun içindəki rütubət bəd iylidir: belə olmasaydı, insan xoş iyləri duymazdı. Həmçinin ağızın suyu şirindir: belə olmasaydı, insan yemək və içməkdən ləzzət ala bilməzdi.

Adəmin bədənini yaratdıqdan sonra Allah- Taala öz xəzinəsindən olan ruhdan üfürdü. Adəm bu ruhdan cana gəlib dirildi. Sonra asqırıb dedi: "əlhəmdulillah"-yəni "həmd olsun Allaha".Allah Taala buyurdu: "yərhəmükəllah"-yəni Allah sənə rəhm edər".

Allah Taala mələklərə əmr elədi ki, Adəmə səcdə etsinlər. Onlar səcdə etdilər, lakin iblis səcdə etməkdən imtina edib dedi ki, məni oddan yaratmısan, Adəmi isə palçıqdan xəlq eləmisən. Od palçıqdan şərafətli olduğu üçün mən Adəmə səcdə etmirəm.

Qeyd edirik ki, burada Adəmə səcdə etmək, ona tabe olmaq mənasındadır. Yoxsa səcdə həmişə Allah Taalaya edilir və ondan qeyrisinə səcdə etmək caiz deyil.

İblis odu palçıqdan şərafətli hesab edərək özü də xəta qıldı, çünki od ağacdan yaranır, ağac isə özü də torpaqdan göyərib çıxır.

Adəmi yaratdıqdan sonra, Allah Taala Həvvanı yaratdı. Bu barədə müxtəlif rəvayətlər var: Bəzi rəvayətlərdə deyilir ki, Adəmin yarandığı palçığın artığından Həvva yaranmışdır. Digər xəbərlərdə deyilir ki, Adəm yuxuda ikən Cəbrail onun sol tərəfindən bir qabırğasını çıxarıb ondan Həvvanı yaratdı. Bu xəbər daha çox qüvvəlidir. Çünki Həzrət rəsul (s) qadınlar haqqında buyurub: "nə etməli, əyri sümükdən yaranıblar, düzəltmək istəsən sınarlar". Bu xəbərə qüvvə verən bir də Həvva sözünün özüdür ki, "həyy" sözündən əmələ gəlib,ərəbcə "diri" deməkdir, yəni o diridən yaranmışdır.

Adəm yaranıb cana gəldikdən sonra Allah Taala yuxunu ona müsəllət elədi. O, şirin yuxuya getdi.

Adəm yuxudan oyandıqda Həvvanı gördü və özünə oxşar bir vücud olduğu üçün ona meyl etdi. Allah Taalanın əmriylə onları cənnətə aparıb tapşırdılar ki, orada olan bütün nemətlərdən yeyib-içə bilərlər, yalnız bir ağaca "Şəcərəyi-Mənhiyyə"deyirlər, yəni "nəhy edilmiş ağac" Onun hansı ağac olması Quranda aşkar deyilmir. Xəbərlərdə mextəlif meyvələrin adı çəkilir: onlardan biri də buğdadır ki, məşhur olub.

İblis Adəmə səcdə etmədiyi üçün lənətləndiyindən, Adəmə möhkəm ədavət bəsləmişdi. O, bir hiylə ilə cənnətə daxil olub Həvvaya dedi ki, "Şəcərəyi-Mənhiyyə" meyvəsindən hər kəs yesə, cənnətdə əbədi qalar. Sizin buruda əbədi qalmağınızı istəmirlər, ona görə də bu ağacdan nəhy ediblər. Həvva Cənnətdə əbədi qalmaq arzusu ilə İblisin iğvasına inanıb o ağacın meyvəsindən yedi, Adəmə də yedirtdi.

Beləliklə, onlar Allah Taalanın fərmanından çıxmış oldular. Odur ki, onların cənnətdən qovulmasına Allah Taala tərəfindən əmr gəldi. Haman anda onların bədənində olan faxir cənnət libasları töküldü., hər ikisi üryan qaldılar Onlar ağac (əncir və ya üzüm) yarpaqlarından qırıb, ən eybli yerlərini örtərək böyük həsrət və xəcalətlə oradan çıxıb yerə endilər. Onların cənnətdə qalması, dünya saatı ilə təqribən yeddi saat olub. Belə ki, günortadan sonra oraya daxil olub, hələ günəş batmamış oradan çıxıblar. Məlum olur ki, onların olduğu cənnət dünya misalında imiş, orada günəş və ay var imiş. Əgər o məkan "cənnəti-xüld olsaydı, orada həmişəlik qalardılar, çünki o cənnətə daxil olan kəs əbədi olaraq orada qalır (xüld-əbədi deməkdir).

Allah Taala mələklərə əmr etdi ki, Adəmin əlindən tutub, onu oradan çıxarsınlar. Adəm cənnətdən çıxarkən dedi:"Ey mənim Allahım, Məhəmməd, əli, Fatimə,Həsən və Hüseyn xatirinə məni bağışla"

Allah Taaladan vəhy gəldi:"yerə en, orada sənin tövbəni qəbul edərəm".

Adəm dünyada yerə endi, ətrafa baxaraq gördü ki, İblis ondan qabaq yerə enib. O, əllərini qaldırıb dedi:"Pərvərdigara, mənim iblislə mübarizə aparmağa taqətim yoxdur, burada yenə onu mənə müsəllət etmisən?

Vəhy gəldi ki, ey Adəm, İblisi sənə müsəllət etmişəmsə də, onun müqabilində sənə başqa imkanlar və nemətlər vermişəm: Əgər bir günah etsən, sənə bir günah yazılar,bir savab iş görsən,sənə on savabdan yeddi yüzə qədər savab yazılar.

Adəm ərz elədi: Pərvərdigara, daha da artır.

Vəhy gəldi ki, ey Adəm, sənin övladlarından tövbə etsələr, onların tövbəsini qəbul edərəm.

Adəm ərz elədi: Pərvərdigara, yenə də artır.

Vəhy gəldi ki, sənin övladların hər cür günah etmiş olsalar, onların tövbəsini qəbul edərəm.

Adəm ərz elədi: Kifayətdir.

İblis dedi: Pərvərdigara, sən mənimlə Adəm arasında hayil olub mənim ona vəsvəsə etməyimə mane oldun.

Vəhy gəldi ki, ey İblis, hər bir Adəm övladı doğulduqda, onun müqabilində sənin iki övladın olar.

İblis dedi: Pərvərdigara, daha da artır.

Vəhy gəldi: sənin övladın Adəm övladına şirin arzular vədə verib onları aldadar.

İblis dedi: Kifayətdir.

Bu vaxtdan etibarən İblis və onun övladı Adəm övladına düşmən və müsəllət oldu.

Cənnətdən çıxdıqdan sonra Adəm və Həvva bir-birindən ayrılıb dünyanın müxtəlif guşələrinə düşdülər.

Bu minval ilə yüz il, bəzi rəvayətlərə görə iki yüz il keçdi.

Nəhayət, Cəbrail nazil olub, onun tövbəsinin qəbul olunduğunu xəbər verdi. Sonra Cəbrailin bələdçiliyi ilə Adəm məkkəyə yola düşdü və orada həcc qılarkən Ərafat dağında Həvvanı tapıb görüşdü. O gündən etibarən onlar birgə yaşamağa başladılar. Onların sonraki həyatı barəsində müxtəlif rəvayətlər var Bəzi xəbərlərdə deyilir ki, Həvva yetmiş dəfə, başqa xəbərlərdə isə- beş yüz dəfə hamilə olub və hər dəfədə ekiz uşaqlar-bir qız bir oğlan doğurdu. Bu minval ilə Adəm övladı yer üzündə çoxaldı.

0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

“Xəlqi-aləm səbəbi Zəhrada (s.ə) imiş” şeri
İman
Əlidir! (Şeir)
Nəfsani xəstəlikləri müalicə etmək üçün, onları tanımaq lazımdır
İmam Əlidən (ə) 14 hikmətli öyüd
Xəlvət
İLAHI RƏHMƏTIN ƏSRARƏNGİZ CİLVƏSİ
TӘHARӘT VӘ PAKİZӘLİK
BEŞİNCİ FƏSİL: İMAM MƏHDİ (Ə)-IN HÖKUMƏTİ
ŞƏRABIN TƏSİRİNƏ BİR MİSAL

 
user comment