İmam Sadiq (ə):«And olsun Allaha ki, yaxşılar nicat tapdılar. Onların kim olmasını bilirsiniz? Onlar qarışqanı da incitməyən kəslərdir.»
Mömini incitmək
Quran :
«Mömin kişiləri və qadınları etmədikləri bir işdən ötrü incidənlər, şübhəsiz ki, öz üzərlərinə böhtan və açıq-aydın bir günah götürmüşlər.»
Quran :
«Mömin kişiləri və qadınları etmədikləri bir işdən ötrü incidənlər, şübhəsiz ki, öz üzərlərinə böhtan və açıq-aydın bir günah götürmüşlər.»
Hədis:
Allahın Peyğəmbəri (s):«Mömini incidən şəxs şübhəsiz ki, məni incitmişdir.»
Allahın Peyğəmbəri (s):«Kim möminə onu qorxudan baxışlarla baxsa, Allah Öz kölgəsindən başqa bir kölgə olmayacaq gündə onu qorxudar.»
Allahın Peyğəmbəri (s):«Kim mömini kədərləndirsə və sonra dünyanı ona bağışlasa, bu işi onun günahının bağışlanmasına səbəb olmaz və bəxşişinin müqabilində ona savab verilməz.»
İmam Sadiq (ə):«Uca Allah buyurub ki, Mənim mömin bəndəmi incidən şəxs Mənə qarşı müharibə elan etsin.»
İncitməmək
Allahın Peyğəmbəri(s):«Camaatı incitmə! Çünki (başqalarını) incitməmək sənin özün üçün verdiyin sədəqədir.»
Allahın Peyğəmbəri(s):«Camaatı incitmə! Çünki (başqalarını) incitməmək sənin özün üçün verdiyin sədəqədir.»
İmam Sadiq (ə):«Kim camaatı incitməkdən əl çəksə onlardan bir əl çəkilər (onları incidənlərdən biri azalar), camaat isə çox əlləri ondan saxlayar.»
Kitab: "Mizanül-hikmə"
Yazının tərtibində tərcümə olunmuş kitabların elektron versiyasından istifadə olunub