Azəri
Friday 29th of March 2024
0
نفر 0

Nə üçün İmam Həsən (ə) İmam Hüseyn (ə) kimi qiyam etmədi?

Nə üçün, İmam Həsən (ə) Əməvi hakimiyyətinin əleyhinə qiyam etməyə malik olduğu bir zamanda qiyam etmədi və yalnız tək bir İmam qiyam etdi ki, o da İmam Hüseyn (ə) isi. O həzrətin buna dəlili nə idi?

Qısa cavab

Tarixdə baş vermiş hər bir hadisəni öz zamanına məxsus siyasi şərait və vəziyyətinə görə nəzərə almaq lazımdır.

İmam Həsən (ə)- ın hakimiyyətə gəldikdən sonra ilk işi, Müaviyənin qoşunu və hücumlarının qarşısını almaq üçün hərbi qüvvələr yaratmaq idi. Amma cəmiyyətdə olan şəraiti nəzərə alaraq, İslam aləminin bütün məsələlərini araşdıraraq və öz hakimiyyətinin qarşılığında nəzərə alaraq, bu şəraitdə müharibə etməyi düzgün görməyib, sülh etdi və bu işdən geri çəkildi.

Tarix göstərir ki, birincisi: İmam Həsən (ə)- ın qoşununda həqiqi rəhbərlik edən şəxslərin olmaması Müaviyəyə qələbə çalmağı görmürdü. İkincisi: Bu cür bir şəraitdə Müaviyəylə müharibə etmək İslam aləminin xeyrinə deyildi. Üçüncüsü: İmam Həsən (ə) müaviyəylə döyüşüb həlak olması, müsəlmanların xilafət mərəzinin məğlub olmasıyla nəticələnəcəkdi. Amma İmam Hüseyn (ə)- ın zamanı və şəraitin onunla tamamıyla fərqli idi. Çünki camaat bu vaxt Əməvi hakimiyyətinin zülmündən cana doymuşdurlar və o həzrətlə beyət etməyi istəyirdilər. Kufə şəhəri hakimiyyətin təşkil olunmasını istəyirdi, İmam Hüseyn (ə)- ın qarşısında isə Yezid idi ki, İslam hökümlərinin heç birinə riayət etmirdi. Və İmamın onunla beyət etməsi; yəni zülm, fəsad və İslamın nabud olmasını qəbul etmək idi.

Bunun üçün də İmam Həsən (ə)- ın sülh etməsi və İmam Hüseyn (ə)- ın qiyamı tarixdə həqiqi baş vermiş hadisədir və onların hər birini öz dövrünə məxsus siyasət və şəraiti nəzərə alaraq təsdiq etmək lazımdır. Belə olmayan halda bizim nəzərimizdə hər iki İmam səvh etmişdir. Bunu da qeyd etmək lazımdır ki, əgər İmam Hüseyn (ə) da İmam Əli (ə)- ın canişini olaraq İmamətə çatsaydı, qardaşı İmam Həsən (ə)- ın, gördüyü işi görərdi.

Ətreaflı cavab

İslam dininin əsası rəhmət, sülh və səfadır. İslam tarixi, Peyğəmbər (s) və məsum İmamların (ə) həyat tərzi də bu mənanı göstərir; yalnız o yerlərdə ki, Peyğəmbər (s) və yaxud məsum İmamlar (döyüşməyə) müharibəyə məcbur olurdular. Əlbəttə ki, o döyüşlər də özlərindən və İlahi dindən müdafiə etmək üçün olurdu. İmam Həsən (ə)- da xilafətə çatdığı dövürdə, Müaviyənin müxalifəti və hücumuna qarşı məruz qalmışdı və bunun üçün də qoşun hazırladı ki, müdafiə etməyə hazır olsun; amma zaman keçdikcə İmam məcbur oldu İslamdan başqa cür müdafiə etsin.[1] İmam Həsən (ə)- ın sülh etməsi və İmam Hüseynin qiyam etməsi haqqında demək olar: Bunlar tarixdə olan iki hadisədir ki, öz dövrünə məıxsus siyasət və şəraitə görə irəli gəlmişdir. Bu iki hadisənin öz zamanına məxsus olan şəraitlər qarşılığında tədqiq etmək lazımdır.

Bizim nəzərimizdə İmam Həsən (ə) və İmam Hüseyn (ə) səhv etməmişdirlər. Amma sülh və qiyamın sirri siyasi və ictimai şəraitin o həzrətlərin dövrü zamanında fərqli olması məsələsində gizlənmişdir ki, qabaqda onlardan bir neçəsinə işarə olunacaqdır:

  1. Tarixdə təyid olunmuş məsələlərdən biri də bundan ibarətdir ki, Müaviyə hiyləgər bir şəxs olmuş və aşkarda İslam hökümlərinə bir həddə rəayət etmişdir. Yezidin əksinə olaraq ki, Yezid öz hakimiyyətində atası kimi ,İslam diniylə düşmənçilik etmişdir. Bəlkə də bu düşmənçiliyini aşkar etmək üçün idi ki, İslam dininin hökümlərinə əməl etməyib ondan boyun qaçırırdı.[2] Bunun üçün də İmam Hüseyn (ə) Müaviyənin həyatda olduğu zamanda ki, İraq camaatı tərəfindən namələr yetişirdi ki, Müaviyənin əleyhinə qiyam etsinlər, bu işə əl atmadı və buyurdu: "Bu gün, qiyam günü deyil, Allah sizi öz rəhmətinə şamil etsin, o zaman ki, Müaviyə yaşayır, heç bir iş görməyin, evlərinizdə gizli qalın".[3]
  2. Xarici qüvvələrin meydana gəlməsi və fədakar və həqiqi rəhbər və köməkçilərin olmaması[4] və daxildə olan zəiflik, İmam Həsən (ə)- ın qoşununda olan güc və qüvvəni zəiflətmişdi. Bunlardan əlavə camaatın Müaviyə ilə müharibə etməsindən çəkinmələri idi ki,[5] o həzrətin Müaviyəylə sülh etməsinə səbəb oldu. O həzrət buyurur: "Gördüm insanların çoxu sülh tərəfdarıdır, döyüşdən boyun qaçırırlar, istəmədim onları istəmədiyi işlərə məcbur edim. Bunun üçün də az bir dəstə- şiələrimin canlarını amanda saxlamaq üçün, sülh etdim".[6]
  3. İmam Həsən (ə) müsəlmanların xəlifəsi məqamında idi, o həzrətin Müaviyə ilə qarşı- qarşıya gəlib və Müaviyə ordusu tərəfindən həlak olması, müsəlmanların xilafət mərkəzinin məğlub olması idi.

Ustad Mütəhhəri deyir: Bu bir məsələ idi ki, İmam Hüseyn (ə) da bu cür ölümdən çəkinirdi ki, Peyğəmbərin (s) xəlifəsi məqamında olan bir şəxs, xilafət zamanında öldürülsün.[7] Bunun üçün də İmam Hüseyn (ə) Məkkədə ölməsinə razı deyildi; çünki Məkkənin ehtiramı aradan gedirdi. Buna görə də, bu cürbir şəraitdə heç bir zaman döyüşə razı deyildi, sülh isə bir takyika idi ki, müsəlman camaatın vəziyyətini öz yoluna qoyub islam hakimiyyətinin əsasını möhkəmləşdirmək üçün. bunun üçün də bizim nəzərimiz bundan ibarətdir: Əgər İmam Hüseyn (ə) İmam Həsən (ə)-ın yerində olsaydı, həmin işi görərdi.

Bizim dəlilimiz bundan ibarətdir ki, İmam Həsən (ə)- ın sülhündən sonra bir dəstə İmam Hüseynin (ə)- ın hüzuruna yetişərək dedilər: Biz sülhü qəbul etmirik, bəs səninlə beyət edək?

Həzrət İmam Hüseyn (ə) buyurdu: "Xeyir, qardaşım Həsən (ə) hər bir işi görəsə mən də ona tabe oluram".[8]

Amma aşağıdakı dəlillərə əsasən, İmam Hüseyn (ə)- ın zamanı tamamilə əksinə olaraq İmam Həsən (ə)- ın zamanıyla fərqli idi.

  1. Birinci və ən əsas fərqlərdən biri ki, İmam Hüseyn (ə) və İmam Həsən (ə)- ın zamanında var idi və İmam Hüseynin (ə) qiyam etməsinə səbəb oldu, bu idi ki, Yezid o həzrətdən beyət etməsini istədi və İmamın Yezidə beyəti- ki, İslam əhkamına riayət etmirdi; yəni zülm və fəsadı rəsmi olaraq tanımaq və... bu da İslamın nabud olması demək idi. O halda ki, Müaviyə İmam Həsən (ə)- dan beyət etməsini istəməmişdi və sülh müqabiləsinin bir bəndi də bundan ibarət idi ki, o həzrətdən beyət istəməsin.
  2. Həmin camaat idi ki, İmam Həsən (ə)- ın zamanında Müaviyəylə mübarizə etməyə hazır deyildilər[9], amma Müaviyənin igirmi illik hakimiyyəti dövründə Əməvilərin zülmündən cana gəlmişdilər. Kufə şəhəri isə demək olar ki, İmam Hüseyn (ə) tərəfindən hakimiyyətin təşkil olması üçün lazım olan bir iş idi ki, onu həyata keçirməyə borclu idi.[10]
  3. İmam Hüseyn (ə)- ın qiyamının ən mühüm amillərindən biri də əmr be məruf və nəhy əz munkər (yaxşı işlərə əmr edib çirkin işlərdən çəkindirmək) idi.

Müaviyə igirmi il hakimiyyəti dövründə İslamın əksinə əməl etmiş, zülm və əzab edib, İslam hökümlərini dəyişdi, beytul- malda israf etdi, insanların qanını haqsız olaraq tökdü və sülh müqabiləsinə, Allahın kitabına və Peyğəmbər sünnətinə əməl etmədi. Beləliklə özündən sonra şərab içən və it baz oğlunu öz canişini olaraq tanıtdırdı.

Bütün bunlar səbəb oldu ki, İmam Hüseyn (ə) vəzifəsi olaraq qiyam edib əmr be məruf və nəhy əz munkər etsin. O halda ki, Müaviyənin bu hərəkəri, İmam Həsən (ə)- dövründə bu qədər sarsıdıcı deyildi: Mümkündür bu baxımdan deyirdilər: İmam Həsən (ə)- ın sülh etməsi İmam Hüseynin qiyam etməsi üçün macal yaratdı; yəni İmam Həsən (ə)- ın sülh naməsində olan maddələr ki, o həzrətin tərəfindən o sülh namədə qeyd olunmuşdu, hər bir hiylə yolunu Müaviyənin üzünə bağlamışdı, baxmayaraq ki, sonralar Müaviyə bu əhdnaməyə əməl etmədi. Amma bu İslam cəmiyyətində onun üçün rüsvaylıqdan başqa bir şey deyildi; bundan əlavə isə İmam Hüseynin (ə) onun oğlunun əleyhinə qiyam etməkdən xəbər verirdi. İmam Həsən (ə)- ın sülh naməsinin bəzi bəndləri bundan ibarət idi:

  1. Müaviyə Allahın kitabına və onun Peyğəmbərinin sünnətinə əməl etməlidir.
  2. Xilafət ondan sonra İmam Həsən (ə)- a çatmalı və hər hansı bir hadisə irəli gələrsə xilafət İmam Hüseyn (ə)- a dəyişilməlidir.
  3. namaz və minbərdə İmam Əli (ə) söyüş və düşmənçilik qadağan olmalıdır.
  4. Kufə beytul malından ki, beş milyon dirhəmdir, göz yummalıdır.
  5. Müsəlman və şiələr amanda olmalıdırlar.

Bu sülhnamənin əslindən istifadə olur ki, İmam Həsən (ə) bir zaman Müaviyənin xilafətini qəbul etməmişdir, bəlkə İslam və müsəlmanların xeyrini nəzərə alaraq və o zamandakı cəmiyyətin şəraitinə əsasən bu cür işə boyun qoymuşdur.

Bunun üçün də İmam Həsən (ə)- ın dövründə cəmiyyətə hakim olan şəraitə diqqət yetirdikdə İmam çarəsiz olaraq Müaviyəylə sülh etmişdir; çünki şərait fərq edir və bir- birindən ayrı idi. Buna görə də İmam Həsən (ə)- ın dövründəki şərait sülh etməyi tələb edir və İmam Hüseyn (ə)- ın dövründə isə qiyam etməyi.

Əlavə məlumat üçün, Seyri dər sireye Əimmeye əthar kitabı, ustad Mütəhhərinin əsəri, səh 51- 97- yə müraciət edə bilərsiniz.

 

[1] - Rizvani, Əli Əsgər, Pasux be Şübəhate vaqieye Aşura, səh 35.

[2] - Həmin, səh 319.

[3] - Əl- məcmə əl- aləmi liəhlil- beyt (ə). Elamul- hidayət, İmam Hüseyn (ə), səh 147.

[4] - Deyirlər: İmam (ə) qoşun üçün dörd sərkərdə təyin etdi ki, Müaviyə rüşvət vasitəsiylə onları özünə tərəf cəlb etdi. Rizvani, Əli Əsgər, Pasox be şübəhate vaqieye Aşura, səh 316.

[5] - İmam Əli (ə)- ın dövründə baş vermiş üç müharibə- Cəməl, Siffeyn və Nəhrəvan İmam Həsən (ə)- ın qoşununda bir növ yorğunluq və pis fikirlər yaratmışdı.

[6] - Əl- məcmə əl- aləmi li- əhlil – beyt (ə) Emalul- hidayət, İmam Hüseyn (ə) səh 147.

[7] - Mütəhhəri, Mürtəza, Seyri dər sireye Əimmeye əthar (ə), səh 77.

[8] - Mütəhhəri, Mürtəza, Seyri dər sireye Əimmeye əthar (ə), səh 96.

[9] - İmam Həsən (ə) son xütbələrində döyüşün davam olması üçün camaatdan nəzər istədi. Onlar hər tərəfdən fəryad edərək dedilər biz yaşamaq və qalmaq istəyirik. Bəs sülhnaməni imza et. Rizvani, Əli Əsgər, pasux be Şübəhate vaqieye Aşura, səh 316.

[10] - Mütəhhəri, Mürtəza, Seyri dər sireye əimmeye əthar (ə), səh 81.

0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article


 
user comment