Azəri
Friday 19th of April 2024
0
نفر 0

Nə üçün Qurani-kərimdə Allah-taala üçün bəzən tək, bəzən isə cəm əvəzliyindən istifadə olunur?

Nə üçün Qurani-kərimdə Allah-taala üçün bəzən tək, bəzən isə cəm əvəzliyindən istifadə olunur?

Nə üçün Allah-taala bəzi ayələrdə Özü barəsində “Biz” kəlməsindən, bəzilərində isə “Mən” kəlməsindən istifadə edir?

Qısa cavab

 Allah-taala yeganədir və hər vaxt Öz işlərindən xəbər verdiyi zaman tək halda olan əvəzlik və kəlmədən istifadə etməlidir. Buna görə də Allah Quranda Özünü çox hallarda belə təbirlə bəyan edir. Amma ərəb dilində, hətta bəzən qeyri-ərəb dilində də danışan şəxs müxtəlif səbəblər üzündən tək əvəzlik əvəzinə cəm əvəzliyindən istifadə edir. O səbəblərin bəziləri aşağıdakılardır:

  1. Öz əzəmətini dinləyiciyə xatırlatmaq;
  2. Əncam vermiş olduğu işin əzəmətini bəyan etmək;
  3. İşin əncam verilməsi üçün mövcud olan səbəblərə diqqəti yönəltmək.

Ətreaflı cavab

Sizin cavabınızda iki müqəddiməni qeyd etmək lazımdır:

Birinci müqəddimə:

Əqaid (islami kəlam – teologiya) alimləri Allah-taalanın hər bir cəhətdən yeganə olmasına dair çoxlu əqli dəlillər gətirilmişlər. Allahın yeganə olmasının mənası budur ki, müstəqil olan yalnız Odur və heç bir kəsə, heç bir şeyə ehtiyacı yoxdur. Hər bir şeyi O xəlq etmişdir, varlıqlara ruzi verir, hidayət edir, öldürür və s. Kəlam elmində bunlar Allahın xaliqqiyət (xəlq etmək), raziqiyyət (ruzi vermək), hidayət və s. işlərdəki tovhidi kimi bəyan olunur.

İkinci müqəddimə:

Yuxarıdakı sözün mənası bu deyildir ki, heç bir şəxsin və heç bir şeyin xaliqqiyyət, raziqiyyət, hidayət və bu kimi şeylərdə heç bir səbəbə ehtiyacı yoxdur; əksinə Allahın hikməti bunu tələb edir ki, xəlq etməyi, ruzi verməyi, hidayət etməyi, hətta Özünün işlərinin əksəriyyətini də səbəblər vasitəsi ilə icra mərhələsinə qoysun.[1]

Misal üçün, Allah-taala xəstələrə birbaşa və heç bir vasitə olmadan şəfa verə, acıları doyuzdura, azğınları hidayət edə bilər, lakin Öz hikmətinin əsasında belə bəyənmişdir ki, hər bir iş üçün özünün xüsusi səbəbini qərar versin, hər bir işi həmin məcradan əncam versin. Deməli, acları Özünün yaratdığı çörəyin vasitəsi ilə doyuzdurur, xəstələrə Özünün yaratdığı dava-dərman, eləcə də Özünün xəlq və tərbiyə etdiyi təbibin vasitəsi ilə şəfa verir. Əlbəttə çörək, təbib, dava-dərman və bütün səbəb və vasitələr məhz Onun izni və iradəsi ilə təsir qoyur, özünün xüsusi nəticəsini göstərir. Dava-dərman, təbib, çörək, su və s. öz vücudlarını daim Allahdan alırlar və Onun istək və iradəsi ilə belə bir təsirlərə malikdirlər. Deməli, belə təsirlərin tövhid və Allahın yeganəli ilə heç bir ziddiyyəti yoxdur, onlar müxtəlif cəhətlərdə Allahın şərikləri deyildirlər, əksinə elə məxluqatdırlar ki, hər bir şeylərində, o cümlədən malik olduğu təsirlərdə Allaha ehtiyaclıdırlar. İndi yuxarıda qeyd olunan mətləblərə əsasən, sizin cavabınızı veririk:

Allah-taala yeganədir və hər vaxt Öz işindən xəbər vermək istədikdə tək halda olan kəlmə və əvəzlikdən istifadə etməlidir.[2] Buna görə də Quranda dəfələrlə Özündən belə təbir etmişdir.[3] Amma ərəb dilində və bəzən qeyri-ərəb dillərində danışan şəxs müxtəlif səbəblər üzündən bəzi hallarda “mən bu işi gördüm” demək əvəzinə “biz bu işi gördük” deyə təbir edir. Aşağıda həmin dəlillərdən bəzilərini qeyd edirik:

  1. Qurani-Kərim insanlar arasında ən yaxşı ünsiyyət vasitəsi olan danışıq dilini seçmişdir. Camaat da öz danışıq dillərində bəzən “filan kəs comərd kişidir (adamdır)” deyirlər, halbuki ümumiyyətlə mümkündür ki, o, kişi deyil, qadın olsun. Qurani-Kərimdə də “əntumul-fuqərau iləllah – siz kişilər Allaha ehtiyaclısınız” – deyə kişi cinsindən olan əvəzlik gətirilir, halbuki xitab ümumidir: həm qadına, həm də kişilərə şamildir. Hər bir ağıllı insan başa düşür ki, “siz” dedikdə təkcə kişilər yox, bütün insanlar nəzərdə tutulur. Tək və cəm əvəzliyi hallarında da dəfələrlə fərdlər tək əvəzlik əvəzinə cəm əvəzlikdən istifadə edirlər. Misal üçün, “biz gəldik, amma siz burda deyildiniz” deyilir ki, həm “biz”, həm də “siz” cəm şəkildə gətirildiyi halda deyənin və eşidənin məqsədi tək halda olan şəxsdir. Amma təzim, ehtiram etmək, şəxsiyyətlə yad etmək üçün cəm əvəzliyindən istifadə olunur. Allah-taala barəsində də bəzən şərəfləndirmək və onu təzim etmək məqamında “nəhnu” – Biz əvəzliyindən istifadə olunur.[4]

Hər bir halda danışan şəxs özünün əzəmətini dinləyiciyə xatırlatmaq üçün “mən” kəlməsinin əvəzinə əzəmət və böyüklüyə dəlalət edən “biz” kəlməsindən istifadə edir.

Qurandan misal: “Fəth” surəsinin 5-ci ayəsində deyilir: “Həqiqətən Biz sənin üçün aşkar bir fəth verdik.” Bəzi təfsirçilər demişlər ki, burada Allah-taala Özünün əzəmətinə işarə etmək üçün “Biz Məkkə şəhərini fəth etdik” – deyə buyurmuşdur.

Amma bu ayədə nə üçün “biz” kəlməsindən istifadə olunmasına gəldikdə isə, səbəbi budur ki, əzəmətə işarə edilən “biz” kəlməsi “fəth etmək” kəlməsi ilə daha münasibdir. Bu incə məsələ “Biz səni şahid olaraq göndərdik” ayəsində də qüvvədədir.[5]

  1. Bəzən də danışan şəxs əncam verdiyi işin əzəmətini göstərmək üçün “mən bu işi gördüm” demək əvəzinə “biz bu işi gördük” deyir. Quranda bunun misalı: “Həqiqətən Biz onu (Quranı) Qədr gecəsində nazil etdik” və ya “Həqiqətən Biz sənə Kövsər əta etdik”. Bunlar da Quranın və Kövsərin əzəmətinə dəlalət edir.
  2. Bəzən Allah-tala hər hansı bir işin əncam verilməsi üçün istifadə etdiyi səbəbləri bizə anlatmaq üçün “Biz” kəlməsindən istifadə eərək “Biz əncam verdik” – deyə buyurur. “Əl-mizan” kitabında “Rəd” surəsinin 4-cü ayəsində təfsirində belə oxuyuruq:

“Biz bəzilərini digərlərindən üstün etdik” – ayəsindəki “Biz” təbiri buna işarədir ki, bu məsələdə Allah-taaladan başqa Onun əmri ilə əməl edən sair ilahi səbəblər də işlədilmişdir və hər şeyin axırı Allah-taalaya çatır.[6]

Həmçinin "Təfsiri-nümunə"də “Yunis” surəsinin 61-ci ayəsinin izahında belə deyilir:

“Allah-taalanın pak-pakizə, hər bir cəhətdən yeganə və misilsiz olduğunu nəzərə almaqla Onun barəsində cəm əvəzliyindən istifadə edilməsi Onun məqamının əzəmətinə işarədir. Həm də bunu çatdırır ki, ilahi məmurlar həmişə Onun əmri və fərmanı qarşısında mütidirlər, əmrinə itaətdə hazırdır. Həqiqətdə söz təkcə Ondan deyil, O və Onun ixtiyarında, Ona müti olan şəxslərdən gedir.”[7]

Qeyd

Bir ayədə hər üç hikmətin bir yerə toplanması, yəni cəm surətdə gələrək həm failin əzəmətini, həm işin əzəmət və böyüklüyünü, həm də səbəblərə diqqət yetirmiş olması mümkündür. Misal üçün, “Həqiqətən, Biz onu Qədr gecəsində nazil etdik” ayəsində qeyd etdiyimiz hikmətlərin hər üçü bir yerə toplanmışdır.

 

[1] أَبَى اللَّهُ أَنْ یُجْرِیَ الْأَشْیَاءَ إِلَّا بِأَسْبَاب" “Allah işləri yalnız səbəblər ilə icra edir.” “Kafi”, 1-ci cild, səh. 183, “mərifətul-imam vər-rədu iləyh” babı

[2] Belə olan halda “nə üçün Allah-taala bəzi hallarda tək əvəzliklərdən istifadə edir?! deyə suala əsas yoxdur. Yalnız bu sual qalır ki, “nə üçün Allah-taala həmişə tək əvəzlikdən istifadə etməmişdir?” Bu suala da bəhsin davamında cavab veriləcəkdir.

[3] Məsələn “Ğafir” surəsi, ayə:   60 və s.

[4] Əlavə məlumat üçün bax: Məkarim, Nasir, “Sual və cavab”, 3-cü cild, səh. 256

[5] “Əl-mizan”ın farsca tərcüməsi, 18-ci cild, səh. 385

[6] “Əl-mizan”ın farsca tərcüməsi, 11-i cild, səh. 401

[7] "Təfsiri-nümunə", 6-cı cild, səh. 358, Həmçinin: “Quran maarifi”, Misbah Yəzdi, səh. 106-114

0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

Qurani- kərimdə müsəlman hansı mənanı daşıyır?
"İnfitar" surəsi
Nəfsdən xilas olaq!
"Bələd" surəsi
"Nəhl" surəsi
"Təkasur" surəsi
Ələq" surəsi
"İsra" surəsi
Mücadilə" surəsi
"İnşiqaq" surəsi

 
user comment