Azəri
Monday 30th of December 2024
0
نفر 0

Təthir ayəsi Quranın hansı surəsindədir?

Təthir ayəsi Quranın hansı surəsindədir?

Təthir ayəsi hansı surədədir?

Qısa cavab

Məruf təthir ayəsi, Əhzab surəsinin 33- cü ayəsidir. Bu ayədə Allah- Taala öz iradəsiylə əhli- beyt adlı bir dəstəni hər tərəfli pak olmasını açıqlamışdır.

Bu ayə bir çox ayələrdən biridir ki, bir sıra rəvayətlər- yetmiş rəvayətdən çox- onun nazil olması məqamında sünnü və şiələrdən bizə çatmışdır.

Bu rəvayətlərin çoxluğu və dəlaləti o qədərdir ki, onun haqqında heç bir şək və şübhəyə xüsusiylə də ayədə məqsəd Əhli- beytin olması, yalnız Peyğəmbər (s) Fatimə, Əli, Həsən, və Hüseyn (ə) omasında, macal qoynur. Baxmayaraq ki, təthir ayəsi, Peyğəmbərin qadınlarına aid olan ayələrin arasında qərar tutmuşdur amma o cür ki, rəvayətlərdən və bəzi əlamətlərdən məlum olur, ayə və onun hökmü onlara aid deyildir.

Quranda ayələrin bu cür tərtib və düzülməsi ilkin düzülməsinə bağlıdır. O cür ki, Maidə surəsinin 3- cü ayəsi bəzi dəlillərə əsasən ki, təfsir alimləri ona işarə etmişdirlər, bu cür olmuşdur.

Ətreaflı cavab

Quranın bəzi ayələri bəzi xüsusiyyətlərinə görə özünə məxsus ad və ləqəb daşıyırlar. O cümlədən mübarək Təthir ayəsidir. Bu ayə Əhzab surəsinin 33- cü ayəsidir. Və onun məruf olmasının illəti isə budur ki, bu ayədə Allah Taala iradə etmişdir Əhli- beytin pak və mütəhhər olmasını bildirir. Bu ayənin nazil olması barəsində şiə və sünnilərdən çoxlu rəvayətlər vardır. Ümmü Sələmə, Peyğəmbərin (s) həyat yoldaşı deyir: Bu ayə mənim evimdə nazil oldu və o gün mənim evimdə Fatimə Əli Həsən və Hüseyn (ə) var idi ki, Peyğəmbər (s) onları öz əbasının altına alaraq dedi: Ey mənim Rəbbim! Bunlar mənim Əhli beytimdir, bəs çirkinlikləri onlardan uzaq et və onları pak qərar ver. [1]

Qısa olaraq söz açaq:

  1. Ərəb kəlmələrində sözləri açıqlamağa nəzər saldıqda, bu ayədə iki həsr və ixtisar işlədilmişdir. Birincisi Allahın iradəsi həsr olunmuşdur ki, çirkinlikləri onlardan kənar saxlasın və ikincisi isə məsum olmaq ki, onlara ixtisas verilib bütün pisliklərin Əhli- beytdən (ə) uzaq olmasıdır. [2]
  2. Bu ayədə Allahın iradəsindən məqsəd Allahın təkvini iradəsidir ki, Əhli- beytin (ə) təthir və pak olmasına ixtisas verilmişdir, çünki Allahın (təşri) şəriətdəki iradə və istəyi bütün insanların pak olmasına ixtisas verilmişdir və heç bir kəsə də yəklik də məxsus deyildir. Peyğəmbərin göndərilməsi və səmavi kitabın nazil olması, bəşərin təlim tərbiyə olunmasından məqsəd və dəlil Allahın ümumi (təsiri) şəriət iradəsidir.
  3. Amma bu ayədə Əhli- beytdən məqsəd kimlərdir? Dedikdə, bəziləri buna israrlıdırlar ki, ayədə Əhli- beytdən məqsəd Peyğəmbərin ailələridir və heç bir mənası yoxdur ki, bu arada bir ayə də onlara məxsus olsun? Bir çox şiə və sünnü təfsir alimləri buna cavab vermişdirlər ki, ətraflı olaraq təfsir kitablarında açıqlanmışdır.

Amma qısa olaraq bunun cavabında demək lazımdır:

Birincisi : qeyd olunan ayədə gələn şəxs şəkilçisi ( عنکم ) kişi haqda olduğunu bildirir, amma Peyğəmbərin həyat yoldaşları qadındır və doğru deyil kişi üçün işlədilən " عنکم " şəkilçisi, qadın üçün istifadə olunan " عنکن " şəkilçisinin yerində istifadə etsin. Bəs demək lazımdır kişiyə məxsus olan şəkilçi o dəstə barəsində işlədilmişdir ki, orada kişi cinsi üstünlük təşkil etmişdir (və ya o dəstənin hamısının kim olması) zamanı o zəmirdə kişi cinsinə məxsus şəkilçiylə işlədilir.

İkincisi: Quranda ayə və kəlmələrin düzülməsi və tərtib verilməsi ilk vaxtlarından bu cür olmuşdur. Misal üçün Maidə surəsinin 3- cü ayəsinin son hissələri o ayələrin ortasında qərar verilmişdir ki, onu yemək haramdır, o halda ki, dinin kamil olmasından və kafirlərin İlahi dindən naümid olmasından xəbər verir.

Təbərsi deyir bu Quranda yalnız bir yerdə deyil bəlkə Quranda bir çox ayələr bir- birinin kənarında qərar verilmişdir ki, müxtəlif mövzularda söz açmışdırlar; Quranda bu cür şəraitlər çoxdur. Beləliklə ərəb fəsihlərində və onların şerlərində də bu cür nümunələr çoxdur ki, onları müşahidə edirik. [3]

Başqa bir tərəfdən bu ayə barəsində olan yetmiş rəvayət arasından Əhli- sünnət (Ümmü Sələmə, Ayişə, Əbu Səid Xidri, ibni Abbas, Suban, vailə ibni Əsqə, Abdullah ibni Cəfər, li (ə) Həsən ibni Əli (ə) vasitəsiylə və şiə isə (Əli (ə), imam Səcad (ə), imam Baqir (ə), İmam Sadiq (ə), imam Rza (ə), Ümmü Sələmə, Əbuzər, Əbu- leyli. Əbul Əsvədduli, Əmr ibni Meymun Udi, və Səd ibni əbu Vəqqas) vasitəsiylə rəvayət olunmuşdur. Bir rəvayət belə yoxdur ki, desin bu ayə Peyğəmbərin (s) ailələrinə məxsus ayənin ardınca nazil olmuşdur və heç bir təfsir alimi də bu sözə qail deyildir.

Bundan əlavə o şəxslər ki, o cümlədən Ürvə və Əkrəmə bu ayənin Peyğəmbərin qadınlarına məxsus olduğunu bildirirlər, bunu qəbul etmirlər ki, bu ayə Peyğəmbərin (s) ailələrinə məxsus ayələrin aradınca nazil olmuşdur. [4]

Bir çox rəvayətlər ki, hekayət olmuşdur, Əhli- beytdən məqsəd olunduğu daha gözəl anlaşılır. Hakim Nişaburi (sünni hədis alimlərinin imamı) Səhiheyn kitabının şərhində ki, Abdullah ibni Cəfər yazmışdır, ayənin nazil olmasının səbəbinə işarə etdikdən sonra deyir bu hədisin sənədi səhih və doğrudur. Müslim Səhihdə, Bihəqi Sünəni Kubrada, Təbəri, ibn Kəsir və Suyuti öz təfsirlərində, Termizi Səhihdə, Təhavi Muşkulul- asarda Heysəmi Məcməul- Zəvaiddə, Əhməd ibni Hənbəl Musnəddə, bütün bunlar ayənin nazil olunmasının səbəbini müxtəlif şəxslər tərəfindən o cümlədən Ümmü Sələmə, Vasilə, Ömər ibni Əbu Sələmə, Ayişə vasitəsiylə rəvayət edirlər ki, Peyğəmbər (s) Əhli beyti müəyyən etçiş və Fatimə, Əli Həsən və Hüseyn (ə)- ı özüylə birlikdə əbasının altında qərar verdi. [5]

O cümlədən Termizi Səhih kitabında həzrət Fatimənin (s) fəzilətləri bölümündə Suyuti təfsirində Əbu Səid Xidridən və Təhavinin muşkilul asar kitabında da bu cür gəlmişdir. Ümmü Sələmə, əhli beyt Peyğəmbərin əbasının altına daxil olduqdan sonra Peyğəmbərə (s) deyir: Aya mən də onlarlayam? Həzrət buyurdu: Sənin öz məqamın vardır sən xeyirdəsən (yəni sən əbanın (kisanın) altına daxil olma!).

Üçüncüsü: bunu nəzərə alaraq ki, ayədə ki, " رجس " rics kəlməsində əlif və lam vardır və bu da (rics pisliyin cinsini bildirir. Mənası budur ki, Allah istəyir bütün pislikləri və çirkin həyatı onlardan uzaq etsin və bu cür pislikləri uzaq etmək Allahın ismətiylə bir araya gəlir. [6] Bu zaman heç bir şəxs Peyğəmbərin (s) qadınları barəsində bu iddianı etməmişdir ki, onlar məsumdurlar. Yəni əgər onlar hər günah və səhvdən məsum deyildirlər və bunun üçün də bu ayənin imamların məsum olmasına olan bir dəlil kimi nəzərdə tutmuşdurlar. [7]

Bunun üçün də bu ayədə Əhli- beytdən məqsəd yalnız beş nəfər (kəsa) əba hesab olunur və ayənin hökmü də yalnız onlara məxsusdur.

Əlavə məlumat üçün: bax sual 14885.(   14656) göstərici: Əhli- beyt (ə).

 

[1]   - Əl- mizan təfsirinin tərcüməsi, cild 16, səh 475.

[2]   - Həmin, səh 462.

[3]   - Təbərsi, Məcməul- bəyan, cild 7, səh 560.

[4]   - Həmin, səh 466.

[5]   - Əllamə Seyyid Murtəza Əsgəri, ayeye Təthir dər Kutube du məktəb səh, 12- 20.

[6]   - Əl- mizan təfsirinin tərcüməsi, cild 16, səh 467.

[7]   - Həmin.

0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

Əbu-Ləhəb" surəsi
Nun" və ya "Qələm" surəsi
ƏN-NƏML ‏ SURƏSI
Huməzə" surəsi
"İbrahim" surəsi
"Rəd" surəsi
"Nuh" surəsi
"Ənbiya" surəsi
Quran nəzərindən seçilmiş xalqın xüsusiyyətləri nədir?
Zuxruf" surəsi

 
user comment