2-MüsəlmanlarIn istilahInda iCtihad
Ğəzzali ictihad kəlməsinin tə`rifi barəsində deyir:
هُوَ عِبَارَةٌ عَنْ بَذْلِ الْمَجْهُودِ وَاسْتِفْرَاغُ الْوُسْعِ فِي فِعْلٍ مِنَ الْاَفْعَالِ وَلاَ يُسْتَعْمَلُ اِلاَّ فِي مَا فِيهِ كُلْفَةٌ وَجهْدٌ لكِنْ صَارَ اللَّفْظُ فِي عُرْفِ الْعُلَمَاءِ مَخْصُوصًا بِبَذْلِ الْمُجْتَهِدِ وُسْعَهُ فِي طَلَبِ الْعِلْمِ بِاَحْكَامِ الشَّرِيعَةِ
"Ictihad hər hansı bir iş barəsində çalışmaq və qüvvə sərf etməkdən ibarətdir və bu, üzücü və ağır işlərdən başqa yerlərdə işlənməz... Lakin bu kəlmə alimlərin istilahında şəriət hökmlərinə elm tapmaq yolunda çalışmaq və sə`y etmək mə`nasına məxsus edilmişdir."[1]
Dehləvi deyir:
حَقِيقَةُ الْاِجْتِهَادِ اِسْتِفْرَاغُ الْجهْدِ فِي اِدْرِاكِ الْاَحْكَامِ الشَّرْعِيَّةِ مِنْ اَدِلَّتِهَا التَّفْصِيلِيَّةِ الرَّاجِعَةِ كُلِّيَّاتِهَا اِلَى اَرْبَعَةِ اَقْسَامٍK اَلْكِتَابِ وِالسُّنَّةِ وَالْاِجْمَاعِ وَالْقِيَاسِ
"Ictihadın həqiqəti şər`i hökmlərin təfsili dəlillərdən dərk olunmasında çalışmaq və qüvvə sərf etməkdən – yə`ni Allahın Kitabı, Peyğəmbərin sünnəsi, icma və qiyasdan ibarətdir."[2]
Məhəmməd Əmin də «Təysirüt-təhrir» kitabında əhkamın dəlillərini belə təqdim etmişdir[3].
Bu, xüləfa məktəbində ictihad kəlməsinin istilahi mə`nası idi ki, 5-ci hicri əsrindən sonra Əhli-beyt ¢ məktəbi alimlərinin yanında da geniş şəkildə yayılmağa başlamışdır. Belə ki, Əllamə Hilli «Məbadil-üsul» kitabının 12-ci fəslində ictihad kəlməsinin tə`rifində deyir: "Ictihad – zənni əşr`i məsələlərdə o qədər fikri qüvvə sərf etməkdən və çalışmaqdan ibarətdir ki, ondan artıq miqdarda müyəssər olmasın, onun Peyğəmbərə nisbət verilməsi də səhih deyildir. Çünki mütəal Allah «Nəcm» surəsinin 4-cü ayəsində buyurur: "O, həvayi nəfs üzündən danışmır." Ictihad da zənn və gümandan artıq bir fayda vermədiyindən və o həzrət də həmişə vəhyi əxz etməyə qadir olduğundan, hökmlərin çoxunda vəhyin gəlişini gözləyirdi. Əgər onun üçün ictihad etmək caiz olsaydı, ona doğru gedərdi. Əgər o həzrət üçün caiz olsaydı, Cəbrail üçün də caiz olardı. Belə olan təqdirdə də «həzrət Məhəmməd¡-in şəriəti Allah tərəfindəndir» - deyilməsinə əmin olmaq üçün bütün qapılar bağlanardı. Çünki ictihad bə`zən xata, bə`zən düzgün olur, o həzrətin buna təslim olması da caiz deyildir. Çünki onun sözlərinə olan e`timadı aradan aparır.
Həmçinin bizim nəzərimizə görə Imamlardan heç biri üçün ictihad etmək caiz deyildir. Çünki onlar mə`sumdurlar, hökmləri yalnız Peyğəmbər¡dən öyrənmişlər. Lakin alimlər üçün caizdir ki, öz ictihadları ilə hökmləri Qur`an və sünnədə mövcud olan ümumi göstərişlərdən çıxarsınlar, bir-biri ilə ziddiyyətdə olan dəlillər arasından hər hansı birinə üstünlük verərək şəriət hökmünü əldə etsinlər. Amma hökmlərin qiyas və istihsan əsasında əxz edilməsi caiz deyildir.»[4]
Diqqət yetirilməlidir ki, Əhli-beyt ¢ məktəbinin alimləri ictihad və müctehid kimi istilahlardan istifadə etməklə yanaşı, fiqh və fəqih istilahlarını da boşlamamış, əksinə, hər iki istilahı birlikdə işlətmişlər. Belə ki, «Məalim» kitabının müəllifi kitabının əvvəlində yazır: «Əl-fiqhu fil-lüğəti əl-fəhmu» – fiqh lüğətdə başa düşmək mə`nasındadır, istilahda isə fər`i şəriət hökmlərinə onun təfsili dəlilləri vasitəsi ilə elm tapmaqdan ibarətdir. O bundan sonra ictihadın tə`rifi üçün digər bir bölmə açaraq deyir: «Lüğətdə ictihad – cəhd etmək, müqavimət göstərmək mə`nasınadır... Amma istilahda fəqihin şər`i hökmə zənn tapmaq üçün çalışması və qüvvə sərf etməsinə deyilir.»[5]
Yuxarıda qeyd olunanlardan əlavə, bu iki məktəb şər`i hökmlərin dəlillərinin bə`zilərində də nəzər ixtilafına malikdirlər ki, tezliklə onları bəyan edəcəyik.
Yuxarıda qeyd olunan beş istilahı bəyan etdikdən sonra mütəal Allahın köməyi ilə hər iki məktəbin bu istilahlar barəsindəki nəzəriyyələrini araşdıracağıq.
[1] «Əl-müstəsfa fi üsulil-fiqh», Misir çapı, 1356-cı il, 3-cü cild, səh.101; Əbu Hamid Məhəmməd Ğəzzalinin tərcümeyi-halı (h.q 505-ci ildə vəfat edib) «Kəşfuz-zunun», 2-ci cild, səh.1673-də qeyd olunmuşdur. Həmçinin Amədinin «Əl-əhkam» kitabı, 4-cü cild, səh.141.
[2] «Dairətül-məarif», Fərid Məcdi, 3-cü cild, səh.236 Əhməd ibni Əbdür-Rəhim Dehləvi Faruqi Hənəfinin «Əl-insafu fi bəyani səbəbil-ixtilaf» risaləsindən nəqlən (1176, yaxud 1179-cu ildə vəfat edib). Onun tərcümeyi-halı Zərkəlinin «Əl-ə`lam» kitabının 1-ci cildinin 144-cü səhifəsində gəlmişdir.
[3] Bu kitabın əsli Ibni Həmmam Hənəfi adı ilə məşhur olan Əllamə Kəmalüdin Məhəmməd ibni Əbdül-Vahidin yazdığı «Ət-təhrirü fi üsulil-fiqh» kitabıdır (861-ci ildə vəfat edib) ki, onun fəzilətli şagirdi Məhəmməd ibni Məhəmməd ibni Əmir Hənəfi (879-cu ildə vəfat edib) onu şərh etmişdir. Mühəqqiq Məhəmməd Əmin (Buxara padşahı Əmir adı ilə məşhurdur) Məkkədə yaşadığı halda şərh etmiş və onu «Təysirüt-təhrir» adlandırmışdır. Biz onun Misir çapından (1351-ci ildəki çap) 1-ci cild, səh.171-dən nəql etdik. Onların tərcümeyi-halı «Kəşfuz-zunun», 1-ci cild, səh.358-də mövcuddur.
[4] «Məbadil-üsul ila elmul-üsul», səh.240-241.
[5] «Məalimüd-din».