Azəri
Wednesday 15th of January 2025
0
نفر 0

Azərbaycanı yalnız Tehran İŞİD təhlükəsindən qoruya bilər

Azərbaycanı yalnız Tehran İŞİD təhlükəsindən qoruya bilər

verdiyi xəbərə əsasən,Təhlükəsizlik məsələləri üzrə ekspertlərin fikrincə, Azərbaycan Respublikasını İŞİD təhlükəsindən qorumanın ən əsaslı yolu, İran İslam Respublikası ilə əməkdaşlıqdır.

Son günlərdə Azərbaycan Respublikasında daha çox müzakirə olunan İŞİD təhlükəsi ilə bağlı təhlükəsizlik məsələləri üzrə ekspert Fərzad Əfzəli-Təbrizi bildirib : "İŞİD və digər terror təşkilatlarını Suriya, İraq və

Livan ölkələrində cilovlamaq yalnız İranın köməyi ilə baş tutub. İraqda İranın köməyi olmasaydı, İŞİD terrorçuları Samirə və Bağdad şəhərlərini ələ keçirəcəkdirlər. Ancaq İranın İslam İnqılabı Keşikçiləri Korpusunun Qüds Qüvvələrinin Baş Komandanı Hacı Qasim Süleymaninin şəxsən İraqa getməsi və İŞİD qarşısında müdafiəyə rəhbərlik etməsi hər nəyi dəyişdirdi. Əmirli şəhərində 70 gün ərzində İŞİD-in mühasirəsində qalmış şiələri də Hacı Qasim

Süleymaninin müdafiə metodları əsasında azad etmək mümkün oldu. Artıq İŞİD İraqda önlənmiş hesab olunur. Ona görə də yenə Suriyaya üz tutub və bu bəhanə ilə ABŞ Suriyanı dağıdır. İŞİD və ona oxşar terrorçu vəhhabi qrupları ABŞ-ın yaratdığı alətlərdir və onlardan hər bir ölkəyə qarşı istifadə olunur. İrana qarşı da Rigi qrupu kimi bir neçə vəhhabi terror qruplaşmasını ABŞ, İngiltərə və sionist rejim yaradıb. Ancaq İranın Sepah təşkilatı Rigini təyyarədə uçan halda yaxalayıb, həbs və sonra da edam etməyə müvəffəq oldu və onun terrorçularını da kifayət qədər zərərsizləşdirib. İndi bu təcrübələri nəzərə alanda yəqin ki, Azərbaycan Respublikası yalnız İran ilə əməkdaşlıqda özünü İŞİD kimi terror qruplaşmalarından qoruya bilər. Çünki Türkiyənin özü indi İŞİD ilə əməkdaşlıqdadır və nəinki Azərbaycanı, hətta özünü belə İŞİD qarşısında qoruya bilmir".

Qeyd edək ki, son günlərdə Azərbaycana qarşı İŞİD təhlükəsi barədə müzakirələrin davamında Bakı mediası 26 İŞİD-çinin MTN tərəfindən həbs olunduğunu bildirib.

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır

 


source : www.abna.ir
0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

İŞİD terror təşkilatının təsisçisi olan H. Klinton Məsciddə yıxılaraq ...
Azərbaycanı yalnız Tehran İŞİD təhlükəsindən qoruya bilər
İMAMLARDAN ŞƏFAƏT İSTƏMƏK
Təhlükədə olan TALIŞ milli kimliyi
Siffeyn döyüşündə Müaviyənin qoşunu o böyük şəxsiyyətin səhabələrindən ...
Nigeriya Şiələri Şeyx Zəkzəkiyə dəstək aksiyalarını davam etdirir
İlham Azərbaycanda araq və siqaret satışı üçün lisenziyalar ləğv etdi- ...
Almaniyanın Botrop şəhərində Aşura mərasimi
İmam Xamenei: “Münaqişə yaratmaq məqsədilə fəaliyyət göstərən hər bir ...
ALLAH YOLUNA YARDIM SAYƏSİNDƏ QEYBİ KÖMƏKLƏR

 
user comment