Azəri
Thursday 18th of July 2024
0
نفر 0

İmam Xamenei: “Münaqişə yaratmaq məqsədilə fəaliyyət göstərən hər bir qırtlaq düşmənin səsicaldıcısıdır”

Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, 32-ci Beynəlxalq Quran Müsabiqələri iştirakçıları Ümümdünya Müsəlmanlarının Ali Lideri İmam Xamenei cənabları ilə görüşüblər.
İmam Xamenei: “Münaqişə yaratmaq məqsədilə fəaliyyət göstərən hər bir qırtlaq düşmənin səsicaldıcısıdır”

Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, 32-ci Beynəlxalq Quran Müsabiqələri iştirakçıları Ümümdünya Müsəlmanlarının Ali Lideri İmam Xamenei cənabları ilə görüşüblər.

İmam Xomeyni (rizvanullahi təala əleyh) adına Hüseyniyyədə keçirilən səmimi görüşdə İmam Xamenei cənablarının bir başa iştirakı ilə, Tehran 2015 Beynəlxalq Qurani Kərim Müsabiqələrinin iştirakçıları Quran Məclisi təşkil verərək Qurani Kərimin nurani kəlamlarını tilavət ediblər.

Ayətullah Seyyid Əli Xamenei cənabları Qurani Kərimin Müsəlmanların fərdi, ictimai həyatlarında birbaşa rol oynamasının zəruriliyinə vurğulayaraq bildirib: “Müsəlmanlar həyat tərzlərində belə bir məqama çatmalrı üçün iki əsas ünsürə ehtiyaclıdırlar: Bəsirətli və İradəli olmağa. Habelə İslam Dünyasının bu günkü çətinliklər və problemlər qarşısında zəfər çalmaları Qurani Kərimin buyuruqları qarşısında təslim olmaqlarında və düşmənin zorla beyinlərə yeritdiyi “müasir cahiliyyət” qarşısında dik durub, bu cahiliyyətin zorbalığına qarşı mübarizə etməkdədir.”

İslam İnqilabının Rəhbəri daha sonra deyib: “Əgər Qurani Kərimin hədəflərinə tərəf bir addım atılarsa Allah Təala bir neçə bərabər insana güc verər. Bu iş artıq İran xalqı tərəfindən təcrübə olunub. Belə ki, İran xalqı hegemon qüdrətlərin zorbalıqları qarşısında dayanaraq müqavimət göstərməklə çoxlu bacarıqlar əldə edərək həyata və gələcəyə olan ümüdləri daha da artdı.”

İmam Xamenei həzrətiləri İran xalqının düşmənlər qarşısında dayanaraq mübarizə etmək təcrübəsini İslam Dünyasının çətinliklərdən qurtarmaq üçün əlverişli bir resçept olduğuna vurğulayaraq bildirib: “İslam Ümməti arasında ikitirəlik və ayrıseçkilik siyasəti salmaq bu gün İslam düşmənlərinin əsas məqsədidir. Buna görə də, hamı muğayat olmalıdır ki, Allah eləməmiş sabah düşmənin səsucaldıcısına çevrilib Müsəlmanlar arasında ayrıseçkilik siyasətini yürütməsinlər.”

Ümümdünya Müsəlmanlarının Ali Lideri daha sonra münaqişə yaratmaq zəminində fəaliyyət göstərən hər bir qırtlaqı düşmənin səsucaldıcısı adlandıraraq bildirib: “Şiə və Sünni, Ərəb və qeyri Ərəb, milli və irqi ayrıseçkilik siyasətlərini yürüdüb İslam Dünyası daxilində ixtilaf alovunu yaratmaq bu gün İslam düşmənlərinin əsas məkirli planlarındandır. Buna görə də mütləq bu iyrənc planın qarşısında bəsirətli olub və möhkəm iradə ilə dayanıb müqavimət göstərməliyik.”

Ayətullah Seyyid Əli Xamenei daha sonra bəsirətli olub dostu düşməndən düzgün ayıra bilməyin olduqca əhəmiyyətli bir iş olduğuna təkid edərək buyurub: “Əzm və iradə hər zaman bəsirətlə yanbayan qalarsa, çətinliklər, təzyiqlər, zorbalıqlar və düşmənin məkirli planları qarşısında müqavimət göstərmək insan üçün ən asan bir iş çevrilir. Və bu həmin o vəd verilmiş İlahi nüsrət və yardımdır.”

Həzrət Ayətullah Xamenei daha sonra alimlərin, ziyalıların, yazarların, tələbələrin, elm ardıcıllarınıın, Qurani Kərim Hafizlərinin və Qarilərinin əsas vəzifələrini ikiqat zəhmətlə günbəgün İslami Oyanışı təbliğ etmələri olduğunu vurğulayaraq bildirib: “Gərək xalqı Qurani Kərimin hidayət etdiyi yola ümüdvar edək...”


source : abna
0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

Misir Ordusu 241 terroristi öldürüb
Fəllucə şəhərin mərkəzi İŞİD-dən azad edildi
Oman Sultanlığı azanda “Əliyyən Vəliyyullah” (ə) kəlməsinin deyilməsini ...
İmаm Rİzа әlеyhİssәlаmın hәyаtı bаrәdә qısа mә’lumаt
İİR kanal 1-in verdiyi bəyanatda Ramazan Ayının hilalı görünüb
Rusiyadan İŞİD-lə bağlı sərt qərar
Hacı İlqar İbrahimoğlu aşurafoblardan yazdı.
Həzrət Əbülfəzlil Əbbasın hərəmində azyaşlı uşaqlara Quran Dərsləri ...
Səudiyyə döyüş təyyarələri Səna Beynəlxalq Aeroportunu növbəti dəfə ...
“İŞİD” Liviyanın neft yataqlarına hücum edib

 
user comment