Azəri
Thursday 18th of July 2024
0
نفر 0

PEYĞƏMBƏR ¡-IN ONA HƏDIYYƏ ETDIYI ŞEYLƏR BARƏSINDƏ

1-PEYĞƏMBƏR ¡-IN ONA HƏDIYYƏ ETDIYI ŞEYLƏR BARƏSINDƏ

Peyğəmbəri Əkrəm ¡ "Və ati zəl-qurba həqqəh" - "Öz qo‌hum-əqrəbanın haqqını ver!"[1]-ayəsi nazil olduqdan sonra Fədəki Fa‌‌ti‌məyə bağışladı. Vəfat etdiyi bir zaman xilafətə hakim olan hey`ət Fədəki və Peyğəmbərdən qalan başqa şeyləri müsa‌di‌‌rə etdi. Fatimeyi-Zəhra da onlarla münaqişəyə başladı və özünün bu əmlakdan istifadə etməsinin səhihliyinə bir ki‌şi və bir qadını «Peyğəmbər onu öz həyatında ona bağış‌la‌mış‌dır» - deyə şahid gətirdi. Amma onlar bu şəhadəti qə‌bul et‌mə‌dilər və belə bəhanə gətirdilər ki, şahidlər la‌zım olan həd‌‌də deyildirlər. Fədəkin Fatimə -ın tə‌sər‌rüf və isti‌fa‌‌dəsində olması dəlillərindən biri də Imam Əli -ın Bəs‌rənin hakimi Osman ibni Hüneyfə yazdığı mək‌tubdur.[2]

بَلَى كَانَتْ فيِ اَيْدِينَا فَدَكٌ مِنْ كُلِّ مَا اَظَلَّتْهُ السَّمَاءُ، فَشَحَّتْ عَلَيْهَا نُفُوسُ قَوْمٍ، وَسَخَتْ عَنْهَا نُفُوسُ قَوْمٍ آخَرِينَ، وَنِعْمَ الْحَكَمُ اللّهُ

"Bəli, asimanın kölgə saldığı hər bir şey içərisində yalnız Fədək bi‌‌zim əlimizdə idi ki, bir qrup ona paxıllıq etdilər, başqa bir qrup da (Əhli-beyt) onu səxavətcəsinə boşladılar. Allah necə də yaxşı ha‌kim‌‌dir!"

2-PEYĞƏMBƏR ¡-IN MIRASI BARƏSINDƏ

Peyğəmbər ¡-in tərəkəsinə daxil olan torpaq sahə‌ləri:

1-Müxeyriqin o həzrətə bağışladığı və hədiyyə etdiyi yed‌di bağ.

2-Mədinə ənsarının Peyğəmbərə bağışladığı örüşlər və əkin sahələri.

3-Bəni-nəzir xurmalıqları və əkin sahələri.

4-Hicazın təravətli və yaşıl məntəqəsində olan Xeybər əra‌z‌ilərinin məcmu halında olan otuz altı payından olan on səkkiz pay.

5-«Vadil-qura» xurma bağları və əkin sahələri.

Peyğəmbər ¡-in vəfatından sonra xəlifə Əbu Bəkr ra‌vi‌si yalnız özü olan bir hədisə istinad etməklə on‌ların ha‌mı‌sını öz ixtiyarına keçirərək dedi: «Peyğəmbər buyur‌muş‌dur ki, bizdən irs aparılmır, bizdən qalan hər bir şey sədə‌qə‌dir. Və guya Peyğəmbər buyurmuşdur ki, Allah-taala hər vaxt bir Peyğəmbərə bir şey əta etsə, onu canişinin öhdə‌si‌nə qoyar.»

Imam Əli və Fatimeyi-Zəhra £-ın Qur`anın aşkar şə‌kil‌də buyurduğu ayələri dəlil gətirdilər, eləcə də əv‌vəl‌ki peyğəmbərlərdən irs aparılmasına və irs qanunlarının ümu‌mi olmasına istinad etdilər. Fatimeyi-Zəhranın ənsardan və onların seçilmişlərindən kömək istəməsi heç bir fayda ver‌mədi və iş o yerə çatdı ki, o həzrət Əbu Bəkr və Ömərə qəzəb‌ləndi. Vəfat etdiyi zamana qədər də onlarla danışmadı və onlardan narazı qaldı.

3-“ZIL-QURBA” PAYI BARƏSINDƏ

Fatimeyi-Zəhra «zil-qurba» payını Əbu Bəkrdən tələb edə‌rək dedi: «Sən yaxşı bilirsən ki, bizə zülm etmisən... Son‌ra «və`ləmu ənnəma ğənimtum»[3] - ayəsini ona tilavət etdi. Lakin Əbu Bəkr onu qəbul etməyərək «zil-qurba» payını silah və mi‌nik alınmasına xərclədi ki, zəkat verməyənlərlə aparılan mü‌ha‌ribədə onlardan istifadə etsin. Fatmeyi-Zəhra ona dedi: "Elə bir şeyi ələ keçirmək istəyirsən ki, Allah onu asi‌mandan nazil et‌mişdir və onu bizdən əsirgəmisən!"

XƏLIFƏLƏRIN XÜMSÜ, PEYĞƏMBƏRIN TƏRƏKƏSINI VƏ FƏDƏKI ƏLƏ KEÇIRMƏLƏRI

1-Əbu Bəkr və Ömərin dövründə

Əbu Yusifin «Xərac» kitabında, Nəsainin «Sünən» kita‌bın‌‌da, Əbu Übeydin «Əmval» kitabında, Beyhəqinin «Sünən» ki‌‌ta‌‌bında və Cəssasın «Təfsirul-Qur`an» kitabında Həsən ib‌ni Məhəmməd ibni Hənəfiyyədən rəvayət olunmuşdur ki, o, be‌‌lə demişdir: Camaat Peyğəmbərin vəfatından sonra o həz‌rətin səhmi ilə «zil-qurba» səhmi barəsində ixtilafa düçar ol‌du‌lar. Onlardan bir qrupu dedilər: «Peyğəmbərin payı ondan son‌rakı xəlifəyə məxsusdur.» Başqa bir qrup isə belə dedi‌lər: «Zil-qurba payı Peyğəmbərin qohum-əqrəbalarına məxsus‌dur.» Başqa bir qrup isə belə dedilər: «Zil-qurba payı Pey‌ğəm‌bərdən sonrakı xəlifənin qohum-əqrəbasına məxsusdur.» Nə‌ha‌yət belə qərara aldılar ki, bu iki səhmi silah və minik alın‌masına sərf etsinlər.

«Sünəni Nəsai» və Əbu Übeydin «Əmval» kitabında deyi‌lir: Bu iki səhm Əbu Bəkrin və Ömərin xilafəti dövründə daim silah və minik alınmasına sərf edilirdi.[4]

Ibni Abbasın rəvayətində isə deyilir: Allahın və Pey‌ğəmbərin səhmi bir səhm hesab olundu, «zil-qurba» payı silah və minik almağa sərf edildi, yetimlərin, miskinlərin və yol‌da qalanların payları isə onlardan başqasına verilmədi.»[5]

Başqa rəvayətdə deyilir: «Allah-taala Öz Peyğəmbərinin ca‌nı‌nı aldığı vaxt Əbu Bəkr Peyğəmbərin qohumlarının pa‌yı‌nı beytül-mala qaytardı və müharibə işlərinə sərf etdi.»[6]

Qütadə ona verilən «zil-qurba payı necə oldu?» - sualına ca‌vab olaraq deyir: Bu pay Peyğəmbərin ruzisinin yolu idi və və‌fat etdiyi zaman Əbu Bəkr və Ömər onu müharibə işlərinə məx‌sus etdilər.[7]

Bəlkə də Cübeyr ibni Müt`imin də məqsədi bu olmuşdur. O, belə deyir: Əbu Bəkr Peyğəmbərin öz qohum-əqrəbasına verdiyi şeyləri onlara vermirdi.[8]

Bu rəvayətlərdə qeyd olunanlar həmin məsələlərlə əlaqədar işin əvvəlinə, xüsusilə Əbu Bəkrin dövrünə aid idi. Belə ki, hakim siyasət bu sərmayənin mübariz qrupların məğlub edil‌‌məsi üçün göndərilən qoşuna, eləcə də zəkatı hakim qru‌pa verməkdən imtina edənlərlə, o cümlədən: Malik ibni Nü‌vey‌‌rənin[9] və Kində qəbilələrinin[10] məğlub edilməsinə xərc olu‌‌nurdu. Çünki onlar zəkatın necə verilməsində anla‌şıl‌maz‌‌lığa düçar olmuşdular və hakim hey`ət onları mürtəd ad‌lan‌‌dırdı! Amma bu qrupların məğlub edilməsindən sonra xi‌la‌‌fət aparatı bir ordu təşkil edərək ölkə sərhədlərini ge‌niş‌‌ləndirməyə başladı, fəthlər zamanı mal-dövlət və sərvət art‌dı, qənimətlərin xümsü müsəlmanların – Bəni Haşim və qey‌ri‌ləri arasında – bölüşdürüldü. Peyğəmbərin mirasının bir qismi Bəni Haşimə qaytarıldı ki, sədəqə ünvanı ilə onu pay‌la‌sınlar.

Cabir deyir: Xəlifə xümsü Allah yolunda aparılan müha‌ri‌‌bəyə və gözlənilməz hadisələrə sərf edirdi. Mal-dövlət ço‌xa‌‌lan zaman onu başqa yerlərdə istifadə etməyə başladılar.[11]

Çoxlu rəvayətlərin zahiri mə`nası budur ki, xümsün məs‌rəf edilməsinin dəyişdirilməsi Ömərin dövründə baş ver‌miş‌‌di... O, qərara almışdı ki, xümsün bir hissəsini Bəni Ha‌‌şi‌mə versin. Onlar da bu şərtlə qəbul etdilər ki, pay‌la‌rı‌nın hamısını alsınlar. Bu məsələ Ibni Abbasın Nəcdə Hə‌‌ru‌riyə verdiyi cavabda qeyd olunmuşdur. Nəcdə soruşmuşdu: «Zil-qurba payı kimə məxsusdur?» Ibni Abbas demişdi: «Biz deyir‌dik ki, «zil-qurba» və Peyğəmbərin yaxın adamları biz‌lə‌rik.»[12] Bizim qövmümüz onu qəbul etməyib dedilər ki, Qüreyş hamısı Peyğəmbərin «zil-qurba»sı və qohum-əqrəbasıdır.[13]

Başqa rəvayətdə deyilir ki, Ibni Abbas dedi: «Zil-qurba pa‌yı Peyğəmbəri Əkrəm ¡-in qohumları üçündür və o həz‌rət bu payı onların arasında bölüşdürdü, lakin Ömər on‌la‌rın bir qismini bizə verdi ki, biz də onu öz haqqımızdan az gördükdə ona qaytardıq və onu qəbul etməkdən imtina et‌dik.»[14]

Digər bir rəvayətdə deyilir: «O pay biz Əhli-beytindir; Ömər bizdən istədi ki, onunla dullarımızı ərə verək, ehti‌yac‌lılarımızı tə`min edək, borclularımızın borcunu verək ki, biz qəbul etmədik. Yalnız bu şərtlə qəbul edirdik ki, onun hamısını bizim özümüzə versin, amma o, qəbul etmədi, biz də boşladıq.»[15]

Digər bir rəvayətdə Ibni Abbas belə deyir: «Ömər xümsdan bi‌zim haqqımız olduğunu güman etdiyi miqdarı bizə verdi. Biz də onu qəbul etməyərək dedik: Xümsün beşdə biri «zil-qur‌ba» haqqıdır. Ömər dedi: – Allah-taala xümsü adlarını çək‌diyi siniflər üçün qərar vermişdir. Onların içərisində buna ən layiqlisi onların sayı və ehtiyacı ən çox olan‌la‌rı‌dır. O deyir: Bə`ziləri onu bizdən aldılar, bə`ziləri də boş‌la‌dılar.»[16]

Həmçinin Əbdür-Rəhman ibni Əbi Yə`la deyir: Əlini Əh‌ca‌ruz-Zeyt adlı bir yerdə gördüm və ona dedim: «Atam-anam sənə fəda olsun! Əbu Bəkr və Ömər siz Əhli-beytin haqqı olan xüms payı barəsində nə etdilər?» Həzrət buyurdu: «Ömər de‌di ki, sizin bir haqqınız vardır, lakin mən inanmıram ki, əgər artarsa, hamısı sizin malınız olsun; indi əgər istə‌sə‌niz, sizin haqqınız olduğunu bildiyim miqdarı sizə verərəm.» Biz qəbul etmədik, yalnız bu şərtlə (qəbul edərdik) ki, onun ha‌mı‌sını versin. Amma o, hamısını bizə verməkdən imtina etdi.»[17]

Bə`zi rəvayətlərdə qeyd olunan «xəlifə Ömər Peyğəmbərin mirasının bir qismini Mədinədə Peyğəmbərin əmisi Abbasa və imam Əliyə verdi ki, onun işlərini öhdələrinə alsınlar» - rəvayəti zahirən həmin dövrlərdə olmuşdur.[18]



[1] «Isra» surəsi, 26-cı ayə.

[2] Osman ibni Hüneyf Əli -ın tərəfindən Bəsrədə vali idi ki, Təlhə və Zü‌beyr Cəməl müharibəsini tərtibə salmaq üçün oraya daxil olan zaman onu şəhərdən qov‌du‌lar və o, Müaviyənin xilafət dövründə Kufədə vəfat etdi.

[3] «Ənfal» surəsi, 41-ci ayə. Tərcüməsi: "Bilin ki, hər bir qəniməti əldə etsəniz, onun xumsu (beşdə biri) Allaha, Peyğəmbərə, onun yaxın qohum-əqrəbalarına, yetimlərinə və miskinlərinə və yolda qalanlarına məxsusdur.»

[4] «Xərac» kitabı, səh.24-25; «Sünəni Nəsai», 2-ci cild, səh.179; Əbu Übeydin «Əm‌val» kitabı, səh.332; «Təfsiri Təbəri», 10-cu cild, səh.6; «Əhkamul-Qur`an», Cəssas, 3-cü cild, səh.62; «Sünəni Beyhəqi», 6-cı cild, səh.342-343.

[5] «Təfsiri Təbəri», 10-cu cild, səh.6.

[6] Yenə orada; «Əhkamul-Qur`an», Cəssas, 3-cü cild, səh.60; «qismətul-xums» babında deyilir: Qutadə onun oxşarını Əkrəmədən rəvayət etmişdir.

[7] «Təfsiri Təbəri», 10-cu cild, səh.6.

[8] «Sünəni Əbi Davud», «məvaziul-xums» babı; «Sünəni Beyhəqi», 6-cı cild; «zil-qur‌‌ba payı» babı; «Müsnədi Əhməd», 4-cü cild, səh.83; «Məcməüz-zəvaid», 5-ci cild, səh.341.

[9] Onun başına gələn əhvalatlar əvvəlki səhifələrdə qeyd olundu.

[10] Yenə orada.

[11] «Xərac», Əbu Yusif, səh.23; «Əhkamul-Qur`an», Cəssas, 3-cü cild, səh.61.

[12] «Səhihi Müslüm», 4-cü cild, səh.198; «Müsnədi Əhməd», 1-ci cild, səh.248, 294, 304, 308; «Sünəni Darəmi», 2-ci cild, səh.225; «Muşkilul-asar», Təhavi, 2-ci cild, səh. 136 və 179; «Müsnədi Şafei», səh.183; «Hilyətul-övliya», Əbu Nəim, 3-cü cild, səh.205.

[13] Bu artıq hissə «Təfsiri Təbəri», 10-cu cild, səh.5; «Əl-əmval», Əbu Übeyd, səh.333-də qeyd olunmuşdur.

[14] «Müsnədi Əhməd», 1-ci cild, səh.224 və 320; «Sünəni Əbi Davud», 2-ci cild, səh.51; «Sünəni Nəsai», 2-ci cild, səh.177; «Sünəni Beyhəqi», 6-cı cild, səh.344 və 345.

[15] «Xərac», səh.23-24; «Məğaziyi Vaqidi», səh.697; «Əl-əmval», Əbu Übeyd, səh.333; «Sü‌nə‌ni Nəsai», 2-ci cild, səh.178; «Əhkamul-Qür`an», Cəssas, 3-cü cild, səh.63; «Lisanul-mizan», 6-cı cild, səh.148, Nəcdənin tərcümeyi-halı.

[16] «Əl-əmval», səh.235; «Kənzül-ümmal», 2-ci cild, səh.305.

[17] «Sünəni Beyhəqi», «zil-qurba payı» babı, 6-cı cild, səh.344; «Müsnədi Şafei», «qis‌mul-fey`» babı, səh.187.

[18] «Səhihi Buxari», «məğazi» kitabı, 2-ci cild, səh.125, 3-cü cild, səh.38; «Sünəni Əbi Davud», «xərac» kitabı, 3-cü cild, səh.47; «Müsnədi Əhməd», 1-ci cild, səh.6; «Tə‌bə‌qa‌ti ibni Sə`d», 8-ci cild, səh.28; «Müntəxəbi kKənzül-ümmal», 3-cü cild, səh.128.

0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

“İŞİD” Liviyanın neft yataqlarına hücum edib
Canlı bomba özünü zəvvarların arasında partlatdı.
Qahirədə Futbol yarışından öncə azərkeşlərlə polis arasında qarşıdurma ...
Qələbə: Terrorçular Suriyanın Mənbic şəhərində məğlubiyyətə uğradılar
Muhəmməd Mursinin müəllimi vəhhabi alimi Şiə oldu
Minlərlər bəhreynli Şeyx İsa Qasimin mühakimə olunmasına etiraz olaraq ...
İŞİD Əfqanıstanda xəstəxanaya hücum etdi: 80-dən çox ölü və yaralı
Kamal yolunda oLAN Yolçunun əxlaqı
Mübarək mövludlar gecəsi İmam Rzanın (ə) hərəmində böyük coşqu ilə ...
Benəlxalq Qurani Kərim Müsabiqəsinin açılış mərasimində iştirak edən İİR-n ...

 
user comment