PEYĞƏMBƏRI-ƏKRƏM ¡-DƏN SONRA XÜMS VƏ SƏDƏQƏNIN HÖKMÜ
Əhli-beyt imamları ¢ sədəqənin «zil-qurba»ya haram edilməsində Peyğəmbər ¡-in yolunu davam etdirmişlər. Imam Sadiq ™ bir nəfərin «əgər xümsdan məhrum olunmusunuzsa, sədəqə sizə halal olurmu?» sualının cavabında buyurmuşdur: "Xeyr, Allaha and olsun, bizə haram olunan şey zalımların tərəfindən haqqımızın qəsb olunması ilə bizə halal olmur. Allahın bizə halal etdiyi şeyə əl tapmaqdan məhrum olmağımız Allahın bizə haram etdiyi şeylərin halal olmasına səbəb olmaz."
Amma xəlifələr Peyğəmbəri Əkrəm ¡-in özündən sonra qoyduğu bütün mirası aşağıdakı şəkildə öz ixtiyarlarına keçirtdilər:
1-Müxeyriqin vəsiyyətinə uyğun olaraq Peyğəmbərə verilən yeddi bağı.
2-O Həzrətin Bəni-nəzir əmvalından olan ərazilərini.
3, 4 və 5-Xeybərdəki üç qala.
6-«Vadil-qura» diyarının üçdə biri.
7-Məhruz (Mədinə bazarının yerləşdiyi yer).
8-Fədək.
Peyğəmbəri Əkrəm ¡ yeddi bağdan altısını vəqf etmişdi ki, o həzrətin sədəqələri (vəqf etdiyi şeylər) hesab olunurdu. Həmçinin, Bəni-nəzir ərazilərindən bir hissəsini Əbu Bəkrə, Əbdür-Rəhman ibni Ovfa və Əbu Dücanəyə bağışlamış, öz xanımlarını da Xeybər qalalarından bəhrələndirmişdi. Fədəki Fatimeyi-Zəhra ∞-a vermiş, Vadil-quranın bir ox atan miqdarında olan məsafəsini Həmzə ibni Nö`man Əzriyə bağışlamışdı.
Peyğəmbəri Əkrəm ¡ vəfat edən zaman Əbu Bəkr və Ömər Əlinin yanına gələrək dedilər: Sənin Peyğəmbərin tərəkəsi (mirası) barəsindəki nəzərin nədir?!
Əli ™ dedi: – Biz camaat arasında Rəsuli Əkrəmə ən layiq (yaxın) olan adamlarıq.
Ömər dedi: – Xeybərdə olanlarla necə?!
Əli dedi: – Xeybərdə olanlarla belə.
Ömər dedi: – Fədəkdə olanlarla necə?!
Əli dedi: – Fədəkdə olanlarla belə.
Ömər dedi: – Agah ol! Allaha and olsun, bizim boynumuzu kəsməyincə, irəli gedəcəksən! Xeyr!
Əbu Bəkr Peyğəmbəri Əkrəm ¡-in silahını və miniyini Əliyə verib dedi: – Bundan başqa Peyğəmbərin qoyub getdiyi şeylər sədəqədir.
Onlar Peyğəmbərin tərk etdiyi şeylərin hamısını, hətta Fədəki belə müsadirə edərək Peyğəmbərin sair müsəlmanlara bağışladığı şeylərə toxunmadılar.
Fatimə də üç şey barəsində onunla münaqişəyə başladı:
1-Fədək barəsində: Belə ki, Peyğəmbəri Əkrəm ¡ onu Fatiməyə bağışlamışdı. Əbu Bəkr ondan öz müddəasına dair dəlil gətirməsini istədi. O həzrət də bir qadın və bir kişini şahid gətirdikdə, Ömər şəhadətlərini rədd etdi. Çünki onlar iki kişi, yaxud bir kişi iki arvad deyildir.
2-Fatimeyi-Zəhra ∞-ın Peyğəmbəri Əkrəm ¡-dən aparacağı irs barəsində: Belə ki, Peyğəmbərin vəfatından on gün sonra Əli və Abbas ilə birlikdə Əbu Bəkrin yanına gəlib dedi: – Mənim atam Rəsulullahdan olan mirasım (hanı)?!
Əbu Bəkr dedi: – Daşınan, ya daşınmayan?
Həzrət buyurdu: – Fədək, Xeybər və onun Mədinədəki sədəqələrini irs aparıram. Necə ki, sənin qızın səndən irs aparır.
Əbu Bəkr dedi: – Allaha and olsun, sənin atan məndən yaxşı idi, sən də Allaha and olsun ki, mənim qızlarımdan yaxşısan.
Digər bir rəvayətdə Fatimə ∞ ona dedi: – Əgər ölsən, kim səndən irs aparacaq?
Əbu Bəkr dedi: – Övladlarım və ailəm.
Fatimə ∞ dedi: – Bəs necə olur ki, sən bizim yerimizə Peyğəmbəri Əkrəm ¡-dən irs aparırsan?!
Əbu Bəkr dedi: – Ey Rəsulullahın qızı! Mən belə etməmişəm. Mən atandan nə torpaq irs aparmışam, nə qızıl-gümüş, nə də qulam və övladlarını.
Fatimə ∞ dedi: – Belə isə, bizim Xeybər və Fədəkdəki xalisəmizdən olan payımız necə oldu?
Dedi: – Mən Peyğəmbərin belə dediyini eşitmişəm: «Biz peyğəmbərlərdən irs aparılmır, hər nə qoyuruqsa, sədəqədir. Ali-Mühəmməd yalnız bu maldan – yə`ni Allah malından- yeyirlər, gündəlik yeməklərindən artıq payları yoxdur.» Peyğəmbər hər kimin xərcliyini verirdisə, onun xərcliyi mənim öhdəmədir.
Bu zaman Həzrət Əli bu ayəni tilavət etdi: "Və vərisə Suleymanu Davudə." Yə`ni Süleyman Davuddan irs apardı. Sonra dedi: – "Yərisuni və yərisu min Ali-Yə`qubə – Məndən və ali-Yə`qubdan irs aparsın.
Əbu Bəkr dedi: – Bəli, belədir. Allaha and olsun ki, sən də bilirsən, necə ki, mən bilirəm.
Əli dedi: – Bu danışan Allahın Kitabıdır!
Bundan sonra sükut edib qayıtdılar.
3-"Zil-qurba" payı barəsində: Belə ki, Əbu Bəkr Fatiməni və Bəni Haşimi «zil-qurba» payından məhrum edib, onu silah və minik almağa xərclədiyi zaman Fatimə ∞ onun yanına gəlib dedi: – Sən biz Əhli-beyt barəsində etdiyin zülmdən agahsan: Peyğəmbərin sədəqələrini və vəqflərini, Allahın Qur`anda bizə qaytardığı və «zil-qurba» payı qərar verdiyi qənimətin hamısını zalımcasına bizdən almısan. (Sonra «Ənfal» surəsinin 41-ci ayəsini tilavət etdi:)
وَاعْلَمُواْ أَنَّمَا غَنِمْتُم مِّن شَيْءٍ فَأَنَّ لِلّهِ خُمُسَهُ وَلِلرَّسُولِ وَلِذِي الْقُرْبَى وَالْيَتَامَى وَالْمَسَاكِينِ وَابْنِ السَّبِيلِ
"Bilin ki, əldə etdiyiniz qənimətlərin beşdə biri Allaha, Peyğəmbərə və "zil-qurba"ya məxsusdur."
Digər bir rəvayətdə belə dedi: – Sən «ma ənzələllah»ı mənimsəmək istəyirsən, Allah-taalanın bizim barəmizdə asimandan nazil etdiyi şeyləri bizdən alırsan?!
Əbu Bəkr dedi: – Atam-anam sənə, sənin atana və övladlarına fəda olsun! Mən Allahın Kitabını, Allahın Rəsulunun haqqını və onun qızının haqqını eşidib onlara itaət edirəm. Mən də sənin Allahın Kitabından oxuduğun şeyləri oxuyuram, lakin elmim buna çatmır ki, xümsdan olan bu pay tamamilə sizə çatmış olsun!
Fatimə ∞ dedi: – Sənə və sənin qohum-əqrəbana çatırmı?
Dedi: – Xeyr! Onun qalanlarını müsəlmanların məsləhətinə xərcləyəcəyəm.
Dedi: – Bu, Allahın hökmü deyil!
Başqa bir rəvayətdə qeyd olunur ki, Əbu Bəkr dedi: – Peyğəmbər mənə buyurmuşdur: Mütəal Allah Peyğəmbərini həyatda olduğu vaxta qədər onu xüsusi bir payla bəhrələndirirdi, onun canını aldığı vaxt onun payı kəsilir.
Digər bir rəvayətdə dedi: – Peyğəmbərin belə dediyini eşitmişəm: «Zil-qurba payı yalnız mənim həyatımda onlara çatacaq, mənim ölümümdən sonra heç bir payları yoxdur.»
Bu zaman Fatimə ∞ qəzəblənib buyurdu: Sən Peyğəmbərdən eşitdiklərini daha yaxşı bilirsən?! Mən bu hadisədən sonra səndən heç bir şey istəməyəcəyəm! Allaha and olsun ki, səninlə danışmayacağam!
Dünyadan gedən vaxta qədər o iki şəxslə danışmadı.
Bəli, Fatimə ∞ özünün bütün dəlillərini gətirdi, şahidlərini tanıtdırdı. O, Əbu Bəkrin haqqı qəbul etmədiyini, heç bir şeyi geri qaytarmaq istəmədiyini gördükdə, qərara aldı ki, bu münaqişəni ümumxalq arasında və müsəlmanların hüzurunda irəli çəksin, atasının köməkçlərindən kömək istəsin və onları bu məs`uliyyətdə şərik etsin. Buna görə də öz qohumlarından bir qrup göndərərək Peyğəmbərin yerişi ilə atasının məscidinə getdi, mühacir və ənsarın içərisində olan Əbu Bəkrə xitab edərək buyurdu:
Ey camaat! Mən Fatiməyəm, atam Mühəmməddir! Keçmişdən deyirəm: "Ləqəd caəkum Rəsulun..." "Sizin özünüzdən olan bir Peyğəmbər sizə tərəf gəldi." Sonra buyurdu: Qəsdən Allahın Kitabını boşlayaraq onu arxanıza atırsınızmı? Çünki Allah buyurur: "Və vərisə Suleymanu Davudə." Süleyman Davuddan irs apardı. Yəhya ibni Zəkəriyyanın hadisəsində buyurur: "Pərvərdigara, mənə Öz tərəfindən bir vəli qərar ver ki, məndən və ali-Yə`qubdan irs aparsın." Sonra buyurmuşdur: "Qohumlar bir-birinə qarşı Allahın hökmündə (başqalarından) daha artıq layiqdirlər)." Həmçinin, buyurmuşdur: "Allah övladlarınızın barəsində sizə belə tövsiyə edir ki, oğlanın irsdən olan payı iki qız qədəri olsun." Həmçinin, buyurmuşdur: "Əgər bir xeyir (mal-dövlət) qoymuş olsa, ata-ana və qohum-əqrəbalar üçün layiqli şəkildə vəsiyyət etsin."
Siz güman edirsiniz ki, mən atamdan vərasət haqqına malik deyiləm və bizim aramızda qohumluq əlaqələri yoxdur?! Yoxsa Allah sizi bir ayəyə məxsus etmiş və Peyğəmbəri o ayənin dəlalətindən xaric etmişdir?! Yoxsa deyirsiniz ki, biz iki din ardıcılıyıq və bir-birimizdən irs aparmırıq?! Mən və atam vahid bir dindən deyilikmi?! Bəlkə siz Allahın Peyğəmbərindən Qur`anın am (ümumi) və xüsuslarına daha artıq agahsınız?! Cahiliyyət hökmünü axtarırsınızmı?!
Sonra öz evinə qayıtdı və Əbu Bəkrlə bir daha danışmadı. Bu da vəfat etdiyi vaxta qədər davam etdi. O həzrət atasının vəfatından sonra altı ay həyatda qaldı və vəfat etdiyi zaman əri onu gecə ikən dəfn etdi və Əbu Bəkri bu işdən xəbərdar etmədi.
Bəli, Əbu Bəkr ravisi yalnız özü olduğu bir şeydə ictihad etdi və Peyğəmbərin qızını ata irsindən, Peyğəmbərin qohum-əqrəbasını da xüms haqqından məhrum etdi. Bununla da öz işini sona çatdırdı!