Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, İŞİD liderinin ailəsinin həbsi ilə bağlı yeni xəbər yayıldı
İŞİD lideri Əbu Bəkr Əl-Bağdadinin həbs olunan ailə üzvləri ilə bağlı yeni məlumat yayılıb.Livanın "Əs-Səfir" qəzeti yazır ki, həbs olunanlardan biri Bağdadinin oğlu deyil, qızıdı. Həmçinin qəzet İŞİD liderinin həyat yoldaşının adını da açıqlayıb.
"Əs-Səfir"in yazdığına görə, Saja Əl-Dolamı adlı qadın qızı ilə birlikdə 10 gün əvvəl Suriya sərhədində hərbçilər tərəfindən ələ keçirilib. Onlara qarşı artıq Livanın hüquq-mühafizə orqanları tərəfindən ittiham irəli sürülüb. Hər iki şəxs xarici kəşfiyyat agentlikləri ilə əməkdaşlıqda ittiham olunur. Onların hazırda Livanın Müdafiə Nazirliyi tərəfindən soru-sual edildiyi bildirilir.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır
source : www.abna.ir