Azəri
Saturday 20th of July 2024
0
نفر 0

İslami İrşad və Mədəniyyət naziri, İİR-nın xaricdəki mədəni nümayəndəliklərinin rəsmiləri ilə görüş

İslami İrşad və Mədəniyyət naziri, İİR-nın xaricdəki mədəni nümayəndəliklərinin rəsmiləri ilə görüş

Bu gün səhər İslam İnqilabının Rəhbəri Həzrət Ayətullah Xamenei İslami İrşad və Mədəniyyət naziri, İslam Mədəniyyəti və Mədəni Əlaqələr Təşkilatının sədri, habelə İİR-nın xaricdəki mədəni nümayəndəliklərinin rəsmiləri ilə görüşdə ölkənin həqiqi qüdrətinin mədəniyyətdə olduğunu qeyd edərək vurğuladı: “İİR-nın düzgün və real mənzərəsinin, İranın bugünkü həqiqətlərinin və nailiyyətlərin təsviri, bununla yanaşı, fars dili və ədəbiyyatının təbliği İslam dövlətini ölkədən xaricdə təmsil edən mədəni nümayəndəliklərin olduqca çətin və məsuliyyətli vəzifələri sırasına daxildir”.

Mədəni əlaqələrin və bu sahədəki fəaliyyətlərin mövqeyinə və əhəmiyyətinə toxunan Ali Məqamlı Rəhbər qeyd etdi: “Mədəniyyət sahəsində fəaliyyət düzgün həyata keçirilsə, görülən işlər insanların düşüncə və emosiyalarına təsir göstərə bilsə, sözsüz ki, diplomatiya, yaxud ticari-iqtisadi əlaqələr sferasında mümkün boşluqlar doldurula bilər”.

İslam İnqilabının Rəhbəri işğalçı dövlətlərin öz zülmkar və nadürüst məqsədlərinə çatmaq üçün mədəni əlaqələrdən və mədəniyyətin nüfuz gücündən istifadə etmək taktikasına da toxunaraq qeyd etdi: “Həmin ölkələr mədəniyyət sahəsində hərəkətə keçməklə özlərinin qeyri-humanist məqsədlərinə çatmağa səy göstərirlər. İran İslam Respublikası isə haqq sözü,  pak və müqəddəs İlahi ideyaları rəhbər tutur və elə buna görə də mədəni təsir vasitələri və metodlarından daha yaxşı və layiqincə istifadə etməlidir”.

Həzrət Ayətullah Xamenei hər hansı bir ölkənin dünyadan, həqiqətən də, təcrid olunmasının yalnız həmin ölkənin mədəniyyət baxımından təcrid olunması sayəsində mümkün ola biləcəyini vurğulayaraq əlavə etdi: “Mədəniyyət sahəsində işlər düzgün həyata keçirilsə, başqa heç bir faktor ölkəni dünyadan təcrid etməyə qadir deyil”. 

Mədəniyyət səfirlərinin fəaliyyətinin xüsusi əhəmiyyətini və rolunu vurğulayan Həzrət Ayətullah Xamenei dedi: “İİR-nın xaricdəki mədəniyyət səfirləri mədəniyyət cəbhəsinin beynəlxalq arenada ön xəttidirlər. İslam Mədəniyyəti və Mədəni Əlaqələr Təşkilatı isə bu cəbhənin başlıca mərkəzidir”.  

Daha sonra mədəniyyət səfirlərinin öhdəsinə düşən olduqca çətin və məsuliyyətli vəzifələri açıqlayan Ali Məqamlı Rəhbər əlavə etdi: “Dünya ictimaiyyəti, habelə müxtəlif dövlətlərin rəsmiləri üçün İslam İnqilabının və İran İslam Respublikasının düzgün mənzərəsinin təsviri mədəniyyət səfirlərinin mühüm vəzifələri və həyata keçirməli olduğu böyük işlər sırasındadır”.

İran İslam Respublikasını qorxunc və mənfi bir simada təqdim etmək üçün imperialist düşərgəsinin genişmiqyaslı piar həyata keçirdiyini qeyd edən Həzrət Ayətullah Xamenei dedi: “Onlar İran İslam Respublikasını belə bir mənfi simada təqdim etməklə dünya ictimaiyyətini, habelə dövlətimizə mənən bağlı olan insanları pessimizmə düçar etmək, İslam İnqilabının mənəvi-psixoloji təsirini azaltmaq niyyətindədirlər. Elə buna görə də mədəni nümayəndələrin ən başlıca vəzifəsi dünya xalqlarının zehnində İslam İnqilabının düzgün mənzərəsini yaratmaqdır”.

İslam İnqilabının Rəhbəri dünya ictimaiyyətinin zehnində İslam dövlətinin düzgün mənzərəsini yaratmaq üçün İslam dinini düzgün formada təqdim etməyin vacib şərt olduğunu deyərək təkidlə vurğuladı: “Bədxahlar və imperialistlər İslamı dünya ictimaiyyətinə mürtəce, yaxud qeyri-liberal xarakterli bir din kimi təqdim etmək istəyirlər. Halbuki,  İran İslam Respublikasının rəhbər tutduğu saf və həqiqi İslam insan, Uca Yaradan, dünyanın gələcəyi, bəşəriyyətin maddi və mənəvi ehtiyacları ilə bağlı ülvi, dərin və nurlu ideyalara malik bir dindir”.

Həzrət Ayətullah Xamenei İranın böyük elmi nailiyyətlərinin, habelə ədəbiyyat və incəsənətinin dünyaya təqdim olunmasını ölkənin xaricdəki mədəni nümayəndəliklərinin digər önəmli vəzifələrindən biri hesab etdiyini dedi. Daha sonra o, demokratiyanın ölkədəki parlaq təzahürlərinin, xalqın birlik və həmrəyliyinin dünya ictimaiyyətinə çatdırılmasını mədəniyyət səfirlərinin daha bir vəzifəsi adlandıraraq vurğuladı ki, dini təzahürlər də ölkənin mühüm reallıqlarından biridir. Həzrət Ayətullah Xamenei əlavə etdi: “Xalqın müxtəlif təbəqələrinin nümayəndələrinin, o cümlədən gənclərin dini mərasimlərdə – Quran məclislərində, dualarda, matəm mərasimlərində səmimi maraq və həvəslə iştirakı ölkədə müşahidə olunan böyük bir faktdır. Bu mühüm fakt mütləq səriştəli və əsaslandırılmış surətdə dünya ictimaiyyətinə çatdırılmalıdır”.

Müasir İranın dünyaya tanıtdırılması məsələsini xüsusi vurğulayan Ali Məqamlı Rəhbər qeyd etdi: “Ölkənin mədəniyyət və sivilizasiyasının geniş təbliği ilə yanaşı, müasir İranı da dünya xalqlarına tanıtdırmaq lazımdır”.

Fars dili və ədəbiyyat məsələsinin də olduqca mühüm olduğunu qeyd edən Həzrət Ayətullah Xamenei vurğuladı: “Mədəniyyət səfirlərinin başlıca vəzifələrindən biri də universitetlərdə və elm ocaqlarında  fars dili mərkəzlərinin fəaliyyətini təşkil etməkdir”.

Həzrət Ayətullah Xamenei həmçinin İslam Mədəniyyəti və Mədəni Əlaqələr Təşkilatının fəaliyyətini də yüksək qiymətləndirdiyini bildirdi.

Görüşün əvvəlində İslami İrşad və Mədəniyyət naziri cənab Huseyni çıxış edərək ictimai diplomatiyanı ölkə mədəniyyətini xaricdə təmsil edən səfirlərin təbii və başlıca vəzifəsi adlandıraraq dedi: “Fars dilinin tədrisinə və təbliğinə əvvəlkindən də artıq diqqət yetirilməsi, İran həqiqətlərinin dünyaya çatdırılması, mədəniyyət və incəsənət sərgilərinin təşkili, mədəniyyət həftələrinin keçirilməsi İran mədəniyyətini xaricdə təmsil edən diplomatik nümayəndələrin gördüyü tədbirlər sırasına daxildir”.

Görüşdə İslam Mədəniyyəti və İslami Əlaqələr Təşkilatının sədri cənab Mustəfəvi də çıxış edərək ölkədən xaricdə çalışan mədəniyyət məsələləri üzrə müşavirlərin 8-ci seminarı haqda məlumat verdi. O, rəhbərlik etdiyi təşkilatın iki əsas istiqamətdə – beynəlxalq mədəni əlaqələrin qurulmasının təşkili və İslam Mədəniyyəti və İslami Əlaqələr Təşkilatında struktur dəyişikliklərinin həyata keçirilməsi istiqamətində fəaliyyəti barədə qısa məlumat verərək dedi: “Təşkilatda struktur dəyişikliklərinin həyata keçirilməsi, habelə ölkənin mədəniyyət sferasında beynəlxalq miqyasda fəaliyyətinin gələcək perspektivləri və prioritet məsələlərinin müəyyənləşdirilməsi məqsədilə öncədən müvafiq fəaliyyət proqramları işlənib-hazırlanmışdır”.

0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

Dünya çempionu: “Ailəm qarşı çıxdı – Onları dediklərinə peşman etdim”
Əsl balı necə seçməli?
Ayətullah Safi: “Keçmişin tərəqqisidən geri qalmamalıyıq”
Nazİr Elmarın qətlİlə bağlı ABŞ səfİrİnə nə deyİb?
İsrailin etirafı: Fələstinlilərin anti-İsrail hərəkətləri misilsizdir
Ayətullah Sistaninin nümayəndəsi İraqın siyasi böhranı barədə xəbərdarlıq ...
Gert Vilders ABŞ-da antiislam nümayişə qatılacaq
"Diqqət! "MÖVLUD OLİMPİADASI"na qeydiyyatın bitməsinə 1 gün qaldı!
Moskvada elektirik qalmaqalı
Pakistanda terror qurbanlarının sayı 23-ə çatdı

 
user comment