Azəri
Sunday 22nd of December 2024
0
نفر 0

Dindar gənclərin barələrində həbs qəti-imkan tədbirinin dəyişdirilməsi gözlənilir

Dindar gənclərin barələrində həbs qəti-imkan tədbirinin dəyişdirilməsi gözlənilir

13 fevral hadisələrində həbs edilmiş dindar gənclərin barələrində seçilmiş həbs qəti-imkan tədbirinin dəyişdirilməsi ilə bağlı vəkillər tərəfindən məhkəməyə müraciət olunub. Bu gündən həmin müraciətlərə baxılacaqdır. Bu haqda deyerler.org-a gənclərdən birinin vəkili Fəxrəddin Mustafayev məlumat vermişdir. Gənclər haqqında açılmış cinayət işinin istintaqı davam edir, hələ ki, hər hansı irəliləyiş nəzərə çarpmır. Buna rəğmən bütün hallarda yaxın zamanda istintaqın bitəcəyi bildirilir.
    Həbsdəki gənclərin durumlarını normal olduğu deyilir.
    Xatırladaq ki, fevralın 13-də baş verənlərə bağlı həbs edilmiş dindarlar haqqında Yasamal rayon prokurorluğu tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü (silahdan və ya silah qismində istifadə edilən əşyaları tətbiq etməklə xuliqanlıq törədilməsi) və 315.2-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddələri ilə cinayət işi açılıb. /Deyerler.org/

0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

Şeyx Yusif Əl Qərdavi: “Türkiyənin yanındayıq”
Azərbaycanda yəhudi uşaqlar üçün təhsil mərkəzinin açılışı olub
Mövlud bayramı kino-teatrda - "Pozitiv" Gənclər Platformasında
Taylandda Qədr gecələri mərasimi təşkil olundu
Türk xəyanətkarlarının Azərbaycan Səfəvilər dövlətini dağıtması
Hicab İngiltərə məktəblərində rəsmi geyim formasının tərkib hissəsidir
Kaliforniyada cühüd irqçiləri Qurani Kərimə qarşı görünməmiş təhqir ediblər
Mənə Əli Həsənovun heç nəyi lazım deyil, oğlumu qaytarsınlar”
Tacikistanda "Vəhdət" konfransı
BƏƏ-də “Müsəlmanlar gələcəkdə” mövzusunda seminar keçiriləcək

 
user comment