Çexiyanın Azərbaycandakı səfirliyində açılan konsul şöbəsində Şengen vizaları veriləcək. Səfirlikdən bildiriblər ki, qısamüddətli vizalar almaq üçün ərizələr çərşənbə günündən başqa, hər gün saat 9:30-dan 12-dək, uzunmüddətli vizalar üçün isə həftənin çərşənbə axşamı saat 14-dən 16-dək qəbul ediləcəkdir. Ünvan: C.Cabbarlı küçəsi, 44, “Caspian Plaza” Biznes Mərkəzi. Xatırladaq ki, martın 1-də Bakıda Çexiya Respublikasının səfirliyi açılmışdır. Diplomat Radek Matula səfir təyin olunub.