Türkiyə ilin son günlərində 100 il əvvəl tikilən bir erməni kilsəsini ibadətə açıb.
Türk naziri: "Biz erməniləri bağrımıza basarıq...”
Əhli Beyt xəbər agentliyinin verdiyi xəbərə əsasən: İstanbulda yerləşən Vortvots Vorodman kilsəsinin açılışından sonra ermənilər kilsəyə axışaraq şam yandırıb, dualar ediblər.Kilsəni ibadətə gömrük və ticarət naziri Hayati Yazıçı və erməni patriarxlığının nümayəndəsi Aram Atəşyan açıblar.
Kilsənin açılışında çıxış edən nazir Hayati Yazıçı deyib ki, Fransa keçən həftə söz azadlığını qadağan edən bir qanun qəbul edib: “Bizim isə bu torpaqlarda ermənilərlə qardaşlığımız min illərdir davam edir. Onlar qadağa qoyar, biz erməniləri bağrımıza basarıq”.
Kilsənin memarlıq-bərpa işlərini Gevork Özkaragöz görüb.
source : ابنا