Azəri
Sunday 22nd of December 2024
0
نفر 0

“FATİMEYİ-ZƏHRA” MƏSCİDİNİN MƏSƏLƏSİ ALİ MƏHKƏMƏNİN PLENUMUNA ÇIXARILACAQ

 

Şeyx Allahşükür Paşazadə: “Yalnız bundan sonra məscidlə bağlı digər hüquqi məsələlər həllini tapacaq

 

 

Əhl Beyt-ABNA-xəbər agentliyinə verilən xəbərə əsasən Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) rəhbəri şeyxülislam Hacı Allahşükür Paşazadə Yeni Günəşlidəki “Fatimeyi-Zəhra” məscidinin gələcək taleyi ilə bağlı danışıb. “Turan” informasiya agentliyinin məlumatına görə, şeyx prezident İlham Əliyevin göstərişilə məscidin QMİ-nin sərəncamına verildiyini deyib, məscidin bütünlüklə idarənin tabeçiliyinə keçməsi üçün isə məhkəmə prosedurundan keçməsini vacib sayıb: “Bundan sonra məscidlə bağlı digər məsələlərin də həllini tapacaq”.

 

Bəzi məlumatlara görə, “Fatimeyi-Zəhra (s.ə.)” məscidi barədə əsassız məhkəmə qərarlarının Ali Məhkəmənin Plenumunda ləğv ediləcəyi barədə qərarın qəbul ediləcəyi də gözlənilir.

 

Məscidin dini icmasının vəkili Aslan İsmayıl “Yeni Müsavat”a açıqlamasında Ali Məhkəmənin plenumuna artıq kasasiya şikayəti verildiyini bildirdi: “Ölkə başçısı məscidin açılması üçün sərəncam verməklə iradə nümayiş etdirdi. Onu deyə bilərəm ki, hazırda məscid heç kimin sərəncamında deyil. Çünki Ali Məhkəmə məscidin sökülməsi haqqında qərar verib. Məhkəmə bundan öncəki qərarları ləğv etdikdən sonra dini icma ilə QMİ öz aralarında məscidin kimin sərəncamına verilməsi haqqında qərar qəbul etməlidirlər”.

 

Dini Etiqad və Vicdan Azadlıqlarının Müdafiəsi Mərkəzinin sədri İlqar İbrahimoğlu da deyerler.org-a açıqlamasında “Fatimeyi-Zəhra (s.ə.)” məscidi ətrafında narahatlıqların tam çözülməsi üçün müvafiq hüquqi prosedurların tətbiq edilməsinin böyük əhəmiyyəti olduğunu deyib. Onun sözlərinə görə, bu mövzu hələ də ictimaiyyətin diqqət mərkəzindədir: “Müraciətlərdən bəlli olur ki, inanc kəsimi "Fatimeyi-Zəhra (s.ə.)" məscidi barədə bir neçə ay öncə qəbul edilmiş müsbət qərardan məmnunluq hissi keçirsələr də, bunun müfaviq hüquqi tərtibatının həyata keçirilməsi baxımından müəyyən nigaranlıq mövcuddur".

 

İ.İbrahimoğlunun fikrincə, Ali Məhkəmənin plenumunun bu situasiyaya müəyyənlik gətirəcəyi barədə xəbər - narahatlıqların tam aradan getməsi baxımından əhəmiyyətli ola bilər.

0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

Tacikistanda "Vəhdət" konfransı
BƏƏ-də “Müsəlmanlar gələcəkdə” mövzusunda seminar keçiriləcək
Taylandda “Aşura mədəniyyəti” adlı foto sərgi təşkil olunub
Qadında Bəyənilən Sifətlər
"Təbliğ" ayəsi və Qədir-xum hadisəsi - 1
İlham Əliyevin Şiə Ruhanilərinə divanı səngimir, Zülfüqar Mikayılzadə, Elman ...
Amerikada kilsədən 250 illik Quran tapılıb
“FATİMEYİ-ZƏHRA” MƏSCİDİNİN MƏSƏLƏSİ ALİ MƏHKƏMƏNİN PLENUMUNA ...
Əbu-Dabi islami bankı dünyanın ən yaxşı islami bankı seçilib
ABŞ Raqqada dinc əhalini bombaladı

 
user comment