Beynəlxalq şöbə: Dubayda keçirilən İslami ticarət və iqtisad üzrə V dövr illik mükafatlandırılma mərasimdə Əbu-Dabi İslami Bankı ən yaxşı islami bank mükafatı ilə mükafatlandırılıb.
İQNA Quran agentliyinin \"Zawya\" saytına istinadən məlumat verir ki, mükafatlandırma mərasimində dünyanın müxtəlif ölkələrindən 300 nəfər islami iqtisadçı ekspertlər iştirak ediblər. Mərasimdə islami ticarət və iqtisad sahəsində çalışan 30 qurum mükafatlandırılıb.
Mükafatların üçdə biri Fars Körfəzi ölkələrində olan maliyyə müəssisələri, islami banklar və qurumlara verilib. Digər hədiyyələr isə Britaniya, ABŞ , Malaziya və Sudandan olan islami bank və qurumlara verilib.
source : www.iqna.ir