Azəri
Friday 26th of April 2024
0
نفر 0

QEYBDƏ OLAN İMAMIN FAYDALARI

QEYBDƏ OLAN İMAMIN FAYDALARI

Yüz illərdir ki, bəşər cəmiyyəti Allahın sonuncu höccətinin zühur feyzindən məhrum olmuş və islam ümməti öz asimani və mə`sum rəhbərlərinin məhzərinə yetişməkdən bəhrəsiz qalmışlar. Doğrusu, belə bir sual yaranır ki, görəsən onun qeybdə olması və məxfi şəkildə yaşamasının, hamının nəzərindən uzaqda olmasının aləmdə olanlar üçün nə kimi faydası vardır? O zühura yaxın dövrlərdə dünyaya gəlsəydi və şiələr qeyb dövrünün ağır ruzigarlarının şahidi olmasaydı, yaxşı olmazdımı?!

Bu və bunun kimi çoxlu suallar sual edən şəxsin imam və Allahın höccətinin məqamına olan agahsızlığından və mə`lumatsızlıqdan irəli gəlir. Görəsən varlıq aləmində imamın mövqeyi necədir? Onun vücud əsərlərinin hamısı onun aşkar olmasına bağlıdırmı? Yoxsa o yalnız camaatın rəhbərliyi üçündür? Yaxud onun vücudu bütün varlıqlar üçün xeyri-bərəkət mənşəyidir?

İmam varlıq aləminin mehvəridir

Şiələrin nəzərində, eləcə də dini tə`limlərə əsasən imam Allah təalanın bütün dünya varlıqlarına feyz çatdırması vasitəsidir. O, varlıq aləmində əsas mehvərdir, onun varlığı olmadan aləm və insanlar, cin və mələk, heyvan və sair cansızlar vücuda gəlməz.

İmam Sadiq (ə)-dan soruşdular ki, İmam olmadıqda yer öz varlığını davam etdirə bilərmi? Həzrət buyurdu: «Əgər yer imamsız qalarsa hökmən batar.»[1]

İmamın Allahın peyğamlarını camaata çatdırmaqda və onları insani kamala doğru hidayət etməkdə bir vasitə olması, hər bir lütf, mərhəmət və feyzin də məhz onun vasitəsi ilə insanlara və bütün varlıqlara çatması aydın bir məsələdir. Çünki Allah təala əvvəldə peyğəmbərlərin, sonra da onların canişinlərinin vasitəsi ilə insanları hidayət etmişdir. Amma mə`sumların kəlamından aydın olur ki, İmamların vücudları bütün varlıq aləmində ne`mət və feyzin Allah tərəfindən böyüklü-kiçikli hər bir varlığa çatmasında vasitə ünvanını ifadə edirlər. Daha aşkar şəkildə desək, bütün varlıqların əxz etdikləri ilahi ne`mət və feyzlər imamların vasitəsi ilə əldə olunur. Onların həm əsil vücudları imamın vasitəsilədir, həm də həyatları dövründə istifadə etdiklər ne`mətlər və başqa bəhrələr.

Tam mə`nada imamşünaslıq dərsi olan «Camieyi kəbirə» duasında deyilir:

بِكُمْ فَتَحَ اللّهُ وَبٍكُمْ يَخْتِمْ وَبِكُمْ يُنَزِلُ الغَيْثَ وَبِكُمْ يُمْسِكُ السَّماءَ اَنْ تَقَعَ عَلَى الاَرضِ اِلاّ بِاِذْنِهِ

«(Ey alicənab imamlar!) Allah sizin vasitənizlə (aləmi) başlamışdır və sizin vasitəsinizilə də sona çatdıracaqdır, sizin varlığınızın səbəbi ilə yağış nazil olur, sizin vücudunuzun bərəkətindən asimanın yer üzünə düşməsinin qarşısı alınır, yalnız Onun iradəsi istisnadır.»[2]

Buna əsasən, imamın varlıq əsərləri təkcə onun zühur səhnəsində və aşkar olanlarla bitmir; əksinə onun aləmdəki vücudu, hətta qeybət dövründə yaşadıqda belə, bütün varlıqların və ilahi məxluqların həyatının mənşəyidir. Allahın Özü də belə istəmişdir ki, ən kamil və ən yüksək varlıq olan imam, ilahi feyzi ne`mətlərin başqa məxluqlara çatmasında vasitə olsunlar və bu məsələdə onun qeybdə, yaxud zahirdə olması arasında heç bir fərq yoxdur. Bəli, bütün varlıqlar imamın vücud əsərlərindən bəhrə alır və İmam Məhdi (ə)-ın qeybəti bu işə xələl yetirmir.

İmam Məhdi (ə)-dan qeybət dövründə müsəlmanların o həzrətdən necə faydalanmaları barəsində sual olunduqda, belə buyurdu:

وَاَمّا وَجهُ الاِنْتِفاعَ بى فى غَيْبَتى فَكَاالاِنْتِفاعِ بِالشَّمسِ اِذا غَيَّبَتْها عَنِ الاَبصارِ السَّحابُ

«Qeybətdə olduğum dövrdə məndən bəhrələnmək buludlu havada gözlərdən məxfi olduğu halda günəşdən bəhrələnmək kimidir.»[3]

İmamın özünün günəşə, onun qeybətinin isə günəşin bulud arxasında gizlənməsinə oxşadılmasında çoxlu mühüm məsələ vardır ki, onlardan bə`zilərinə işarə edirik.

Günəş, öz sistemində mərkəzdə qərar tutmuşdur, sair kürələr (planetlər) və səyyarələr onun ətrafında hərəkət edir. Belə ki, İmam Əsr (ə)-ın əziz vücudu da varlıq aləminin mehvəri və mərkəzi hesab olunur.

بِبَقَائِهِ بَقِيَتِ الدُّنيا وَبِيُمْنِهِ رُزِقَ الوَرى وَبِوُجُودِهِ ثَبَبَتَتِ الاَرْضُ السَّماء

«Yalnız onun olması (qalması) səbəbi ilə dünya baqi qalır və onun vücudunun bərəkətinə aləmə ruzi verilir, onun xatirinə yer və göylər möhkəm və sabit qalmışdır.»[4]

Günəş bir an olsun belə, öz nurunu kainata saçmaqdan əsirgəmir və hər kəs günəşlə malik olduğu əlaqə miqdarında onun nurundan bəhrələnir. Belə ki, Vəliyyi -Əsir İmam Zaman (ə)-ın vücudu da bütün maddi və mə`nəvi ne`mətlərin əxz olunmasında bir vasitədir ki, Allah tərəfindən dünya varlıqlarına əta olunur, lakin hər kəs özünün o kamal mənbəyi ilə olan əlaqəsi miqdarında ondan bəhrələnir.

Əgər bulud arxasında olan günəşsiz belə, soyuqluğun və qaranlığın şiddəti yer üzünü, məskunlaşmaq üçün yararlı olmayan bir hala salar. Aləmdə imamın vücudundan məhrum qalsa – hətta qeybət pərdəsinin arxasında olsa belə bütün növ çətinliklər və bəlaların hücum etməsi həyatı qeyri-mümkün edər.

O həzrətin Şeyx Müfidə yazdığı bir məktubda şiələrinə belə buyurur:

اِنّا غَيْرُ مُهْمِلينَ لِمُراعاتِِكُمْ وَلاناسينَ لِذِكْرِكُمْ وَلَوْلا ذالِكَ اَنَزَلَ بِكُمُ الّلأواءَ وَاصْطَلَمَكُمْ الْأَعْداء

«Biz heç vaxt sizi öz halınıza buraxmamışıq və heç vaxt sizi unutmamışıq. Əgər (bizim daimi nəzərlərimiz) olmasaydı hökmən çoxlu çətinliklər və bəlalar sizə hücum edər, düşmənlər sizi məhv edərdi.»[5]

Deməli, imamın vücud günəşi aləmə vücud nuru verir, bütün varlıqlara feyz çatdırır, bütün bəşəriyyət və xüsusilə müsəlmanlar, şiələr, eləcə də ona e`tiqadlı olan sair insanlar üçün daha artıq xeyir-bərəkət gətirir ki, onun nümunələrini aşağıda qeyd edirik:

Ümidvar olmaq

Həyatın mühüm sərmayələrindən biri də ümiddir. Ümid-həyat, təravətlilik və inkişaf səbəbidir. Ümid-hərəkət edib tədbir görmək amilidir. Aləmdə imamın varlığı aydın gələcəyə və eşqlə yanaşı olan həyata ümid verir. Şiələr 1400 illik tarix boyunda daim müxtəlif bəlalalara, çətinliklərə düçar olmuşlar. Onları öz yerində möhkəm və müqavimətli edən, düşmənlər qarşısında təslimə, sazişə vadar etməyən və daim hərəkətə sə`y və fəaliyyətə vadar edən böyük qüvvə də məhz mö`minlərin və din ardıcıllarının gələcəyə nikbin baxışla ümidvar olmalarıdır. Elə bir gələcək ki, xəyali və əfsanəvi deyildir. Elə bir gəlcək ki, çox yaxındır və daha da yaxın ola bilər. Çünki qiyamın rəhbərliyini öhdəsinə alacaq şəxs diridir və hər an qiyam etməyə hazırdır. Biz də özümüzü bu qiyam üçün hazırlamalıyıq.

Məktəbin qararlı olub davam etməsi

Hər bir cəmiyyət öz təşkilatını qoruyub-saxlamaq və nəzərdə tutulan məqsədə və mərama çatdırmaq üçün öz yolunu davam etdirməkdə agah bir rəhbərə ehtiyac duyur ki, onun rəhbərliyi və nəzarəti altında düzgün yolda hərəkət edə bilsin. Rəhbərin varlığı insanlar üçün böyük bir mə`nəvi arxadır ki, tənzim olunmuş və dəqiq bir təşkilatçılıqla əvvəldə ki, nəaliyyətləri qoruyub-saxlasın, gələcək proqramların güclənməsinə sə`y göstərsin. Canlı və fəal bir rəhbər, hətta cəmiyyət fərdlərinin arasında olmasa da ümumi hərəkət yollarını təqdim və əsil hərəkət proqramının bəyan edilməsində heç vaxt səhlənkarlıq etmir, müxtəlif vasitələrlə azğın yolları tanıtdırır və onların qarşısında xəbərdarlıq edir.

İmam Zaman (ə) qeybdə olsa da onun vücudu şiə məktəbinin qorunub-saxlaması üçün ciddi bir amildir. O öz düşmənlərinin hiyləgərlik və məkirli palanlarından tam mə`nada agah olmaqla yanaşı, müxtəlif üslublarla şiələrin ideoloji sərhədlərinin keşiyini çəkir, din düşmənləri müxtəlif vasitələrlə camaatın e`tiqadi əsaslarını və məktəb prinsiplərini hədəf tutduqları zaman alimləri və seçilmiş şəxsiyyətləri hidayət etməklə düşmənin nüfuz etməsinin yolunu bağlayır.

Nümunə üçün, Həzrəti Məhdi (ə)-ın Bəhreyn şiələrinə göstərdiyi yolu Əllamə Məclisinin dilindən eşidək:

Keçmiş dövrlərdə Bəhreynə nasibi bir şəxs hökmranlıq edirdi. Onun vəziri şiələrlə düşmənçilikdə həddindən artıq irəliləmişdi. Bir gün vəzir hakimin yanına gəlib ona əlinə bir nar verir ki, onun üzərində təbii şəklidə

لا اله الا الله، محمّد رسول الله و ابوبكر و عمر و عثمان وعلي خلفاء رسول الله

«Allahdan başqa mə`bud yoxdur, Muhəmməd onun Rəsuludur Əbu Bəkir, Ömər, Osman Əli Rəsulullahın xəlifəsidir» kəlmələri yazılmışdı. Hakim onu görməklə heyrətə düşür və vəzir deyir: «Bu, şiə məktəbinin batil olmasına dair ən güclü və aşkar bir dəlildir. Sənin Bəhreyn şiələri barəsindəki nəzərin nədir? Biz onları çağırıb bu nişanəni onlara göstərməliyik. Əgər onu qəbul etsələr öz məzhəblərindən dönmüş olarlar. Əks halda, onları üç şeydən birini seçməyə vadar edərik: Ya qaneedici bir dəlil gətirsinlər, ya cizyə versinlər,[6] yaxud da (bu ikisini etməsələr) kişilərini öldürüb qadınlarını və uşaqlarını əsir edərik, mal-dövlətlərini isə qənimət alarıq.»

Hakim onun rə`yini qəbul edib, şiə alimlərini öz yanına çağırır. Sonra narı onlara göstərərək deyir: «Əgər bu dəfə aydın bir dəlil gətirməsəniz, ya sizi qırıb qadınlarınızı və uşaqlarınızı əsir alacağıq, yaxud da bizə cizyə verəcəksiniz.» Şiə alimləri ondan üç gün möhlət istəyirlər. Bu qədər müzakirə apardıqdan sonra bu nəticəyə çatırlar ki, öz aralarından on nəfər saleh və təqvalı şəxsi seçsinlər. Sonra on nəfərin arasından üç nəfəri seçir və o üç nəfərdən birinə deyirlər: «Bu gün səhraya get və İmam Zaman (ə)-a istiğasə et, bu müsibətdən çıxış yolunu ondan soruş. Çünki o bizim İmamımız və sahibimizdir.»

O alim belə edir, lakin İmamın ziyarətinə nail ola bilmir. İkinci gecə də ikinci alimi göndərirlər, o da heç bir müsbət cavab almadan qayıdır. Üçüncü gecə üçüncü şəxsi-Məhəmməd ibni İsa adlı bir alimi göndərirlər. O, səhraya gedib ahu-nalə etməklə İmam Zaman (ə)-dan kömək istəyir. Gecənin axırında eşidir ki, bir nəfər ona xitab edərək deyir: «Ey Məhəmməd ibni İsa, nə üçün bu haldasan, nə üçün səhraya gəlmisən?!» Məhəmməd ibni İsa o kişidən istəyir ki, onunla heç bir işi olmasın. O isə buyurur: «Ey Məhəmməd ibni İsa! Mənəm Sahibəz-Zaman! Öz istəklərini de.» Məhəmməd ibni İsa deyir: «Əgər sən Sahibəz-Zamansansa, bizim hadisəmizi bilirsən, deməyə ehtiyac yoxdur.» O buyurur: «Düz deyirsən. Sən sizə varid olan bir müsibət üçün bura gəlmisən.» O deyir: Bəli, siz bilirsiniz ki, bizə nə müsibət baş vermişdir. Siz bizim İmamımız və pənahgahımızsan. Həzrət buyurur: «Məhəmməd ibni İsa! Mə`lun Vəzirin evində bir nar ağacı vardır. Narlar təzə olanda palçıqdan nar surətli bir qəlib düzəltmiş, onu yarı bölmüş və onun arasında bu cümlələri yazmışdır. Sonra qəlibi hələ xırda vaxtında olan nara bükmüşdür. Nar onun arasında böyüdüyünə görə, o sözlər onun üzərində həkk olunmuşdur. Sabah hakimin yanına gedib ona deyərsən ki, mən sənin cavabını vəzirin evində verəcəyəm. Vəzirin evinə getdikləri zaman vəzirdən qabaq filan otağa get. Ağ bir kisə görəcəksən ki, palçıqdan düzəldilmiş qəlib onun içərisindədir. Onu hakimə göstərərsən. Digər bir nişanə budur ki, hakimə belə deyərsən: «Bizim digər bir mö`cüzəmiz budur ki, narı iki yerə böldüyünüz zaman tüstüdən və tozdan başqa bir şey çıxmaz.»

Məhəmməd ibni İsa bu sözlərdən sevinib şiələrin yanına qayıdır. Sonrakı gün onlar hakimin yanına gedirlər, İmam Zaman (ə)-ın dediklərinin hamısı aşkar olur. Bəhreynin hakimi bu mö`cüzəni görməklə şiə olur və göstəriş verir ki, hiyləgər vəziri qətlə yetirsinlər.[7]

İnsanın özünü mənəvi yollarda qurması

Qur`ani kərimdə buyurulur:

وَقُلِ اعْمَلُواْ فَسَيَرَى اللّهُ عَمَلَكُمْ وَرَسُولُهُ وَالْمُؤْمِنُونَ

«(Ey Peyğəmbər, camaata) de: Əməl edin (amma bilin ki), Allah, Peyğəmbər və mö`minlər sizin əməlinizi görəcəklər.»[8]

Rəvayətlərdə qeyd olunur ki, bu şərif ayədə «mö`minlər» dedikdə məqsəd mə`sum imamlardır.[9]

Buna əsasən, insanların əməlləri İmam Zaman (ə)-a göstərilir, o həzrət də qeybət pərdəsi arxasından bizim bütün işlərimizə şahid və əməllərimizə nəzarətçidir. Bu həqiqətin böyük tərbiyəvi əsərləri vardır və şiələri öz işlərinin islah olunmasına vadar edir, Allahın höccəti və İmamın müqabilində yaxşı əməllərin çirkinliklərə və günahlara aludə olunmasından saxlayır. Əlbəttə, insanın bu paklıq mərkəzinə diqqəti nə qədər artıq olsa onun ruhu və qəlbi də bir o qədər artıq saflaşar və bu parlaqlıq və paklıq onun əməl və rəftarlarında daha da aşkar olar.

Elmi və mədəni sığınacaq

Mə`sum imamlar bəşər cəmiyyətlərinin həqiqi müəllimləri və tərbiyəçiləridir, insanlar həmişə onların saf və zülal kimi məarif çeşmələrindən bəhrələnmişlər. Qeybət dövründə də İmam (ə)-ın hüzurundan hərtərəfli və birbaşa istifadə etmək mümkün olmasa da, baxmayaraq o ilahi elmlər mə`dəni öz şiələrinin elmi və fikri çətinliklərini müxtəlif yollarla aradan qaldırır. Kiçik qeybət dövründə adı camaatın və alimlərin suallarından çoxuna imamın «tovqiat» adı ilə məşhur olan məktublarının vasitəsi ilə cavab verilirdi.[10]

İmam Zaman (ə) İshaq ibni Yə`qubun məktubunun (və onun suallarının) cavabında belə yazmışdı:

«Allah səni hidayət edib sabitqədəm saxlasın! Sən Allahı inkar edənlərin və bizim əmi oğlanlarımızın barəsində sual etmisən, bil ki, Allahla heç kəs arasında qohumluq əlaqələri yoxdur, məni inkar edənlər məndən deyil və belə şəxslərin axır-aqibəti (eynilə) Həzrəti Nuhun oğlunun axır-aqibəti kimidir... Amma mal-dövlətinizə gəldikdə isə, pak-pakizə etməyincə, onu qəbul etmərik...

Amma bizim üçün göndərdiyin mal-dövlətə gəldikdə isə, ona görə qəbul edirik ki, o pak pakizədir...

Bizim mal-dövlətimizi özləri üçün halal hesab edərək yeyən şəxs od yemiş olur...

Məndən necə istifadə etməyə gəldikdə isə, bu, buludlar arxasında olan günəşdən istifadə etmək kimidir. Ulduzlar asiman əhlinin amanı olduğu kimi, mən də yer üzündəki insanların amanıyam. Sizin üçün heç bir faydası olmayan işlər barəsində sual etməyin və özünüzü, sizdən istənilməyən şeyləri öyrənməkdə zəhmətə salmayın, fərəcin tezləşməsi üçün çoxlu dua edin. Çünki bu, sizin fərəc və qurtuluşunuzdur. Ey İshaq ibni Yəqub, Mənim salamım sənə və hidayət ardınca olan hər bir şəxsə olsun!»[11]

Kiçik qeybət dövründən sonra da şiə alimləri dəfələrlə özlərinin elmi və ideoloji çətinliklərini öz imamlarına təqdim etmiş və cavablarını da almışlar.

Mərhum müqəddəs Ərdəbilinin şagirdlərindən biri olan Mir Əllam belə deyir:

Gecə yarısı Nəcəfi Əşrəfdə Həzrəti Əli (ə)-ın pak hərəmində idik. Birdən bir şəxsi gördük ki, hərəmə doğru gəlir. Ona tərəf getdim və yaxınlaşdığım zaman gördüm ki, mənim şeyxim və ustadım Molla Əhməd Müqəddəs Ərdəbilidir. Özümü gizlətdim. O, halbuki qapıları bağlı olan hərəmə yaxınlaşdı. Birdən qapılar açıldı və o, hərəmə daxil oldu! Az bir müddətdən sonra hərəmdən çıxdı və Kufəyə doğru yola düşdü. Mən də onun ardınca hərəkət etdim, amma o məni görmürdü. Nəhayət, Kufə məscidinə daxil oldu və Əmirəl-Mö`minin Əli (ə)-ın zərbətləndiyi mehrabın yaxınlığında bir müddət dayandı. Sonra qayıtdı və məsciddən çıxaraq Nəcəfə doğru yola düşdü. Mən də onun ardınca getdim, nəhayət Hənnanə məscidinə çatdı. Amma bu zaman ixtiyarsız olaraq öskürməyə başladım, səsimi eşitdikdə qayıtdı və mənə baxıb tanıdı. Buyurdu: «Mir Əllam, sənmisən?» Dedim. «Bəli.» Buyurdu: «Burada nə edirsən?» Dedim: «Həzrəti Əli (ə)-ın hərəminə daxil olduğunuz vaxtdan indiyə qədər sizinləyəm. Səni bu qəbrin sahibinin haqqına and verirəm ki, bu gecə sizdən gördüyüm hadisələrin sirrini mənə bəyan edəsiniz.»

Buyurdu: «Bu şərtlə deyərəm ki, diri olduğum vaxta qədər onu bir kəsə deməyəsən!» Ona söz verdikdən sonra buyurdu: «Bə`zən çətin məsələlərlə qarşılaşır, onu həll etmək üçün Əli (ə)-a təvəssül edirəm. Bu gün də mənim üçün çətin bir məsələ qarşıya çıxmışdı və onun barəsində fikirləşirdim, birdən qəlbimə damdı ki, yenə də həzrətin hüzuruna gedib sual edim. Hərəmə çatdığım zaman, gördüyün kimi, bağlı qapılar mənim üzümə açıldı. Hərəmə daxil olub Allah dərgahında ah-nalə etdim ki, cavabımı2 həzrətdən alım. Birdən qəbirdən bir nida eşitdim ki, belə buyururdu: «Kufə məscidinə get və Qaim (ə)-dan soruş, çünki o zamanının imamıdır.» Kufə məscidinin mehrabına yaxınlaşdığım zaman o həzrətdən sual etdim və cavablarımı eşitdim. İndi evimə qayıdıram.»[12]

Batini hidayət və ruhi nüfuz

İmam və Allahın höccəti insanlara rəhbərlik və hidayət vəzifəsini öhdəsinə alır və həmişə çalışır ki, hidayət nurunu əxz etməyə qabiliyyəti olan şəxslərə yol göstərsin. Bu ilahi mə`muriyyəti yerinə yetirmək üçün bə`zən aşkarda və pərdəsiz olaraq insanlarla əlaqə yaradır, özünün sözləri və insan quran əməlləri ilə səadət yollarını onlara göstərir. Bə`zi vaxtlarda isə, Allah tərəfindən verilən qeybi qüdrətdən, yə`ni vilayət qüdrətindən istifadə etməklə qəlblərin batininə tə`sir qoyur, xüsusi inayət və diqqətlə qabiliyyəti olan qəlbləri yaxşılıqlara və gözəlliklərə doğru hidayət edir, inkişaf və kamal yollarını onlara göstərir. Bu qisimdə İmamın zahir olaraq və birbaşa əlaqə yaratmasına ehtiyac yoxdur, əksinə, hidayətlər batini yollarla və qəlbə aid olan vasitələrlə yerinə yetirilir. İmam Əli (ə) imamın bu cür fəaliyyətlərini bəyan edərkən buyurur:

«Pərvərdigara, hökmən sənin tərəfindən yer üzündə bir höccət olmalıdır ki, məxluqatı Sənin dininə doğru hidayət etsin... Əgər onun zahiri vücudu insanlardan gizli olsa, şübhəsiz ki, mö`minlərin qəlblərində onun tə`limləri və adabı yer tutar və onun əsasında əməl edərlər.»[13]

Qaib imam məhz həmin hidayətlərin vasitəsi ilə dünya səviyyəli inqilab və qiyam üçün qüvvə toplamaqda fəaliyyət göstərir. Lazımi ləyaqətlərə və qabiliyyətlərə malik olan şəxslərə imamın xüsusi tərbiyəsi altında və o həzrətin önündə qiyam etmək üçün hazırlıq tə`limi verilir. Bu da qaib İmamın proqramlarından biridir ki, onun vücudunun bərəkətinə yerinə yetirilir.

Bəlalardan əmin-amanlıq

Şübhəsiz, əmin-amanlıq insan həyatının ən ümdə sərmayələrindən biridir. Aləmdə müxtəlif hadisələrin vücuda gəlməsi daim varlıqların təbii həyatını məhv olma ərəfəsində qərar verir, dəyə biləcək xəsarət və bəlalalra nəzarət olunması, hətta maddi vasitələrin tədarük görülməsi mümkün olsa da mənəvi amillər də onda çoxlu tə`sirlər qoyur. Bizim din rəhbərlərimizin rəvayətlərində ilahi höccət və imamın yaradılış dünyasındakı varlığı yerin və onun əhlinin əmin-amanlıq vasitəsi ünvanı ilə xatırladılmışdır.

İmam Məhdi (ə)-ın özü buyurur:

وَاِنِّى لَاَمانُ لِاَهْلِ الْاَرْضِ...

«Mən yer üzünün sakinləri üçün (bəlalardan) əmin-amanlıq vasitəsiyəm.»[14]

İmamın varlığı ki, insanların əncam verdikləri çoxlu və növbənöv günah və fəsad işlər səbəbi ilə Allahın şiddətli əzabına düçar olmasını, və insanların yer üzündəki (dünyəvi) həyatlarına xələl gəlməsin mane olur.

Qur`ani Kərim bu barədə Peyğəmbəri Əkrəmə xitab edərək buyurur:

وَمَا كَانَ اللّهُ لِيُعَذِّبَهُمْ وَأَنتَ فِيهِمْ...

«(Ey Bizim Peyğəmbərimiz), sən onların (müsəlmanların) arasında olduğun vaxta qədər Allah heç vaxt onları (ümumi) əzablara düçar etməyəcəkdir.»

Pərvərdigari-aləmin mehr və rəhmət məzhəri olan imam Əsr (ə) da özünün xüsusi inayətləri vasitəsi ilə böyük bəlaları, xüsusilə şiə cəmiyyətlərindən və onların tək-tək fərdlərindən uzaqlaşdırır, çox hallarda şiələr onun mərhəmət və kəramətinə diqqət yetirməsələr də və onun qüdrətli əllərini öz başları üstündə hiss etməsələr də.

O həzrət özünü təqdim edərkən buyurmuşdur:

أَنَا خاتَمُ الْاَوْصِياءِ وَبِى يَدْفَعُ اللهُ عَزَّ وَ جَلَّ البَلاءَ مِنْ اَهْلى وَ شِيعَتِى

«Mən Peyğəmbər canişinlərinin sonuncusuyam, mütəal Allah mənim (vücudum) səbəbi ilə bəlaları xanədanımdan və şiələrimdən uzaqlaşdırır.»[15]

«İran islam inqilabının əzəmətli qələbəsinin ərəfəsində və müqəddəs müdafiənin təlatümlü illərində dəfələrlə İmam (ə)-ın mehr-məhəbbət və lütfləri İran ölkəsinə sayə salmış, islam dövləti, müsəlman xalq və Məhdi (ə)-ı sevənlər düşmənlərin məkirli planlarının qurulduğu yollardan başıucalıqla keçmişdilər! 1357-ci il, bəhmən ayının 21-də şah üsul-idarəsinin İmam Xomeyninin rəhbərliyi ilə suqutu, Amerika hərbi texnikasının 1359-cu ildə Təbəs səhrasında məhv olması , 1361-ci ilin  tir ayın 21-də əvvəlcədən hazırlanmış çevrilmiş planının ifşa olunması, 8 illik müharibədə islam düşmənlərinin nakam qalması və onlarla bu cür hadisələri qeyd etmək olar.

Rəhmət yağışı

Dünya xalqlarına və`dəsi verilmiş böyük şəxsiyyət, müsəlmanlarının arzuların qibləsi və şiələrin qəlblərinin sevimlisi olan imam Məhdi (ə) daim insanların halına nəzarət edir. O mehribanlıq günəşinin qeybdə olması özünün həyat bəxş edən və təravət yaradan nurlarının ona müştabq olan canlardan əsirgəməsinə və onları özünün kərəm və alicənablıq süfrəsində mehman etməsinə mane olmur. O mehribanlıq və dostluğun işıqlı ayı daim şiələrin qəmxarıdır, o həzrətdən kömək istəyənlərə əl tutur. Bə`zən xəstələrin başı üzərində hazır olub, özünün şəfabəxş əllərini onların yaralarına məlhəm kimi qoyur. Başqa zamanlarda küçə-xiyabanlarda yollarını itirənlərə diqqət yetirir, tənhalıq vadisində sərgərdan qalanlara kömək edir, ümidsizliyin soyuq anlarında müntəzirlərin qəlblərinə qızmarlıq bəxş edir. İlahi rəhmət olan bu şəxsiyyət hər bir halda susuzluqdan cadarlanmış səhralara yağış yağdırır, şiələrə etdiyi dualar vasitəsi ilə yaşıllıqları və xürəmlikləri onlara ərməğan gətirir. Allah təalanın dərgahında daim ibadətlə məşğul olan bu böyük şəxsiyyət öz əllərini açaraq bizim kimi bəndələr üçün dua edərək deyir:

يا نُورَالنُّورِ يامَدَبِّرَ الْاُمُورِ ياباعِثَ مَنْ فِى القُبُورِ صَلِّ عَلى مَحَمًّدٍ وَآلِ مَحَمَّدٍ وَاجْعَلْ لى وَلِشيعَتى مِنَ الضّيقِ فَرَجًا وَمِنَ الْهَمِّ مَخْرجًا ٍوَاَوْسِعْ لَنَا المَنْهَجَ وَاطلق لَنا مِنْ عِنْدَكَ ما يُفَرِجُ وَافْعَلْ بِنا ما اَنْتَ اَهْلُهُ ياكَريم[16]

Yə`ni «ey nurun nuru, ey işlərin tədbir edəni, ey ölüləri dirildən! Mühəmməd və onun Əhli beytinə salavat göndər, mən və şiələrim üçün çətinliklərdə çıxış yolu, qurtuluş qərar ver, qəm-qüssələrinə bir çarə yolu aç və hidayət yolunu mənə genişləndir, qurtuluşa çatdığımız yolu bizim üzümüzə aç və bizimlə sənə layiq olan tərzdə rəftar et, ey Kərim!»

Qeyd olunanlar göstərir ki, imamın vücudunun əsərlərindən biri də (hətta qeyb dövründə olsa belə) onunla əlaqə yaratmağın mümkünlüyüdür və ləyaqətləri olanlar bu misilsiz dost ilə həmneşin ola bilərlər.



[1] Kafi birinci cild səh 201

[2] Məfatihul cinan camieyi kəbirə ziyarəti. Bu ziyarət imam Hadi (ə)-dan nəql olunmuşdur sə`nəd və ibarə cəhətindən ən ali səviyyədədir, bu dua şiə alimləri tərəfindən həmişə diqqət mərkəzində olmuşdur.

[3] Ehticac ikinci cild hədis 344 səh 542

[4] Məfatihul cina ədilə duası

[5] Ehticac ikinci cild hədis 359 səh 598

[6] Cizgə qeyri müsəlmanların islam hökumətinin pənahında yaşayan qeyri müsəlmanların verdiyi vergiyə deyilir ki, onların əmin-amanlığının tə`min olunması və islam dövlətinin imkanlarından istifadə etməkləri müqabilində dövlətə verirlər.

[7] Biharul ənvar 52-ci cild səh 178

[8] Tövbə surəsi 105

[9] Kafi, birici cild, Ərzül əmal babı, səh. 171

[10] Kəmalud din, ikinci cild, 45-ci bab, səh. 235-286

[11] Yenə orada, 4-cü hədis, səh. 237

[12] Birharul-ənvar, 52-ci cild, səh 174.

[13] İsbamul hudat, 3-cü cild, hədis 112, səh. 463

[14] Kamalud din, ikinci cild, 45-ci bab, hədis 4, səh 239

[15] Kamalud din, ikinci cild, 43-cü bab, 12-ci hədis, səh. 171

[16] Müytəxəbül-əsər, 10-cu fəsil, 7-ci bab, nömrə 6, səh 658

0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

Dua sağalma prosesini tezləşdirir
Allahla rabitə və başqalarından ehtiyacsızlıq
Rəcəb, tövbə və duaların qəbul olunan Mübarək Ay daxil olur – Bu gecənin ...
İnsan dilinə nəzarət, sükutla hikmətə çata bilər
İSMAİLİYYƏNİN İMAMƏTƏ OLAN BAXIŞI
ŞİӘ SÖZÜNÜN MӘ᾿NASI VӘ YARANMA TARİXİ
Tərəzidə aldatma!
TƏMƏTTÖ HƏCCININ YERINƏ YETIRILMƏ QAYDALARININ XÜLASƏSI
Ayətullah Behcətin həyatına qısa bir baxış
ALLAHIN RƏSULUNUN CANIŞINI

 
user comment