Azəri
Thursday 18th of July 2024
0
نفر 0

Alimlərin İbn Teymiyyə ilə müxalifətçiliyi

Alimlərin İbn Teymiyyə ilə müxalifətçiliyi

İbn Teymiyyə peyğəmbərlər salehlərin qəbrini ziyarət məqsədilə səfərlərə çıxmağın düzgün olmadığını demişdir. Belə səfərləri günah hesab edir, bu səfərdə namazların tam surətdə (kamil) qılınmasına hökm verdiyinə görə Şafei alimləri onunla müxalifətə qalxmışdılar.

Ibn Teymiyyə öz əqidəsinin sübutlu olduğunu göstərmək üçün belə bir dəlil gətirirdi: Peyğəmbər səhabələr kiminsə qəbri üstə gedib təvəssül etməmiş, onlara tabe olanların da bu işi görməmiş, heç bir müsəlman da bu işin müstəhəb olduğunu deməmişdir. Beləliklə bu işi görən hər kəs müsəlmanların ümumi təfəkkürünə qarşı çıxmış olur. İbn Teymiyyə bu fitvanı verdikdən sonra Peyğəmbərdən nəql olunan aşağıdakı hədislərin saxta olduğunu deyir:

"مَنْ حَجَّ وَ لَمْ يَزُرْنِى فَقَدْ جَفَانِى"

“Həccə gəlib məni ziyarət etməyən şəxs doğrudan da mənə cəfa etmişdir”.

"لا تشَدُّ الرِّحَالُ الا إلَى ثَلاثَة مَسَاجِدَ: اَلْمَسْجِدُ الْحَرَامِ وَ مَسْجِدِى هَذَا وَالمَسْجِدُ الْأقْصَى"

Üç məkandan başqa heç yerə ziyarət üçün səfər etməyin: Məscidul-Həram, mənim məscidim Məscidul-Əqsa”.

Belə nəzəriyyələr sünnü alimlərinin müxalifçilik hisslərini oyatığından məlum olur ki, o zamana qədər bu barədə heç bir ixtilaf yox imiş. Bu münaqişənin yaranmasına səbəb olan ilk şəxs İbn Teymiyyə olmuş, öz etiqadını təsdiqləmək üçün isə kitablarını zindanda yazmışdır.

Dəməşq qülləsi zindanında həbsdə keçirdiyi iki il bir neçə aydan sonra hicri-qəməri tarixinin 728-ci ilində vəfat edir Babus-Səğir qəbristanlığında qardaşının qəbri yanında basdırılır. Şeyx Abbas Qumi “Əl-Konyə vəl əlqab” adlı kitabında onun İordaniyada basdırıldığını deyir. Sonralar İbn Teymiyyə Təqiyuddin Əhməd bin Əbdül Həlim Əl-Hərrani Dəməşqi adı ilə məşhurlaşmışdır.

Bu günkü zamanda onun qəbirindən əsər-əlamət qalmamış, yazdığı kitablar haqqında isə - “Bətələl islahud dini” kitabında olan məlumata əsasən - 17 kitabdan ibarətdir.

Şəfaət mövzusunda söhbətlərimiz İbn Teymiyyənin “Bətələl islahud dini” kitabından götürülmüşdür bu mövzuda Məhəmməd bin Əbdül Vəhhabın “Ət-Tovhid” adlı kitabına yazılmış şərh olan “Fəthul Məcid” kitabında da məlumatlar vardır. Son zamanlarda yazılmış “Ət-Tovhid bil luğətil farsiyyə” ünvanlı kitabda bu məsələlərə şiə əqidəsi müqabilində azca nizam ehmallıqla yanaşılmışdır. Kitabın ilk səhifələrində haqqında danışdığımız bu kitab hicri-şəmsi tarixinin 1374-cü ilində Cəddə hava limanında şiələr[1] arasında pulsuz paylanmışdır. Lakin o, şəfaət barəsində deyir: Şəfaət yalnız Allaha məxsusdur Haqq həzrətlərinin Lütf Kərəmi sayəsində bu xüsusiyyət bəzi bəndələrinə verilmişdir”. Bu kitab İbn Teymiyyənin bəzi fikirlərini nəql etmişdir ki, onun sözlərinin sonunda bu cümləni demişdir:

"لا تَكُونُ الا لأَهْلِ التَّوْحِيد وَ الإخْلاص"

“Şəfaət xalis müvəhhid insanlara şamil olacaqdır şəfaət Allahın izni ilə bu şəxslərə veriləcəkdir”.

Müəllif bu kitabda sözünə belə davam edərək yazır: “Şiə nöqteyi-nəzərincə ixlas tovhidin ən gözəl nümunələri peyğəmbərlər, övliyalar Məsum İmamlardırlar (ə) ki, yuxarıda nəql olunduğuna əsasən, Qiyamət günü şəfaət verməkdə üstün, məziyyətli hüquqa malik olmaları gərəkdir”.

 



[1] Şiə dedikdə məqsəd İranlı şiələr nəzərdə tutulmuşdur.

0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

TƏQLİD
ISLAM KӘLAM ELMININ ISLAM FӘLSӘFӘSINӘ TӘ`SIRI
Şeytanın (lən) ən çox istifadə etdiyi anlar
QӘDİR-XUM HADİSӘSİ
CƏBR VƏ İXTİYAR
Xəlifəlik və xəlifələr
YALANÇI PEYĞƏMBƏRLƏR
Əməvilər
ŞAGİRDİN HAQQI
QANUNUN ZӘIFLIYI

 
user comment