XƏLIFƏLƏRIN PEYĞƏMBƏR ¡-IN MIRASINI ƏLƏ KEÇIRMƏSI VƏ FATIMEYI-ZƏHRA ∞-IN HEKAYƏTI
Səhabə xəlifələr – Əbu Bəkr və Ömər Peyğəmbəri Əkrəm ¡-in mirasını, əmlakını və torpaqlarını bir dəfəyə öz ixtiyarlarına keçirtdilər. Lakin Peyğəmbəri Əkrəm ¡-in başqalarına bağışladığı şeyləri qəbul edib ona toxunmadılar. Yalnız Peyğəmbər ¡-in öz həyatında Fatiməyə bağışladığı Fədək istisna olundu ki, onu müsadirə etdilər. Bu zaman Fatimeyi-Zəhra ilə onların arasında münaqişə başlandı. O, atasının irsini onlardan tələb etdi.
a) Ömərin rəvayəti:
Ömər deyir: Peyğəmbəri Əkrəm ¡ vəfat edən zaman mən və Əbu Bəkr Əlinin yanına gedib dedik: – Sənin Peyğəmbərin tərəkəsi barəsindəki nəzərin nədir?
O dedi: – Biz Peyğəmbəri Əkrəm ¡-ə camaat arasında ən yaxınlarıq.
Dedim: Xeybərdə olanlarlamı?
Dedi: – Xeybərdə olanlarla birlikdə.
Dedim: Fədəkdə olanlarlamı?
Dedi: – Fədəkdə olanlarla birlikdə.
Dedim: – Agah ol, Allaha and olsun! (O qədər iddialar edərsən ki,) bizim boyunlarımızı mişarla kəsəsən. Xeyr, belə deyildir![1]
b) Ayişənin rəvayəti:
«Səhihi Buxari», «Səhihi Müslüm», «Müsnədi Əhməd», «Sünəni Əbi Davud», «Sünəni Nəsai» və Ibni Sə`din «Təbəqat» kitablarında Ümmül-mö`minin Ayişənin belə dediyi nəql olunur: Fatimə Əbu Bəkrin yanına bir adam göndərərək özünün Peyğəmbərdən çatan mirasını tələb etdi. Həmin miras ki, "ma əfaəllah əla Rəsulihi" - Allah-taalanın Öz Peyğəmbərinə qaytardığı şeyləri, yə`ni Peyğəmbərin Mədinədəki[2] əmlakı və Fədəki, Həmçinin, Xeybərin xümsündan qalan şeyləri[3] tələb etdiyi zaman Əbu Bəkr ona dedi: – Peyğəmbər buyurmuşdur: «Bizdən heç nə irs aparılmaz, bizdən qalan hər bir şey sədəqədir.» Və ali-Mühəmməd Allahın bu malından yalnız yedikləri miqdarda pay apararlar və bundan artıq haqları yoxdur. Allaha and olsun, mən Peyğəmbərin sədəqələrindən heç bir şeyi dəyişdirməyəcəyəm! Necə idisə, elə də olacaq, Peyğəmbər necə əməl edirdisə, mən də o cür əməl edəcəyəm.[4]
Əbu Bəkr bu rəvayətdə Peyğəmbəri Əkrəm ¡-in tərəkəsini «sədəqə» adlandırır. O, elə bir rəvayətə istinad edir ki, onun ravisi yalnız özüdür. O deyir ki, Peyğəmbəri Əkrəm ¡ belə buyurmuşdur: «Məndən sonra qalan hər bir şey sədəqədir.» O dövrdən indiyə qədər Peyğəmbəri Əkrəm ¡-in tərəkəsi «sədəqə» adlandırılmışdır.
Amma onun dediyi: «Mən Peyğəmbərin əməl etdiyi kimi əməl edəcəyəm» - sözünə gəldikdə isə, onun bu əməllə məqsədinin nə olduğunu Ümmül-mö`mininin hədisində tapmaq olar. Onun əvvəli, əvəlki hədisinin əvvəli kimidir və onun ardınca deyilir: «...Peyğəmbərin qızı Fatimə qəzəbləndi və Əbu Bəkrdən üz döndərdi. O, vəfat edincəyə qədər Əbu Bəkrlə barışmadı. Peyğəmbərdən sonra yalnız altı ay yaşadı.»
Və deyir: «...Fatimə ∞ Peyğəmbərin tərəkəsindən öz irs payını-Xeybər, Fədək və Mədinədə onun sədəqəsini Əbu Bəkrdən tələb edirdi.»[5]
Əbu Bəkr onu inkar edərək deyirdi: «Mən Peyğəmbərin əməl etdiyi şeyi heç vaxt tərk etmərəm və onun əsasında əməl edəcəyəm; mən qorxuram ki, əgər onun tutduğu işdən bir şeyi dəyişərəmsə, yolumu azam.»
Və deyir: Amma Ömər onun (Peyğəmbərin) Mədinədəki sədəqəsini Əli ilə Abbasa qaytardı, lakin Xeybəri və Fədəki öz ixtiyarında saxlayaraq dedi: «Bu ikisi Peyğəmbərin sədəqəsidir. Onun əldən getdiyi hüquqlarına, mal-dövlətinin müsadirəsinə və ona baş verən müsibətlərə görə. Onların ixtiyarı hakimin əlindədir.» Sonra deyir: «...Bu ikisi indiyə qədər də həmin əsasdadır.»[6]
Xəlifə Ömər Ayişənin ikinci hədisində aşkar şəkildə deyir ki: «Peyğəmbərin torpaq əraziləri onun əldən getdiyi hüquqlarına və ona baş verən müsibətlərə görədir. Onların ixtiyarı ondan sonrakı hakimin öhdəsinədir.» Buna əsasən, o (Peyğəmbər) özünün əldən getdiyi hüquqlarına və baş verən müsibətlərə görə ondan xərcləyib götürürdü! Bu da birinci xəlifənin Ayişənin nəql etdiyi birinci hədisdəki eynilə bu sözdür: «Mən Peyğəmbərin əməl etdiyi əsasda əməl edirəm.» Yə`ni mən əldən gedən hüquqlara və baş verən müsibətlərə görə ondan götürüb xərcləyirəm!
Bu məsələ Ayişənin üçüncü hədisində – «Səhihi Buxari» və «Səhihi Müslüm» kitablarında da qeyd olunmuşdur: «Peyğəmbərin qızı Fatimə Əbu Bəkrin yanına bir adam göndərib atasının mirasını – Allah-taalanın Mədinədə ona bağışladığı şeyləri Fədəklə birlikdə və Xeybər xümsünün qalıqlarını ondan tələb etdi. Əbu Bəkr dedi: «Peyğəmbər belə buyurmuşdur: «Bizdən bir şey irs aparılmaz, bizim qoyduğumuz şeylərin hamısı sədəqədir. Ali-Mühəmməd bu mal-dövlətdən yalnız ruzi yeyirlər.» «Mən Peyğəmbərin sədəqələrindən heç bir şeyi o həzrətin zamanında olduğu halda dəyişdirmərəm. Onunla Peyğəmbərin əməl etdiyi əsasda rəftar edəcəyəm». Bundan sonra onlardan heç nəyi Fatiməyə vermədi və Fatimə Əbu Bəkrə qəzəbləndi, ondan üz döndərdi və vəfat etdiyi vaxta qədər onunla danışmadı. O, Peyğəmbərin vəfatından sonra altı ay yaşadı və vəfat edən zaman əri onu gecə ikən dəfn etdi və bunu Əbu Bəkrə xəbər vermədi. Özü təklikdə ona namaz qıldı. Əli Fatimənin sağlığında camaat tərəfindən rəğbətlə qarşılanırdı. O vəfat edəndən sonra Əli camaatla görüşməyi xoşlamadı, Əbu Bəkrlə bey`ət edib razılaşma məqamına gəldi, halbuki, həmin aylar ərzində bey`ət etməmişdi.»[7]
Ayişə özünün «yuxarı səviyyəli» olan hədisində Fatimənin Əbu Bəkrlə münaqişəsində yalnız Peyğəmbərin mirasının ona verilməməsi ilə əlaqədar olan bəhsləri qeyd etmişdir, halbuki, Fatimənin onlarla münaqişəsi üç məsələ əsasında idi:
1-Peyğəmbərin ona bağışladığı hədiyyələri tələb etmək;
2-Peyğəmbərin mirası barəsində onlarla münaqişə;
3-«Zil-qurba» payı barəsində onlarla mübahisə.
1-PEYĞƏMBƏR ¡-IN BAĞIŞLADIĞI HƏDIYYƏLƏRI TƏLƏB ETMƏK
«Fütuhul-büldan» kitabında yazılır: Fatimə (rəziyəllahu ənha) Əbu Bəkrə dedi: – Fədəki mənə qaytar; çünki Peyğəmbər onu mənə bağışlamışdır.
Əbu Bəkr ondan dəlil-sübut istədikdə Ümmü Əymənlə Peyğəmbərin xidmətçisi Ribahı şahid gətirdi və onlar bu məsələyə şəhadət verdikdə, Əbu Bəkr dedi: Bu məsələ bir kişinin və iki qadının şəhadəti olmadan sübuta yetməz.»
Digər bir rəvayətdə isə deyilir: Əli ibni Əbi Talib onun xeyrinə olaraq şəhadət verdikdə, Əbu Bəkr ondan digər bir şahid istədi, bu zaman Ümmü Əymən ona şəhadət verdi.»[8]
Aydındır ki, bu münaqişə Əbu Bəkrin Fədəkə hakim kəsilməsindən və Fədəkdən başqa Peyğəmbərin digər torpaq sahələrini zəbt etdikdən sonra olmuşdur. Əbu Bəkr Fatiməni Fədək barəsində gətirdiyi şahidləri qəbul etmədikdə Fatimə ∞ Peyğəmbərin mirası barəsində ikinci bir iddianı qaldırmışdı və bu, aşağıda qeyd olunan şərhlə baş vermişdir:
2-FATIMEYI-ZƏHRA ∞-IN ƏBU BƏKR VƏ ÖMƏRLƏ PEYĞƏMbəR ¡-IN MIRASI BARƏSINDƏKI MÜNAQIŞƏSI
a) Əbu Tüfeylin rəvayəti:
«Müsnədi Əhməd», «Sünəni Əbi Davud», Zəhəbinin «Tarixul-islam», Ibni Kəsirin «Tarix» və «Nəhcül-bəlağənin əşrhi»ndə Əbu Tüfeyldən[9] rəvayət edilir ki, o, belə demişdir: Peyğəmbəri Əkrəm ¡ vəfat etdikdən sonra Fatimə ∞ Əbu Bəkrə dedi: – Peyğəmbərin varisi sənsən, yoxsa onun ailəsi?
Əbu Bəkr dedi: – Xeyr, onun ailəsi!
Fatimə ∞ dedi: – Bəs onda Peyğəmbərin payı necə oldu?[10]
Əbu Bəkr dedi: – Mən Peyğəmbərin belə buyurduğunu eşitdim: «Allah-taala hər vaxt bir peyğəmbərə mal-dövlət bağışlayıb sonra onu öldürmüşsə, həmin mal-dövləti onun canişininin ixtiyarında qoymuşdur.» Mən də belə məsləhət gördüm ki, onu müsəlmanların beytül-malına qaytarım.
Fatimə ∞ dedi: – Deməli, sən Peyğəmbəri Əkrəm ¡-dən eşitdiyinə daha yaxşı alimsən!
«Nəhcül-bəlağənin şərhi»ndə bu cümlədən sonra belə qeyd olunur: «Belə isə bundan sonra heç vaxt səndən heç bir şey istəməyəcəyəm.»[11]
«Sünəni Termizi» kitabında Əbu Hüreyrədən belə nəql olunur: Fatimə ∞ Əbu Bəkrlə Ömərin yanına gəldi, Peyğəmbərin mirasını tələb etdikdə, onlar dedilər: – Biz Peyğəmbərin belə buyurduğunu eşitmişik: «Bizdən heç bir şey irs aparılmaz.»
Fatimə ∞ dedi: – Allaha and olsun, bundan sonra siz iki nəfərlə heç vaxt danışmayacağam!
Həmin halda da dünyadan getdi və o iki şəxslə danışmadı.[12]
Həmçinin «Müsnədi Əhməd», «Sünəni Termizi», «Təbəqati ibni Sə`d», «Tarixi ibni Kəsir» kitablarında Əbu Hüreyrənin belə dediyi nəql olunur: Fatimə ∞ Əbu Bəkrə dedi: – Əgər sən ölsən, səndən kimlər irs aparacaq?
Əbu Bəkr dedi: – Övladlarım və ailəm.
Fatimə ∞ dedi: – Bəs bizə nə olmuşdur ki, Peyğəmbərdən irs aparmırıq?
Əbu Bəkr dedi: – Peyğəmbərdən eşitdim ki, belə buyururdu: «Peyğəmbərdən irs aparılmaz.» Lakin mən Peyğəmbərin öz himayəsinə götürdüyü şəxsləri himayə edirəm, xərcinin Peyğəmbər tərəfindən verildiyi şəxslərin də xərcini verirəm.[13]
[1] «Məcməüz-zəvaid», 9-cu cild, səh.39, Təbəraninin «Ovsət» kitabından nəqlən.
[2] «Peyğəmbərin Mədinədəki sədəqələri»- dedikdə, Müxeyriqinin Peyğəmbərə bağışladığı yeddi bağ nəzərdə tutulur.
[3] «Xeybərin xumsunun qalanları» dedikdə məqsəd budur ki, Peyğəmbəri Əkrəm ¡ Xeybərdən olan xums payının bir hissəsini bə`zi səhabələrə bağışladığına görə Fatimeyi-Zəhra yerdə qalanını tələb edirdi.
[4] «Səhihi Buxari», «mənaqib» kitabı, 3-cü cild, səh.200; «Sünəni Əbi Davud», «xərac» kitabı, 2-ci cild, səh.49; «Sünəni Nəsai», 2-ci cild, səh.179; «qismül-fey» babı; «Müsnədi Əhməd», 1-ci cild, səh.6 və 9; «Təbəqat», Ibni Sə`d, 2-ci cild, səh.315, 8-ci cild, səh.28; «Müntəxəbi Kənzül-ümmal», 3-cü cild, səh.128.
[5] «Səhihi Buxari», «xums» kitabı, 2-ci cild, səh.124; «Səhihi Müslüm», «cihad» kitabı, hədis:54; «Tarixul-islam», Zəhəbi, 1-ci cild, səh.346; «Tarixi ibni Kəsir», 7-ci cild, səh.285; «Sünəni Beyhəqi», 6-cı cild, səh.300; «Müsnədi Əhməd», 1-ci cild, səh.6; «Təbəqati ibni Sə`d», 8-ci cild, səh.18.
[6] Həmin mənbələr.
[7] «Səhihi Müslüm», «cihad» kitabı, səh.1380, hədis:52; «Səhihi Buxari», «Xeybər qəzvəsi» babı, 3-cü cild, səh.38; «Muşkilul-əsər», 1-ci cild, səh.47.
[8] «Fütuhul-büldan», 1-ci cild, səh.34-35; Ümmü Əymən Bərəkətul-Həbəşiyyə-Peyğəmbər ¡-in kənizi və onun dayəsi idi ki, Peyğəmbər onu azad etmişdi. Islamı çox qədimdən qəbul etmişdi, Həbəşistana və Mədinəyə hicrət edənlərdən biri idi. Əvvəlcə Übeyd Həbəşi ilə, sonra da Zeyd ibni Harisə ilə evlənmişdi. Peyğəmbərdən beş-altı ay sonra vəfat etmişdi. Onun tərcümeyi-halı «Usdul-ğabə», 5-ci cild, səh.567; «Cəvamius-sirə», səh.289; «Təqribut-təhzib», 2-ci cild, səh.619-da qeyd olunmuşdur. Ribahın tərcümeyi-halı da «Usdul-ğabə», 2-ci cild, səh.160; «Cəvamius-sirə», səh.27; «Əl-isabə», 1-ci cild, səh.490-da qeyd edilmişdir.
[9] Əbu Tüfeyl Amir ibni Vasilə Kənani kiçik yaşlı səhabələrdən sayılırdı. Ühüd müharibəsi baş verən ildə dünyaya gəlmiş və Əli ™-ın köməkçilərindən və onu sevənlərdən olmuş və bütün müharibədə onunla birlikdə iştirak etmişdi. E`timadlı və əmanətdar bir şəxs idi. 100, yaxud 116-cı ildə vəfat etmişdir. O, Peyğəmbəri görənlər arasında axırıncı şəxs olaraq dünyadan getmişdi. «Sihah» müəllifləri ondan 9 rəvayət nəql etmişlər. Onun tərcümeyi-halı «Usdul-ğabə», 3-cü cild, səh.96; «Cəvamius-sirə», səh.386; «Təqribut-təhzib», 1-ci cild, səh.389-da qeyd olunmuşdur.
[10] Bu münaqişə ola bilsin ki, Peyğəmbərin Vadil-qura və Xeybər xumsundan olan payı ilə əlaqədar baş vermişdir.
[11] «Müsnədi Əhməd», 1-ci cild, səh.4; «Sünəni Əbi Davud», 3-cü cild, səh.50; «Tarixi ibni Kəsir», 5-ci cild, səh.289; «Nəhcül-bəlağənin şərhi», 4-cü cild, səh.81 və onun ardı 87-ci səhifədə Əbu Bəkr Cövhəridən nəqlən; «Tarixi islam», Zəhəbi, 1-ci cild, səh.346.
[12] «Sünəni Termizi», «əbvabus-siyər, 7-ci cild, səh.111.
[13] «Müsnədi Əhməd», 1-ci cild, səh.10, hədis:60; «Sünəni Termizi», 7-ci cild, səh.109; «Təbəqati ibni Sə`d», 5-ci cild, səh.372; «Tarixi ibni Kəsir», 5-ci cild, səh.289.